...
  • Ailə yükü 2-ci hissə (yaşadıqlarım)
  • Ceyhun Fikrət
  • Səhər isə anam yenə mülayimliklə, heç kimlə işin olmasın deyərək, məni məktəbə yola salırdı. Hər səhər evdən çıxıb dərsə gedirdim. Qarşıma çıxan insanların üzlərində müharibənin ağrı-acısın, kədərin görürdüm. Evlərdən ölüm qorxusu, qan iyi çəkilmirdi. Qəribədir ki xalq tərəfindən belə bir söz də yaranmışdı “Qaçqın”. Evləri erməni daşnaqları tərəfindən zəbt olunmuş həmvətənlərimizə qəribədir ki, “qaçqınlar” deyirdilər. Qaçqın, köçkün sözü hər tərəfdə eşidilirdi. Torpaqlarını, evlərini itirmiş insanlara bəziləri doğma münasibət göstərsə də, onlara qarşı ögey münasibətdə, var idi. “Qaçqın” sözündən hətta müəllimədə, istifadə edərək dərsdən kənar bizə bəzi məlumatlar verərdi. Mən isə, bu sözün necə yarandığını, niyə vətənindən ayrı düşən insanlara belə bir adın verildiyini fikirləşirdim. Son vaxtlar dərs zamanı fikirli olmağım, deyəsən müəllimənin də, gözündən yayınmamışdı. Bu gün yenə müəllimə, bizə işğal olunmuş torpaqlarımızdan, qaçqınlardan danışırdı. Birdən sinif otağımızın qapısı döyüldü. Müəllimənin “buyurun!” deməsi ilə, içəriyə üz-gözü kədərdən solmuş qara geyimli bir qadın və yanında bir qız uşağı sinifə daxil oldu. “Bağışlayın, biz”, deyərək özünü təqdim etmək istəyirdi ki, müəllimə “bilirəm, sizin qızınızı bu sinifə göndəriblər” dedi. Qadın isə, kədərli halda, “bəli, biz Şuşadan gəlmişik”. “Artıq sizin haqqınızda bizdə məlumat var”, deyərək müəllimə göz yaşlarını saxlaya bilmədi.
    Mən də, fikir dünyamdan artıq ayılmışdım. Öz-özümə dodaqaltı mızıldanırdım, “necə ola bilər ki, Şuşa işğal olunsun? Bəs atam belə demirdi axı”. İçimdəki şübhələri qovmağa çalışırdım. “Bəlkə də, onlar Bakıya qonaq gəliblər” deyə, özümə təsəlli verirdim. Amma əsl həqiqət bu idi ki, Şuşa şəhəri doğrudan da işğal olunmuşdu. Qadın Şuşa şəhərinin işğal olunmasını dilinə gətirməsə də, onun görkəmindən Şuşanın başına nə oyunlar gətirildiyi bəlli idi. Daha heç nə eşitmək istəmirdim. Bircə evə gedib küncə sıxılıb ağlamaq istədim. Dərsdən çıxıb evə doğru qaçmağa başladım. Atamı görmək, beynimdəki suallara cavab almaq üçün tələsirdim. Evə çatanda isə, anamın lal-dinməz baxışları, Şuşanın işğal olunmasından xəbər verirdi. Bir neçə saatdan sonra yəqin ki, mənim şübhələrimə son qoyulacaqdı. Özümdə cəsarət tapıb atama suallarımı vermək istədiyim vaxt qapının döyülməsi məni fikirimdən ayırdı. Qəfil gələn qonağın səsi, evimizin sükutunu pozduğu kimi, atamında, halını dəyişdi. Gələn qonağın sual dolu baxışları atam tərəfə yönəldi. O, atama “siz mənim yoldaşımla eyni cəbhədə döyüşürsünüz, neçə vaxtdır ondan xəbər yoxdur, onun halı necədir ? ” deyərək, sual verdi. Atam isə, çətinliklə də, olsa sualı cavablandırmağa çalışdı. “Narahat olmayın, O, əsl döyüşçüdür. Biz onunla fəxr edirik. O, mütləq sizi görməyə gələcək”. Atamın bu sözlərindən sonra qadının baxışları dəyişdi və o, anama tərəf baxaraq, “Allah sizi sevindirsin, siz məni sevindirdiniz” dedi və getdi. Onun gedişi ilə, atamın qəmli baxışlarında yaş damcıları göründü. Anama baxaraq dedi: “O, qadının həyat yoldaşı şəhid olub. Mən bu xəbəri ona deyə bilmədim”. Anam bu xəbərin ağırlığına dözə bilməyib, hönkürtü ilə ağlamağa başladı. Bu qəmli hadisə mənə təsir etsə də, mənə qəribə gələn bu idi ki, atam nə üçün o qadına fəxrlə,“ sizin yoldaşınız Qarabağda şəhid olub ” demədi. Artıq atama qarşı düşüncələrim dəyişməyə başladı. Nə üçün atam belə etdi deyə, beyinimdəki fikirlər məni dərs oxumağa qoymurdu. Bir neçə dəfə istədim ki, atamın otağına gedib, atama sual verim ki, axı, ata nə üçün sən qonşu qadına belə cavab verdin? Mən səni təmiz, düz danışan adam kimi tanıyırdım. Həmişə mənə deyərdin ki, yalan danışma, bəs indi nə oldu ki, sən özün yalan danışdın. Amma həmin gün atama heç bir sual vermədim. Hətta Şuşanın işğalı ilə bağlı, suallarım da, ürəyimdə qaldı. Ona qarşı içimdəki şübhələr beyinimdə səslənirdi. Əgər Şuşa işğal olubsa, bəs O, niyə Bakıdadır? Amma bir neçə gündən sonra