...
  • Zaur Ustacın Rəqəmlərə Aid Şeirləri
  • زائـــور اوستاج
  • ZAUR USTAC RƏQƏMLƏRƏ AİD ŞEİRLƏR
    1
    Asan bir sual verim,
    İnan, yoxdur beləsi.
    Üçdən iki çıxanda
    Söylə, qalır neçəsi?

    1
    İndi bir az da
    Çətinləşdi iş.
    Neçə azalsa,
    Altı olar beş?

    2
    Hansı qoçaq tez deyər,
    Söyləyin ay uşaqlar?
    Xor-xor yatan pişiyin,
    Neçə xumar gözü var?

    Sual:
    Xumar nə deməkdir?

    2
    Xoruz tək ayaq üstə
    Dayanmışdı bayaqdan.
    Neçəsin gizlətmişdi,
    Xoruz neçə ayaqdan?

    3
    Kvadrat dörd bucaqdı,
    Yəni, dörd bucağı var.
    Üçbucağın bəs onda,
    De, neçə bucağı var?

    3
    Yaman hazırcavabdır,
    İndi bütün uşaqlar.
    Qarlı Qışı saymasaq,
    Onda neçə fəsil var?

    4
    Dünyanın dörd tərəfi,
    Damın dörd dayağı var.
    Ən böyük, nəhəng filin
    De, neçə ayağı var?

    APREL
    Bilən varmı uşaqlar,
    Dördüncü hansı aydır?
    Ondan əvvəl Mart gəlir,
    Maysa, ondan sonradır.

    5
    Eşitdim, öyrənmisən
    İndi daha saymağı,
    Adamın bir əlində
    Neçə olur barmağı?

    5
    Həftənin iki günün
    Dincəlirdi uşaqlar.
    Bəs onda neçə günün
    Məktəbə gedir onlar?

    6
    Daha qalmayıb
    Çətin suallar.
    “Məktəb” sözündə
    Neçə hərf var?

    6
    İldə on iki ay var,
    Bunu yaxşı bilirik.
    Bəs onda yarım ildə,
    Neçə ay var, bilirik?

    7
    Bazar günü gələndə
    Çox sevinir uşaqlar.
    Bəs kim indi tez deyər,
    Həftədə neçə gün var?

    7
    Baxıram hamı bilir,
    Aran nədi, nədi dağ.
    İndi mənə kim deyər,
    Neçə hərf “QARABAĞ”?

    8
    At yanında balası,
    Gəzirdi otlaqları.
    İkisinin bir yerdə
    Neçədir ayaqları?

    8
    Mahirin on yaşı var,
    Ondan kiçikdir Anar.
    Anar iki yaş kiçik,
    Onun neçə yaşı var?

    9
    İki əldə bir yerdə
    On dənədir barmağım.
    Bax, birini qatladım,
    Neçə qaldı qoçağım?

    9
    Arifin səbətində
    Var idi beş alması.
    Kim deyər neçə olar,
    Dördün versə anası?

    10
    İnan ki, çətin deyil
    Düşünsən, asan olar.
    Bir əldə, bir ayaqda
    Cəmi neçə barmaq var?

    10
    Ağıllısız bilirəm,
    Deyin görüm, qoçaqlar.
    “AZƏRBAYCAN’ sözündə
    Cəmi neçə hərf var?

    Müəllif, Zaur Ustac
    "Güllünün şeirləri" kitabından









  • aprel 2022, زائـــور ا.

  • 1680
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......