...
  • Xoruzların döyüşü
  • Rəşid Bərgüşadlı
  • Əmimin oğlu Vadimi uşaqlıqdan sevməzdim. Hətta, qınamasaydılar, deyərdim ki, ondan zəndeyi-zəhləm gedir. Şəhərdə olur, amma hər yay tətilində bizə gəlirdi. Rus bölməsində oxuduğu üçün söhbətimiz də düz-əməlli alınmırdı. Adamın üstündə Allah var, yaraşıqlı, şirin uşaqdı, amma dəcəlliyi, ərköyünlüyü canımı boğazıma yığmışdı. Əcaib vərdişləri vardı... Qabağına yemək qoyan kimi qeyri-ixtiyari əlini duza atır, iki-üç çimdik götürüb səpirdi xörəyə. Deyirdim ki, ay zalım, siftə dadına bax, gör duzsuzdursa, sonra duz tök da... Arsız-arsız hırıldayırdı üzümə. Bir dəfə stola ləngiyəndə iki xörək qaşığı duzu tökdüm küftə kasasına. Oturandan sonra isə özü də üç-dörd çimdik əlavə elədi. Gözüm ağzında qaldı, amma bircə dəfə demədi ki, xörək duzludur.
    Bədən ölçümüz eyni olduğundan anası onun bütün köhnə-kürüş paltarlarını hər il mənə göndərirdi. O cür paltarlar kənddə heç kimdə yox idi. Di gəl, Vadim paltarların yarısını futbolda zay günə qoyurdu. Futbolun xəstəsiydi. Özü də vəhşi kimi oynayırdı, yıxılıb yerdə sürünməsə zövq ala bilmirdi futboldan. Dərdimdən özüm futbol oynamazdım, onun paltarlarını səliqəylə dəstələyib meydançanın kənarında keşiyini çəkirdim. Axı əynindəki paltarlar da mənə qalacaqdı... Vadim kənddən gedəndən sonra bu çəkmələr, cins şalvarlar, futbol köynəklərilə Səlimənin gözlərini oyurdum... Amma gözləri çıxsın Səlimənin! Neçə ki, Vadim kənddə olurdu, qızın gözü ondan başqa kimsəni görmürdü. O gedəndən sonra isə düşürdü mənim üstümə. Bircə şeydən içim rahat idi ki, Səlimənin canfəşanlığı Vadimin vecinə deyildi. Bir sözlə, Səlimə Vadimdən, Vadim də Səlimədən betər quşbeyin idi.
    Bazburutlu bir xoruzumuz vardı. Bir gün beyninə girdi ki, gəl sənin xoruzunu başqasıyla döyüşdürək. Mənimsə belə şeylərdən nə xoşum gəlirdi, nə də başım çıxırdı. Anamdan on manat pul qopardı. Kəndi əlataş elədi, amma bəyəndiyi xoruzu tapa bilmədi. Ya da bəyəndiyini ona satmadılar. Beyninə bir şey girdisə, inadından dönməzdi. Aradan bir müddət keçmişdi, qoltuğunda cır xoruzla yolağadan içəri girəndə gördüm ki, sırtıq-sırtıq qımışır, – Çağır xoruzunu! – deyəsən, qoltuğundakı xoruzu qonşu kənddən tapıb almışdı. Atamdan qorxmasaydım salardım təpiyimin altına, amma, – Vadim, ağıllı ol, bura kənddir, burda xoruz döyüşdürmürlər! – yumruğumu düyünlədiyimi də gördü. – Yoxsa qorxursan!? Gör bu “Soltan” sənin yapalaq xoruzunun dərsini necə verəcək... – xoruzu ikiəlli havaya qaldırıb az qala gözümə soxurdu. Toyuqları kışlayıb gətirdi eyvanın qabağına və xoruzu qoltuğundan çıxarıb atdı bizim xoruzun üstünə. “Soltan” qıçını təzəcə qaldırmışdı ki, xoruzumuz onun pipiyini qamarladı, iki həmlədəcə ayaqları, dimdiyilə onu çəpərin dibinə qısnadı. Təzə xoruzun və Vadimin pərişan halından çox məmnun idim, – Budur sənin “Soltan” xoruzunun fərasəti? Bu heç sinədolusu banlamayıb ki... – mısmırıq sallamağı ləzzət elədi mənə. Çəpərə qısılıb qalmış xoruza bir təpik ilişdirdi, – Petux!.. Əlimi əlimə çırpıb şaqqanaq çəkdim. Hirsindən pörtmüşdü. Gərək mərc gələydim, – “Əgər sənin xoruzun uduzsa, bütün yayı mənim köhnə paltarlarımdan geyinəcəksən” – heyif, artıq gec idi. Bizim xoruzun məğrur baxışı ürəyimi fərəhlə elə doldurmuşdu ki, az qala tutub öpəcəkdim. Heç “Soltanı” vecinə də almırdı. Yerdən nəsə yem tapır, qırt-qırt qırtıldayıb fərələri çağırır və tapdığını onlara verirdi – Gör nə ağır-sanballı, namuslu xoruzdur, bərəkallah... – içim qürurlandı.
    Aradan heç beş dəqiqə keçməmişdi. Çər dəymiş fərələrdən biri dəstədən ayrılıb “Soltan”ın yanına dartındı. Nə cikkildəşdilər, nə qırtdaşdılar, bilmirəm – “Soltan” fərənin belinə qalxıb işini bitirdikdən sonra qanadlarını çırpanda namusum mələdi. Fərə geriyə qayıtmadı, indi cır xoruzla birlikdə dənləşirdilər. İndi də Vadim mənə gülürdü, həm də mən bayaq güldüyümdən beş artıq! Dişim bağırsağımı gəmirirdi, – Səlimə yosunlu, çər dəymiş ləçər! – fərəni qovaladım, tuta bilmədim. Vadim qarnını qucaqlayıb yerdə ağnayırdı.
    O axşam əxlaqsız toyuğu qarmalayıb başını sevinclə üzdüm. Amma süfrədə əlimi toyuğun tikəsinə də vurmadım, şor-pendirlə qarnımı doyurdum. Yay bitənədək hər səhər qarşıma çıxan toyuqlar və artıq dostlaşmış iki xoruzu görəndə təpəmdən tüstü çıxırdı. Vadimi yola salandan sonra girəvəyə salıb xoruzların ikisini də kəsdim, sonra da Vadimin köhnə paltarlarını bir kisəyə yığıb evin dalında rahatca yandırdım. Elə bil namusumu təmizləmişdim – o qədər rahatladım. İndi yamaqlı şalvarımı geyib doyunca futbol oynayırdım. Arxamca boylanan Səliməyə heç gözümün ucuyla da baxmırdım...

    16 sentyabr 2015-ci il

  • iyul 2022, Rəşid B.

  • 223
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......