eşitdim ki, Şuşa bir neçə həftə bu söhbətdən əvvəl işğal olunub və bizim əsgərlər itgi verərək geri çəkiliblər. Onu da, bildim ki, atam yalançı deyilmış, atamın cümlələri düz imiş, amma mən bu cümlələrin düzgünlüyünün fərqinə vara bilməmişdim. Çünki küçəmizdə matəm çadırının qurulmasını görəndə və qonşu evdən ağlaşma səsini eşidəndə, atama haqq qazandırdım. Atam həqiqətən də, düz deyirmiş, O, əsl döyüşçü olaraq son dəfə ailəsi ilə vidalaşdı. Ailəsi onun son baxışlarını, qamətini görməsə də, məğrur tabutunu gördü. O, vətən uğrunda şəhid olmuşdu. Onun üçün ağlamağımıza baxmayaraq, biz onunla fəxr edirdik. Ağlayanlar içərisində, şəhidin həyat yoldaşı da, var idi. Şəhidin tabutunu maşına qoyan zaman, sanki qadın bir anlıq yuxudan ayıldı və anladı ki, məzara aparılan tabutda, vətən uğrunda şəhid olan bir igidin cəsədi ilə bərabər, onun həyatının mənasın və gələcək günlərinin yaşama səbəbini də, aparırlar. Elə bu düşüncələrlə də, sıçrayaraq tabut aparılan maşının ardınca “məni də, özünlə apar!” deyərək qaçmağa başladı. Tabutu gətirən maşın isə dayanmadan, “qara tabutu”, “axirət dünyasına” apardı. Bu halı görənlərin ağlamaqdan başqa deyəcək sözləri də, qalmamışdır. Qadının isə maşına çata bilməməsi və qaçdığı yolun yarısında dayanması ona işarə idi ki, onun ailə səadəti artıq sona çatmışdı. Bu anı görənlər göz yaşlarını saxlaya bilmirdilər. Hər kəs susmuşdu. Baxışlar isə yalnız bir ailənin faciəsindən danışırdı. Çoxları qadının həyatının puç olmasına üzülür, bəzilərinin baxışlarında düşmənə qarşı hiddət var idi. Amma olan olmuşdu, torpaqlarımız işğal altında, cavanlarımız isə canlarını fəda edirdilər. Artıq müharibənin havası bizim ciyərlərimizə hopmuşdu.
    Mən isə fikirləşirdim. Yenə darısqal otağımıza keçıb, bir küncə sıxılmışdım. Fikirləşsəm də, beyinimdəki suallara cavab tapa bilmirdim. Düşünürdüm ki, bu işlərin axırı necə olacaq, kimin üçün və nə üçün bizim döyüşçülər orda ölür? İçimdəki qorxu, beyinimdəki fikirlərimi qarışdırırdı. Bəzən fikirləşirdim ki, bu gündən bizim üçün də var, çünki şəhid olanların uşaqları yetim qalıb, bəlkə bir gün o güllələrdən biri mənim atama dəydi. O, zaman necə olacaq? Düşünürdüm. Beyinimdəki sözləri dilimə gətirə bilmirdim. Əgər atam ölsə, güzaranımız necə olacaq, onsuzda günlərimiz aclıqla keçirdi. Qohumlardan da, qapımızı döyən yox idi. Bilirdim ki, atama döyüşə getmə deyənlər, atam ölsə bizi məsxərə edəcəkdirlər. Düşünmüşdüm, anamı heç kimə möhtac etməyəcəkdim. Bu fikir beyinimdə qəti formada səslənirdi. Anam heç kimə əyilməyəcək deyərək, otağımda qışqırmağa başladım. Bu zaman öz səsimdə özümə qəribə gəldi. Uşaq olsam da, hiddətli səsim, özümə çox qorxunc göründü. Bu zaman anam otağa daxıl olub, səksəkəli halda dedi: qorxma oğlum! Mən sənin yanındayam. Bu sözlərdən sonra acı gülüş içimi doldurdu. Anam yazıq hardan bilərdi ki, mən ətrafımdakı insanların işlərindən hiddətlənıb qışqırmışam. Lakın anamın kədərli gözləri, yenə gözlərimə sancılmışdır. Daha ona heç bir şey deyə bilmədim, çünki evdən çıxıb qaçmaq, özümü hər kəsdən uzağa atmaq istəyirdim, amma bu mümkün deyildi. Qapını açıb pillələrlə aşağı düşdüm və küçənin başına çatmamışdım ki, qarnı dolu, cibi pulla oynayanlarla küçədə rastlaşdım. Belə insanları görəndə ürəyim sıxılırdı. Amma anamın mənə verdiyi tərbiyə, öz əksini ruhumda tapmışdır. Çünki özümdə bilmədən, yenə belə insanlara salam verdim. Amma sonra özümü danlamağa başladım ki, necə olur axı, mən belə adamlara salam verirəm. Lakın anamın baxışları və səsi, yenə yadıma düşdü. Oğlum! Sən heç kimə pislik eləmə, çünki pislik heç kimə xeyir gətirməyib, həm də, pislik etmək asan bir işdir, amma yaxşılıq etmək həm çətindir, həmdə bu iş şərəfli işdir. Bacarırsan, pis insanlara da yaxşılıq elə. Amma mən bacarmırdım, çünki cəmiyyət öz pis işləri ilə, məni arxasınca çəkirdi.


    Bakı şəhəri
    20.03.2012 ci il
    ardı var.

  • noyabr 2024, Ceyhun F.

  • 536
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......