...
  • Qıyqacı axan sular
  • Rəşid Bərgüşadlı
  • Vələsin başından çayın o üzündəki sıx meşəni həsrətlə seyr edən ana qarışqanın suya kəllə vuran balıqlara gözü sataşanda canını üşütmə bürüyürdü. “Hər şey o yana dursun, ora mənim nənəmin doğma vətənidir. Mən ailəmi ora keçirməliyəm!” – köks ötürür, içini saran qorxudan yaxa qurtarmaq istəyirdi. Anası bu sularda həlak olmuşdu. Böyük Yanğından sonra meşənin ruzisi azalmış, ailənin çox hissəsi məhv olmuşdu. Çay yanğının o biri sahilə adlamasının qarşısını almışdı. Anası yarpağın üstündə o biri sahilə adlamaq istəyəndə balıqlar onu görmüş və suya batırıb udmuşdular. Ta, o vaxtdan çayın səsinə, onun ləm sularına, yırtıcı balıqlara nifrət edirdi. Anasının deməyinə görə çayın o üzündəki meşədə aclıqdan korluq çəkən canlı yoxdur. “Günəşin işığı yarpaqların arasından süzülərək çürüntülü torpağı isitdikcə ətrafa yaşlı meşənin bərəkət qoxusu yayılır. Əsl qarışqa cənnəti elə bu cür olur. Min cür azuqə toplamaq üçün uzağa getmək lazım gəlmir. Elə yuvanın ağzındaca qış üçün azuqəni rahat toplayıb qalan vaxtı əylənirdik” – axırda özü də bu həsrətin qurbanı oldu. İndiysə qarşı meşə onu səsləyirdi. Çayı keçməyə qorxurdu, amma ailənin başçısıydı deyə bu qorxunu başqalarından gizlədirdi. Yuxularında qarşı meşənin hər qarışını gəzib dolanmaqdan doymurdu. Orayla bağlı min cür xəyallar qurur, sıxılanda isə uca vələsin başına dırmanıb gözünü uzaqlara dikirdi.
    İy almış milçəklərə gözü sataşanda gözətçiyə tapşırdı ki, yaxında cəsəd var, bikar qarışqalardan göndərsin, görsünlər nədir. Xəbər gətirdilər ki, ölən, çay balığıdır. Suyun üzündə süzəndə sahildəki otluğa düşübmüş, ha çabalasa da suya qayıda bilməyib.
    – Hay sal, hamımız balıq yeməyə gedirik! – carçını Çiçəkli Düzə gedənlərin dalınca göndərdi.
    ...Qarışqa sürüsü balığın cəsədini qoxlaya-qoxlaya dişlərini batırmağa bir yer axtarırdı. O isə hələ də bu bədheybət yırtıcıya yaxın durmağa qorxurdu. Balıq təzə ölmüşdü, hələ xarab olmamışdı. Milçəklər qarışqaların qorxusundan ona yaxın dura bilmirdilər. Qarışqalar balığın dərisini yaralayıb onun ağ ətinə çatanda özünü saxlaya bilmədi, anasının qatili olmuş bu yırtıcıdan qisasını almaq üçün dişlərini qıcadı. İşçi qarışqalar iri bir tikəni onun qabağına qoyub yenidən balığa cumdular. Ana qarışqa tikəni xeyli qoxladı, bir dişləm götürdü və, – “Gözümün odunu alan yırtıcı sənmişsən demək. Düşmən olsan da dadlıymışsan” ... – sonra bütün cəsarətini toplayıb ailəyə qoşuldu.
