...
  • Sağlam cəmiyyət
  • Ceyhun Fikrət
  • İnsanların bir-birinə yadlaşdığı bir vaxtda, hətta qohumların da bir-birinə yad olması o deməkdir ki, cəmiyyət getdikcə tənəzzülə uğrayır. Tənəzzülə uğrayan cəmiyyətdə isə sağlam ailələrin mövcud olmasi qeyri mümkündü. Qohumların yadlaşması və yaxud qonşuların bir-birilərini tanımaması cəmiyyətdə olan hadisələrin ailələrə pis təsir etməsindən irəli gəlir. Cəmiyyətdə olan fərdlərin bir-birilərinə qarşi soyuq münasibət bəsləməsi, çox vaxt keçmişdə olan ədavətlərlə və yaxud paxıllıq, həsəd, kin-küdürətdən irəli gəlir. Burda yoxsulluq və yaxud zənginlikdə böyük rol oynayır. Məsələn: Bəzən bir qohumun zəngin, digər bir qohumun yoxsul olması ədavətə yol açan mənbələrdən sayıla bilər. Bu iş bəzən yenə nəfsi istəklərin məcradan çıxmasına səbəb olur. Nəfsi istəklər nəticəsində fərdlər getdikcə yadlaşır,isti münasibətlər soyuq münasibətlərə çevrilir. Deməli, bir cəmiyyətdə qonşu-qonşunu, qohum-qohumu saymadığı halda və insanların yadlaşması, biganəlik hallarının çoxalması göstərir ki, artıq cəmiyyət tənəzzülə uğrayır. Yoxsul və zənginlərin niyyətləri bərabərləşsin deyə saf və sağlam bir cəmiyyətin yaranması zəruridir. Saf və sağlam cəmiyyətin yaranması üçün də gərək insanlar yəni hər bir fərd, digər bir fərdlə mehriban və səmimi ünsiyyət qurmalıdır. Necə ki, Allahın Peyğəmbəri (ə) buyurub: ”Qohumun səninlə əlaqəni kəssə də, sən onunla əlaqəni qırma”. Sonra cəmiyyətdə sağlam mühütün formalaşması üçün yenədə ilk əvvəl elmin inkişafı və əxlaq normalarının qaydaya düsməsi mütləq vacibdi. Əxlaq normalarına gəldikdə isə, bəzi fərdlərin cəmiyyətdə doğru və düzgün olmayan hərəkətləri (yəni əxlaqla ziddiyyət təşkil edən hərəkətlər) cəmiyyətdə olan digər fərdlərə öz təsirini göstərmiyə bilməz. Çox vaxt nəfsi istəklərin həddi aşması, bəzən fərdlər arasında böyük problemlərə, cinsi xəstəliklərə, cəmiyyətə gəldikdə isə qınaq obyektinə səbəb olur. Cəmiyyətin və cəmiyyətdə mövcud olan fərdlərin özlərini islah etməsi mütləq vacibdir. Bu barədə İmam Əli (ə) buyurub: ”Kim özünü islah etməsə, çirkin adətlər onu rüsvay edər”. Bundan əlavə İmam Əli (ə) yenə buyurur: ”Kim nəfsin istəyinə tabe olsa, bu istək onu kor, kar, xar edər və azdırar”. Cəmiyyətdə olan bütün fərdlər yalnız nəfsi istəklərdən uzaq olsa, əxlaq normalarına zidd olan hadisələr törənməz, ən azından cəmiyyətdə yaşayan bütün fərdlərin hüqüqları pozulmaz və sağlam cəmiyyət yarana bilər

    Bakı şəhəri
    03.08.2014 ci il



                   

                   
  • aprel 2021, Ceyhun F.

  • 275
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......