...
  • Kənd kinoteatrı
  • Rəşid Bərgüşadlı
  • Gərmə-təzək kəndlinin dolanışığı üçün hava-su kimi vacibdir, amma Şükürün peyinliyi binədən biabırçılıq olub. Biz görmüşük ki, peyinlik günün altında ayaqlandıqca bir müddətə daşa dönər, iyi çəkilər. Bu adamınsa mal-qarası ilin on iki ayı qarınağrısına düşürdü. Bilmirəm, tövlənin şəraitindənmi beləydi, yoxsa Şükürün davarı harda zəkkum ot var onu yeyib bu hala düşürdü. Evlərinin üstündən keçəndə iydən gözümüz yaşarırdı. Amma nolsun, hər cümə bu peyinlikdə ağnaşmağa məcbur idik...
    Kənddə yeganə ikimərtəbəli ev Şükürünkü idi. Evin arxa divarı əhənglənmişdi və pəncərəsiz idi. Proyektorla kinoya baxmaq üçün bu cür divar hər deyəndə ələ düşməz. İnsafsız da peyinliyi düz evin dalında – bizim ekran qarşısında sərildiyimiz yerdə salmışdı. Kinoverən Sərdara nə qədər deyirdik ki, başqa divar tapaq, qoymurdu, elə bil Şükürlə sövdələşmişdi. Deyirdi, – Bu cür ekranı heç yerdə tapammarıq, – kinonu qoşub Şükürgilin alt mərtəbəsində yatırdı. Əlləm-qəlləm adam idi Sərdar. Qonşu kənddən olsa da az görürdük onu. Rayonda “videoxana”sı vardı. Videomaqnitafonla proyektoru bir-birinə calayıb maraqlı dəzgah düzəltmişdi. Kinonun pulunu verməyənin adını yazırdı nisyə dəftərinə, gələn dəfə qoparmayınca həyətə buraxmırdı. Bir sözlə, Sərdar əlli qəpiyə bizə həm Şükürün peyinliyini ayaqlatdırırdı, həm də kinoya baxdırırdı. Peyinliyin adını “kinoteatr” qoymuşduq. Cümə günü gətirib saman səpərdik peyinliyə ki, axşam üst-başımız bulaşmasın, əl-ayağımız tırığa batmasın...
    Axırıncı cümə üç filmə baxmalıydıq: Çarli Çaplinin komediyasına, Arnold Şvarsenegerin davalı filminə və Gərayın toy kassetinə. Gəray Aşa xalanın axmadar oğludur. Bakıda yaşayır. Bir ay olmazdı evləndiyi. Toyun videokassetini göndərmişdi ki, Sərdar bizə də göstərsin. Bizim üçün çox maraqlıydı şəhərin restoran toyu...
    Növbə toy kassetinə çatanda üzüsəhərə idi. Musiqi səsinə yuxusu qaçan qonşu evlər də yığışdı Şükürün gərməliyinə. Toy aparıcısının şerləri, qohum-əqrəbanın xeyir-duaları, cürbəcür içkilər, yeməklərlə bəzədilmiş möhtəşəm masalara ağzımız ayrıq qalmışdı. Aşa xala sevincdən göylə gedirdi. Arada, toyda şahidi olduğu hadisələri də danışıb peyinliyin qoxusunu unutdururdu bizə. Bəy-gəlini “Vağzalı” ilə restorandan çıxaranda hərə özüylə gətirdiyi kətili götürüb Aşa xalaya gözaydınlığı verirdi. Gözlərini dörd-beş saat Şükürün divarına zilləmiş tamaşaçıların boynu zoqquladayırdı ağrıdan. Elə bu heynidə ekranda nə görsək yaxşıdı!?.. Rüsvayçılıq! Həm də görünməmiş bir rüsvayçılıq!..
    Bəylə gəlin yataqda lüm-lüt bir-birinə təpilib elə hoqqalardan çıxırdı ki, adamın bu səhnələrdən əti ürpənirdi. Onların ah-ufu Şükürün məhəlləsini başına götürmüşdü. Elə bil yuxusuz camaatın ətinə biz soxdular. Proyektoru söndürə bilən yox idi, Sərdar isə Allah bilir, neçənci yuxuda idi. Kimsə ağıllı tərpənib proyektorun qabağını kəsdi. İncəvara, iyrənc kadrlar cəmi iki-üç dəqiqə çəkdi. Kasset bitmiş, ekran indi titrəyirdi. Kəndin ağsaqqalı Salantur kişi dedi ki, – Aşa, Gərayı ağıllı oğlan bilirdim, amma gərək bizə qarşı belə qanacaqsızlıq etməyəydi. Arvad-uşaq, qız-gəlin yanında başımızı yerə soxdu... – suyumuz süzülə-süzülə məhləni tərk edəndə Aşa xala hələ də peyinliyin ortasında key kimi qalmışdı...
    Bu hadisədən sonra kəndimizdə bir daha kino göstərilmədi. Uzun müddət hərə öz evinə qapandı, kövşəndə, örüşdə hamı bir-birindən həya elədi.
    ...Lap sonradan məsələnin üstü açıldı. Sən demə, Aşa xala oğlunun toy kasseti cızılıb xarab olamsın deyə “video Sərdar”dan xahiş edibmiş ki, toyun üzünü başqa kassetə köçürsün. Gəray da toyu köhnə pornofilm kassetinin üstünə yazıbmış. Sərdar bunu boynuna aldı. Hələ yalvar-yaxar edirdi ki, “kinoteatrı” bərpa edək. Amma çox gec idi, kəndin abır-həya pərdəsi cırılmışdı. İndi Şükürün peyinliyindən hamı iyrənirdi. Hər şey də Gərayın başında çatladı, zavallı uşaq kənddən ayağını birdəfəlik üzdü...

    18 aprel 2019-cu il



  • iyul 2022, Rəşid B.

  • 121
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......