    O gündən sonra balıqlardan qorxmadı və qarşı meşəyə qovuşmaq həvəsi qarşısıalınmaz məqsədə döndü. İndi vələsin təpəsinə dırmaşaraq hansı səmtindən o taya adlamağın mümkünlüyünü saf-çürük edirdi. Qərara gəlmişdi ki, ilk əlverişli havadaca hərəkətə keçsin, özüylə iyirmi-otuz erkək qarışqa götürüb yarpaqla çayın o biri üzünə adlasın. Amma elə o gecə göylər onun planından xəbər tutdu və elə bil onu bu yoldan döndərmək üçün şıdırğı yağış göndərdi. Oduncağı çürümüş palıdın oyuğundan onun yuvasına su dolurdu. Qarışqa ailəsi gecənin qaranlığında yuvadan çıxmağa məcbur idi. Bir-birinin əl-ayağından tuta-tuta gecəni suyla əlləşə-əlləşə qaldılar. Günəş gözünü açanda ana qarışqa gördü ki, ailənin yarıdan çoxu yoxa çıxıb. Sahilə tələsdi. Şax-şüvəl, yarpaqlar üstündə suda boğulmamaq üçün can çəkişən qarışqaların səssiz çarpışmalarından gözləri doldu. Balıqlar yenə şadyanalıq edir, qarışqa ziyafətinin dadını çıxarırdılar.
    Geri qayıtdı. Heç nə olmamış kimi ağacın təpəsindən yarpaq gəmirib yuvaya daşıyan ailəsinin zəhmətinə heyifi gəldi. Onu qəhər boğdu, anasının öyüd-nəsihətini xatırladı, – Ana qarışqa dediyin, canından çox ailəsini düşünməlidir. Nə fəlakətlər, nə əzablar adlamış olsan da bir şeyi unutmamalısan, – qışa bir gün qalsa belə ailəni səfərbər etməyi, onun yaşamasını, gələn yaza sağ-salamat çıxmasını təmin etmək sənin birinci borcundur. Ana qarışqa üçün əsl faciə, ailəsinin onu tərk etməsidir”...
    Günəşə sarı boylandı, – Ey bu nurun arxasında gizlənən, əgər varsansa, ədalətini göstər. Bizim də haqqımızı ver! Canımızı isitdiyin kimi könlümüzü də isit. Ailəmi qorumaqda mənə yardım et, məni ailəm qarşısında üzüqara eləmə. Gücsüzün haqqını güclüyə yedirmə!.. Suyu çəkilmiş yuvasına girdi. Anbar dağılmış, azuqə zay olmuşdu. Qarışqalar daşıdıqlarını yığmağa bir yer tapmayıb gətirdiklərini yenidən eşiyə çıxarırdı. Dərhal işə qarışmağın vaxtıydı, yoxsa ailə onu evsiz görüb tərk edə bilərdi. Hamını toplayıb dayanmadan dəhlizləri, anbarları, cığırları təmizlətdi. Amma axşamüstü göy yenə kükrədi. Şimşək çaxdı, qara buludlar yenidən meşənin üstünü alanda haray çəkdi ki, bütün ailə palıdın koğuşunda yağış tutmayan yerdə cəmlənsin. Bu gecə dünənkindən də güclü leysan oldu. Yanğından sonra ağaclar məhv olduğundan yaz yağışları həmişə belə təhlükəli olurdu – cavan ağacların çətiri yuvanı yağışdan qorumağa yetmirdi. Qətiləşdirdi ki, səhər açılar-açılmaz ailəni o taya keçirsin və etibarlı bir yerdə ailəyə yuva qursun, – “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir ?! Bu cür zəhmətkeş, qədirbilən ailəni naümid qoymaq günahdır. Həm də vaxta az qalıb”... – sinəsini oxşayıb əllərini yaladı. Qızmar günəşin isti nəfəsini duyanda işçi qarışqalar tənbəl-tənbəl ağacın koğuşundan çıxıb ətrafa səpələndilər.
    Aradan azca vaxt keçmişdi, gözətçi qarışqa xəbər gətirdi ki, çayın sahilindəki qoca palıdı sel aşırıb, çayın bəndi yarılıb, çay səmtini dəyişib və meşəni su basıb. Başqa bir qarışqa gəldi ki, çay quruyub, balıqlar xırda gölməçələrdə partlaşa-partlaşa qalıblar.
