...
  • Zaur Ustacın Hərflər Haqqında Şeirləri
  • زائـــور اوستاج
  • ZAUR USTACIN HƏRFLƏR HAQQINDA ŞEİRLƏRİ
    A
    A ilə Ana deyə,
    Aləmə səs salırıq.
    Azərbaycan sözünə
    A ilə başlayırıq.
    * * *
    Ata, Anatək sözlər
    A-nın nəfis ilməsi
    A-dan Z-yə hərflər
    Allahın bir töhfəsi.

    A və N
    Baxın, Ana sözünə
    Hərfləri kim sayar?
    N- tək durub ortada
    Hər tərəfdə bir A var.

    N
    N, iyirminci hərfdir,
    Düşüb qabağa amma.
    Çünki, onu bilməsək,
    Yaza bilmərik ana.
    * * *
    N, nənəmin ninnisi,
    N, nənəmin nehrəsi,
    N, nənəmin şipşirin
    Noğul kimi nəvəsi.

    N və T
    Natiq tutdu Tofiqi
    Əlində tapançası.
    Tofiq təslim olmuşdu
    Yer yox idi qaçası.

    T
    Tuncay topu tulladı,
    Tutu, topu tut görək!
    Top-top mənə yaraşmaz,
    Mən tankçı olum gərək!
    * * *
    Tapançamı götürdüm,
    Tüfəngi də ver mənə.
    Tankı, topu sazlayım,
    Hücum edim düşmənə!

    Ə
    Əlifbam əlimdədir,
    Ə hərfi tanışdır.
    Gözümün önündəki
    Əlim Ə – lə başlayır.
    * * *
    Nənədə iki Ə var
    İki Ə – li nəvə də
    Babam Ə – dən küsəndə,
    Ona deyirəm dədə.

    L
    Lalə dostların yenə
    Topladı ətrafına,
    Axı, mən nənəmgilə
    Getmişdim Lənkərana!?
    * * *
    Orda bir ağac vardı,
    Meyvələri sapsarı.
    Leyla dadına baxdı,
    Büzüşdü dodaqları.

    I
    I – nı yazmaq asandı,
    Asan da yadda qalır.
    Kim tanımır, tanısın
    Lap çomağa oxşayır.

    I
    I hərfi sadədir
    Həm də asan yazılır.
    Onunla söz başlamır
    Bakı sözü qurtarır.

    R
    Raul əlində fırça,
    Yanaşdı molbertinə,
    Rənglər rəngə qarışdı,
    Oxşatdı raketinə.
    * * *
    Rəna görəndə rəsmi,
    Dedi, qəşəng rəndədi
    Hətta qanadı da var,
    Sanki, uçacaq indi...

    R
    Rahib Əkbərə
    Saymaq öyrədir.
    Bir, iki, …, dörd…
    Rəqəmdir deyir.
    * * *
    Əkbərsə gülür,
    Uğunur anlıq.
    Hansın unutdun?
    Niyə dayandıq?

    İ
    İlqar sevir, idmanı
    Hey hoppanır ip üstdən,
    İz axtarır bağçada,
    O, tez tapır itindən.

    B
    1 ilə 3 birləşib,
    Birlikdə “B” oldular.
    “Bakı” sözün başlayıb,
    “Kitab”ı qurtardılar.

    B
    Bahar, bayram sözündə
    B hamıdan birinci.
    Əlifbamda ikinci,
    “Bilik”də də birinci.

    YANVAR
    Yanvar birinci aydır,
    Uşaqlar sevir onu.
    Tətildə qartopu var,
    Kim sevməz bu oyunu?

    Y
    Yabını yəhərləyib,
    Yusif mindi, dalına
    Yellətdi, yorğa getsin
    Bərk yapışdı yalına.
    * * *
    Yabı heç tərpənmədi,
    Bir az əydi boynunu.
    Çəkəndə yüyənini
    Oynatdı quyruğunu.

    F
    Fuad Fəridlə
    Girmişdi bəhsə,
    Hansı daha tez
    Gələcək dərsə.

    FEVRAL
    Fevral, ikinci aydır.
    Qar yağır, sular donur.
    Çöldə ac qalan quşlar,
    Pəncərələrə qonur.

