...
  • Cəmiyyətdəki proseslərin təhlili
  • Ceyhun Fikrət
  • Hal-hazırda cəmiyyətdə baş verən hadisələr bir çoxlarına məlum olduğu halda, bu hadisələr bir çoxlarına da məlum deyil. Insanların bəziləri cəmiyyətdə olan hadisələrə göz yumur, elələri də vardır ki, səsini çıxartmayaraq bəlkədə bu işlərlə razılaşır, bəziləri isə haqqını və hüqüqlarını hər zaman müdafiə edirlər. Cəmiyyətin bu hala düşməsi ilk növbədə ziyalilara təsir etməlidir desək, bəlkə də yanılmarıq. Amma nədənsə ziyalı təbəqənin nümayəndələri bir çox məsələlərdə susur, bəziləri isə öz fikirlərini cəmiyyətə bildirməyə çəkinirlər. Cəmiyyətdə qadın və kişi hüqüqlarının pozulması, qadınların dəyərdən düşməsi və mənəvi dəyərlərin arxa plana keçməsi cəmiyyətdə özbaşınalığın daha da artmasına səbəb olur. Məsələn: İnternat məktəbində təhsilini başa vuran gənclərin necə çətinliklərlə üzləşdiyini, çətinliyin və məşəqqətli günlərin necə ağır olduğunu bu gənclərdən savayı və bu gənclər qədər heç kəs düşünə və dərk edə bilməz. Yəqin o gənclərin bir çoxları işsizlik və kimsəsizlik ucbatından əyləncə mərkəzlərində fəaliyyət göstərdikləri halda, gələcək həyatlarına da kölgə salırlar. Bir müddətdən sonra belə gənclərin həyat tarixçəsi qaranlıq səhifələrdən ibarət olur desək, yanılmarıq. Bəzilərinin əxlaqsızlıqla, narkotik maddələr və oğurluq kimi digər bu sayaq işlərlə məşğul olması və bu gənclərin qeydinə qalınmaması həm bu gənclərin, həmdə cəmiyyətin geri qalmasına səbəb olur. Nəticədə cəmiyyətdə əxlaqsızlıq, işsizlik, cinayət halları və. s getdikcə artmağa başlayır. Cəmiyyətin iflasa uğramasına səbəb olan amillərdən biri də TV kanallarının, KİV-inin düzgün tənzimlənməməsidir. Məsələn: Bəzi reklam çarxlarında qadınların dəyərdən düşərək, reklamlara çəkilməsi, reklam olunan əşyanın bu reklamda çəkilən qadından dəyərli olması, cəmiyyətin necə bir halda olmasına əyani sübutdur. Qadın isə cəmiyyətin incisi olmalı olduğu halda təəssüfedici haldır ki, dəyərsiz bir vasitəçiyə çevrilərək (təbii ki, bu sözlər hər bir qadina şamil deyil) cəmiyyətdə necə də dəyərdən düşməsi danılmaz faktdır. Qadının elmindən, işindən istifadə olunduğu halda, qadının dəyərinin qiyməti layiqincə ödənilmir və nəticədə qadınların hüqüqları pozulur. Cəmiyyətdə digər məsələlərdən biri də budur ki, insanın cinayət törətməsi və həmin cinayətə cəmiyyətdə qanuni şəkildə cavab verilməməsi bəzən cinayətkarın daha da aktivləşməsinə səbəb olur. Əməlindən peşman olmayan cinayətkar cəmiyyətdə dahada fəallaşaraq öz cinayətini ört-basdır edərək daha da insanların hüqüqlarını pozur və cinayət tərkibli işlər görür. Amma bəzən cəmiyyətdə belə hadisələrlə də rastlaşırıq ki, islah olunma cəza müəssəsində cəzasını çəkmiş bir şəxs nədənsə cəmiyyətdə qınaq obyektinə çevrilir və cinayətkar olmayanda bu baxışlar ucbatından tam cinayətkara çevrilə bilir. Cinayətə yol açan amillərdən biri də budur ki, islah olunmuş bir insan cəmiyyətə qayıtdığı halda həmin şəxs əksər hallarda işlə təmin olunmur və yaxud işlədə təmin olunarsada böyük təzyiqlərlə rastlaşır. Cəmiyyətin həmin şəxslərə birmənalı baxışları çox güman ki, yenidən həmin şəxsləri cinayətə sövq edir. Bundan əlavə məhkum olunmuş bir şəxsin ailədə mövcud olması həmin ailədəki insanların gündəlik qayğılarına da təsir edə bilər. Məsələn: Cəmiyyətin uğursuz inkişafından biridə budur ki, bir şəxsin ailə üzüvlərindən biri və yaxud həmin şəxsə qan qohumluğu çatan insanlardan biri və yaxud kimlərsə məhkum həyatı yaşayıbsa, o ailədən və yaxud o nəsildən olan şəxsi dövlət idarələrində işə qəbul etmirlər. Qəribədir ki, hərbi xidmətə çağrılan zaman hər bir vətəndaşdan soruşulur ki, ailəsində və yaxud qan qohumluğunda olan şəxslərdən məhkum olunan varmı? Və həmin şəxsdən alınan cavab hərbi xidmətə çağrılan şəxsin şəxsi işinə əlavə olunur. Cəmiyyətin inkişafı yalnız elmi mənəvi dünyası güclü olan şəxsiyyətlərdən asılıdır desək bəlkə də yanılmarıq. Cəmiyyətin islah olunması üçün insanların dünyaya baxışı dəyişməlidir. İnsanlar maddi və nəfs istəklərindən uzaqlaşıb, mənəvi hisslərə tərəf meyl etməlidirlər. Cəmiyyətdə hər bir şəxsin hüqüqları müdafiə olunsa, kimliyindən aslı olmayaraq hər bir fərdə qiymət verilsə, cəmiyyət normal inkişaf prosesi keçə bilər.


    Bakı şəhəri
    27.07.2014 ci il
  • fevral 2021, Ceyhun F.

  • 302
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......