    Sahilə yüyürdü. Gördüyü mənzərədən əllərini gəmirdi. Gördü ki, çayın başındakı iri qayadan daha su gəlmir, çayın yerində çınqıldan başqa əlamət qalmayıb. Günəş çayın yatağını qurutmuş, ölü balıqlar çaylaqla bir olmuşdur. Az bir qismi də xırda gölməçələrə sığmadığından partlamaya düşmüşdülər. Quşlar balıqlara daraşmışdılar.
    Ana qarışqa car çəkdi, – O biri sahilə keçirik!.. Çaylağın ortasına çatanda ürkək-ürkək çayın həmişə töküldüyü iri sal qayaya baxdı, – “Bu çay bir də axmaz...” – təmkinlə ailəni durdurdu, – Hər kəs qarnını balıqla doyursun. Dörd gün işləməyəcəksiniz. Bacardıqca çox yeyib yeni yuvamızı qurmaq üçün var gücünüzü toplamalısınız! Qarışqa sürüsü balıqlara cumdu. O isə həsrətində olduğu meşəyə bir an tez qovuşmaq üçün o taya tələsdi.
    Eynən anasının dediyi kimi qarışqa cənnətiydi bura. Gül-çiçəyin qoxusundan başı hərləndi, baxdı ki, qurd-böcək əlindən tərpənmək olmur burda. Qarşısına bir işçi qarışqa çıxdı. “Bəlkə də eyni soydanıq” düşündü, – Mən ailənizin başçısıyla görüşməliyəm, özüm qarşı sahildənəm... Qarışqa lal-dinməz qabağa düşdü, onu iri cökə ağacının dibində yerləşən yuvalarına gətirdi, ana qarışqanı gözətçiyə təhvil verib yenidən gözdən itdi. Yuvanın sahibi onu mehribanlıqla qarşıladı. Ana qarışqa əcdadlarının bu meşədən olduğunu, o biri taydakı vəziyyətdən danışdı, yaxınlarda bir yerdə yuva salmaq istədiyini dedi.
    – Xoş gəlib, səfa gətirmisiniz. Ürəyiniz istəyən yerdə yuva qura bilərsiniz. Burdakı bütün qarışqa ailələri bir-biriylə qohumdurlar və çox mehriban keçinirik. Yuva qurmaq üçün nə qədər istəsən köməkçi də verə bilərəm... – ev sahibi çox lütfkar idi.
    – Sağ olun ki, belə mehribansınız. Yuvanı qurmağa gücüm kifayət qədər var... – anası demişdi ki, heç vaxt ailənin, yaxındakı yuvaların ana qarışqaları ilə təmasına imkan vermə. Erkəklər yoldan çıxa bilər, işçi qarışqalar gen yuvaya şirnikib səni tərk edə bilərlər. Xeyli aralıda yuva üçün geniş çətiri olan yaşlı cökəni seçdi. Ağacın başına dırmandı. Burdan gəldiyi meşə, çaylaq əl içi kimi görünürdü. Çaylaqda balıqlara daraşmış şad-xürrəm ailəsini fəxrlə seyr elədi, fərəhlə köks ötürdü, – “Ey Günəşin sahibi, sənin qüdrətini gördüm. Demək ki, balıqlar təkcə suda güclü və qorxunc olurmuş. Neçə ki sudadırlar, qarışqalar onların yemidir, sular çəkilincə də özləri qarışqalara yem olurmuşlar. Anam doğru deyirmiş, – “Kimsə bugünkü gücünə və üstünlüyünə güvənməməlidir. Çünki kimin kimi yeyəcəyinə suların axını qərar verir”... Gün vurduqca ana qarışqa cuşa gəlir, dişilik qoxusunu özü də duyurdu. Ailəni toplayıb yeni yuvanı qurmağın, sonra da yeni övladları dünyaya gətirməyin vaxtı idi. Canından artıq sevdiyi ailəsinə qoşulmaq üçün sevincək çaylağa tələsdi...

    27 oktyabr 2015-ci il
  • iyul 2022, Rəşid B.

  • 527
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......