    U
    Uğur baxıb göylərə,
    Dedi, usta olacam!
    Uca bir qüllə tikib,
    Ulduzlara çatacam!

    D
    Dəvənin damı damdı,
    Durdu, damı dağıtdı.
    Dəvətikanı dərib,
    Dammayan dam düzəltdi.

    DAN
    Dan yerində
    Günəş doğur.
    Dan səmanın
    Al donudur.

    O
    O yumru hərfdir,
    Oxşayır yumurtaya.
    Yazmağı lap asandı,
    Qələmi kim fırlaya.

    ORXON
    Orxon çox qədim
    Sözdür bilirəm.
    Böyüyən kimi
    Öyrənməliyəm.

    X
    Çarpaz iki xətt çəkib,
    Adını “X” qoydular.
    Xəbər çatdı, xoruza
    Dedi, gecikib onlar.

    XƏZƏR
    Həm dənizdi, həm də göl
    Xəzər təkdi dünyada.
    Qoynunda bir şəhər var,
    O da ilkdi dünyada.

    Sual:
    Xəzər dənizində qəhrəman neftçilərimizin yaşayıb, işlədikləri şəhərciyin adı nədir?

    MART
    Yanvar, Fevral, Mart
    İlin ayları.
    Sevirəm Martı,
    Bol bayramları.

    Suallar:
    Mart neçənci aydır?
    Mart ayında hansı bayramlar var?
    Mart ayında daha hansı önəmli gün var?

    M
    Malik məktəbə
    Bu ildən gedir.
    Müəllim ona
    Ancaq beş verir.
    * * *
    Heç bir məsələ
    Deyil qaranlıq.
    Malik düşünür,
    Yalnız bir anlıq.

    K
    Kirpi kələmlə bir gün
    Gəldi kəllə-kəlləyə.
    Dedi, çəkil yolumdan!
    Kələm, güldü kirpiyə.
    * * *
    Sonra, gördü ciddidi
    Dedi, əkil başımdan!
    Bura mənim yerimdi,
    Bir də keçmə qarşımdan!
    * * *
    Kartofla, kök dözməyib,
    Yetişdilər köməyə.
    Kirpi başa düşdü ki,
    O, məcburdu dönməyə.

    K
    Əlifbamda bu hərfin
    Yeri tamam başqadır.
    Kartof, kələm bir başqa,
    Məktəb tamam başqadır.

    Tapşırıq:
    Kartof, kələm, məktəb sözlərin tələffüz etdikdə “K”
    hərfinin necə fərqli səsləndiyinə diqqət yetirməli.

    Q
    Qu quşu qurbağanı
    Gördü göl qırağında
    Qurbağa oxuyurdu,
    Kefində, damağında.
    * * *
    Qu dedi, quruldama,
    Xoşum gəlmir, qurbağa!
    Matı-qutu qurudu,
    Lap, karıxdı qurbağa.

    QIŞ
    Qarlı Qış gəlib qonaq,
    Çox sevinir uşaqlar.
    Qartopu oynayırlar,
    Sürüşürlər qoçaqlar.
    * * *
    Qaçayın kefi qaçıb,
    Bayaqdan hey düşünür.
    Quşlar indi ac qalıb,
    Pişiklər də üşüyür.

    E
    E darağa oxşayır,
    Dişi tökülüb, amma.
    Üçcə dişi qalıbdı,
    Onunla çox oynama!

    ELAN
    Etibarla Ehtiram
    Belə elan yazıblar:
    “Qaranquşlar itibdir,
    Yəqin yolu azıblar”

    Sual:
    Qaranquşlar nə vaxt gələcək?
    “Yolu azmaq” nə deməkdir?
    Başqa hansı anlamı var?

    S
    Saatsaz saatları,
    Aşıq sazı sazladı.
    Saatlar işləməyə,
    Aşıq sözə başladı.
    * * *
    Neçə saat durmadan,
    Aşıq söylədi, dastan.
    Saatsaz yuxuladı,
    Səs gəlmədi saatdan.

    SENTYABR
    Xoş gəldin, Sentyabr!
    İndi üzümüz gülər.
    Çantamız xoşbəxt olar,
    Kitab-dəftər sevinər!

    Ş
    Şamil şamları,
    Qoydu şamdana.
    Çərşənbə günü,
    Qalsın axşama.

