...
  • Sındım — O Hələ də Yazırdı
  • Ceyhun Fikrət
  • Müəllif :Ceyhun Fikrət

    Qəribədir... Hər gün mənimlədir.
    Məni demək olar ki, əlindən yerə qoymurdu.
    Bəzən mənə elə gəlir ki, mən onun üçün çox əzizəm.
    Bəlkə də elə düşünmək istəyirəm. Amma kim bilir...

    Bəzən məndən çay içir, bəzən də su.
    Sanki həyatının bir parçasıyam.
    Onun səsini, nəfəsini, hətta susqunluğunu belə hiss edirəm —
    baxmayaraq ki, mən sadəcə bir fincanam.

    Bu gün o qəribə dərəcədə susqun idi.
    Həyat yoldaşına belə gülümsəmədi.
    Gözlərində dərin bir yorğunluq, sanki görünməyən bir yük vardı.

    Mən onu izləyirdim — hər zamankı kimi səssiz, amma diqqətlə.
    Birdən dönüb dedi:
    – Mənə qəhvə hazırla.

    Xanımı qəhvəni gətirdi.
    Amma... başqa bir fincanda.

    O an içimdə iti bir ağrı hiss etdim.
    Qısqandım.
    Axı hər səhər onun əllərində oyanmağa öyrəşmişdim.
    Bu günsə kənara atılmışdım. Unudulmuşdum.

    Sanki içimdəki istilik sönürdü.
    “Yəqin, bir daha mənə dönməyəcək...” – dedim içimdə.
    Amma bunu dilə gətirə bilməzdim.
    Axı mən sadəcə bir fincan idim.

    O isə yenə yazı stolunun arxasındaydı.
    Əlində qələm, qarşısında ağ vərəqlər — öz dünyasında.
    Bəlkə də mən onun üçün doğrudan da dəyərliydim...
    Ya da bu, mənim uydurduğum bir nağıl idi.

    Bu gün anladım ki, hər şey müvəqqətidir.
    Mənim varlığım da, sevgim də, gözləntim də...
    Sadəcə, kimlərəsə çay və su vermək üçün yaranmışdım.

    Sonra o, mənə tərəf gəldi.
    Ürəyimdə bir ümid işığı yandı.
    Bəlkə də yenidən onun əllərində olacaqdım.

    Əlinə götürdü. Bir anlıq dayandı.
    Sonra xanımına baxıb soruşdu:
    – Bu fincanı kim sındırıb?

    Xanımı təəccüblə dedi:
    – Bu, bir neçə saat əvvəl sınmamışdı… bu necə ola bilər?

    O, məni diqqətlə seyr etdi.
    Mən isə son dəfə onlara baxıb gülümsəmək istədim.
    Amma içimdə iti bir ağrı hiss etdim.
    Çünki onun gözləri çox kədərli idi. O bilmədi nə etsin. Məni son dəfə əllərinə götürüb baxdı.
    Sonra isə məni zibilliyə atdı. Mən daha onu görə bilmədim. Hər yer qaranlıqlaşdı.

    Sükut çökdü.
    Ətrafımda qırılmış xatirələr uzanmışdı.
    Soyuq, səssiz, cansız.

    Mən sındım.
    Amma o hələ də yazırdı.
    Və bəlkə də... məni bir daha heç vaxt xatırlamayacaq.


    06 Oktyabr 2025-ci il
  • oktyabr 2025, Ceyhun F.

  • 718
Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) Bakı-2026 Sizə təqdim olunan “GündəLİKLƏR”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......

Xoşbəxtəm belə sənlə

Dəhnəli Məmməd Hacızadə

Yoxsa da qismətimdə gəzmək əl-ələ sənlə, Neçə-neçə xəyallar qururam hələ sənlə. . Gül açır bağçam-bağım, Artır eşqim,marağım. Gülür dilim- dodağım, Gəlirəm dilə sənlə.......

Dördlüklər. Onluqlar. Qoşmalar

Firuz Mustafa

Dördlüklər Onluqlar Qoşmalar ποίησις (poeziya) Bakı-2024 dördlüklər onluqlar qoşmalat ποίησις (poeziya) Geniş oxucu və tamaşaçı auditoriyası nı filosof, nasir və......