...
  • Ailədaxili münasibətlərdə qarşılıqlı güzəşt
  • Ceyhun Fikrət
  • Ailədə kişinin və yaxud qadının dəyərinin artması, onların bir-birlərinə olan qarşılıqlı münasibətlərinin düzgün formada olmasından aslıdır. Kişinin ailədə şah, qadının isə vəzir vəzifəsin də olması məqsədəuyğundur. Ailədə olan bir çox narazılıqlara səbəb kimi bəzən maddi və sosial problemlər göstərilsə də, amma ailədə kişi və qadın münasibətləri düzgün tənzimlənərsə, hətta maddi və sosial problemlər heç də ailənin düzgün qoyulmuş təməlini sarsıda bilməz. Kişinin evdə səmimi davranışı, əxlaqlı və ağıllı düşüncəsi olarsa, çox güman ki, bu qadın tərəfindən yüksək qiymətləndirilər. Ailədaxili münaqişələrdə kişi və qadin mütləq bir-birlərini dinləməli və kişi bu münaqişəyə səbəb olan səbəbləri araşdırmalı və ən azından qarşısındakı qadına qarşı səmimi olmalı və təkəbbürdən, yəni mənəmlikdən uzaq duraraq, fikirlərini qadına çatdırmalıdır. Qadın da kişinin fikirlərinə səbirlə qulaq asmalı və daxili gərginlikdən uzaq olub, əxlaqi keyfiyyət nümayiş etdirməlidir. Günahın kimdə olmasına baxmayaraq, hər iki fərd qarşılıqlı anlaşma nəticəsində, bir-birlərindən üzürxahliq diləməlidirlər. Bəzən də qadının ailədə kişini saymaması kişinin evdə dəyərdən düşməsinə səbəb ola bilər. Çünki, bir evin qadını həyat yoldaşına qiymət vermirsə, təbii ki, ailədə mövcud olan ailə üzvləri də kişinin qədrini çətin ki, bilsin. Həmçinin ailədə qadının dəyərinin artmasi təbii ki, kişidən aslıdır. Çünki kişi öz qadınını həm ailədə, həm cəmiyyətdə müdafiə etməli və onu dəyərləndirməlidir. Əgər belə olarsa, ailədaxili münaqişə zamanı qadınlar ərlərinə güzəştə gedərlər. Hətta ailədə yaşayan ailə üzvləri də, ailədə kişi və qadın hüqüqlarının nə dərəcədə olduğunu bilərlər. Əgər ailədə ailə uzvləri tərəfindən qadına qarşı haqsızlıq olarsa, ilk növbədə bu problemin həlli yollarına kişi baxmalı və qadınını müdafiə etməlidir. Əgər belə olarsa, qadın da ailədə və yaxud yaşadığı cəmiyyətdə, kişisini böyük qüvvə bilər, yalniz kişisinə güvənər və bu zaman ailədə və cəmiyyətdə isə əxlaqi davranışlar, o cümlədən əxlaq qayda-qanunu gözəl şəkildə inkişaf edər. Amma ailədə qadının bəzən özünü kişidən üstün bilməsi nəticəsində, belə ailədə fitnə-fəsad törənir və belə bir ailənin sonadək mövcud olub yaşaması qeyri-mümkündür. Əgər belə ailənin mövcud olması mümkün olarsa da, həmin ailə də əxlaq normalarına uyqun olmayan hərəkətlər baş qaldırar və nəticədə cəmiyyətə ziyan gətirəcəyi bəlli olmayan fəlakətə çevrilə bilər. Allahın Peyğəmbəri də (s) buyurub: “Öz işlərinin cilovunu qadınların əlinə verən kişi heç vaxt nicat və qurtuluşun üzünü görməz”. Təbii ki, ailə məsələləri zamanı qərar verilərkən, ilk növbədə ailədə kişinin sozü üstün tutulmali və kişi ailədə söz sahibi olmalı, qadın da kişinin sözünü təsdiq etməlidir. Yalnız kişinin də ailədə, düz və haqlı həmçinin səmimi və yalandan uzaq qərar verməsi nəticəsində belə qərar ailənin qorunmasına, cəmiyyətin isə fitnə-fəsaddan qurtulmasına səbəb ola bilər.



    Hədis mənbə:

    Mizanul-hikmət: hədis 5751


    Bakı şəhəri
    24.07.2014 ci il
  • fevral 2021, Ceyhun F.

  • 301
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......