    ŞEHÇİÇƏYİ
    Bir çiçək var, Şehçiçəyi,
    Cücüləri tutub “yeyir”.
    Belə maraqlı bilgini,
    Kitab oxuyanlar bilir.

    Tapşırıq:
    Şehçiçəyi haqqında məlumat topla.


    C
    Sancağımı bəzəyən
    Hilala bənzəyirsən!
    Azərbaycan sözünü
    Can ilə bəzəyirsən!
    * * *
    Ana da balasına
    Can deyə cavab verir.
    Cahu-cəlal sözünə
    C hərfi rəvac verir.

    CANAVAR
    Ya canavar, ya ayı,
    Ya kəpənək, ya arı,
    Hərəsi bir canlıdır,
    Biz qoruyaq onları.

    V
    Vaqifin bir vərdişi
    Hər şeydən vacib idi,
    Vaqonda da, evdə də
    Mütləq var-gəl edirdi.

    Suallar:
    Vaqon nədir?
    Var-gəl etmək nədir?


    VAHİD
    (Şəhid Abbasov Vahidin xatirəsinə)
    Vahid getdi əsgərə,
    Həmişə dedi: - “Oldu!”
    Postunu tərk etmədi,
    Vətənçün şəhid oldu.

    Ç
    Ç hərfi çobanla
    Lap çoxdan dostluq edir,
    Ç - li çomaq həmişə
    Çobanın əlindədir.
    * * *
    Çəməndəki keçisi,
    Ç - li çayırı çeynər,
    Arxacdakı çəpişlər
    Çeşmələrdən su içər.
    * * *
    Ç - li alaçıq, çadır
    Çöldə çobanın evi,
    Çoban yaman çox sevir
    Ona görə bu hərfi!

    ÇƏNLİBEL
    Koroğlunun oylağıdır,
    Çənli, dumanlı Çənlibel.
    Mərd oğullar oymağıdır,
    Dağlar qoynunda Çənlibel.

    Z
    Zanbağı görən kimi,
    Zümrüd dedi, Zeynəbə
    Paxıl deyilsən əgər,
    Zanbağını ver mənə.
    * * *
    Zəhra qarışdı işə,
    Sonra dedi, bu qədər,
    Tənbəl deyilsən əgər,
    Zəhmət çək, özün becər!

    ZƏNGƏZUR
    Zəhmətkeş babaların
    Vətənidir Zəngəzur.
    Əsir düşən torpağım,
    Vətənimdir Zəngəzur!

    Ö
    Çıxıb qunun önünə
    Özünü öydü ördək,
    Göldə məndən gözəli
    Varmı, bir deyin görək!?

    ÖMƏR
    Söhbət edirdi,
    Ömərlə Əsmər.
    Ömər dedi ki,
    Olacam əsgər!

    Sual:
    Sən böyüyəndə kim olacaqsan?

    Ü
    Üzdüm üzümü,
    Üzdüm, özümə!
    İstəyirsənsə,
    Gəl, üz özünə!
    * * *
    Üzüm qurusu
    Üzümdən dadlı,
    Qaldıqca olur
    Daha faydalı!

    ÜLKƏR
    Ülkər adıyla
    Öyünür hər dəm.
    Mən daha parlaq,
    Zərif, inciyəm!
    * * *
    Günəşsə, susur,
    Danışmırdı heç.
    Bacı, bacıyla
    Dalaşarmı heç!?

    Sual:
    Ülkər nəyə işarə edir?
    Ülkər, Günəş adları haradan götürülüb?

    P
    Paşa, əlində maşa
    Hücum çəkdi pişiyə,
    Burda pişik özüməm
    Haydı çıxdın eşiyə!

    PALTAR
    Səliqəli geyinir,
    Məktəbdə hər bir uşaq.
    Pencək, palto geyirik,
    Başa qoyuruq papaq.

    G
    Hər Günəşin doğması
    Yeni günü başlayır,
    Günəş qürub edəndə
    Demək, gün başa çatır.
    * * *
    Günəş özü möcüzə
    Sirr dolu varlığıyla,
    “Bir gün” isə mesajdır
    Dünyaya, insanlığa!

    GÜZ
    Hamımız Payız deyir,
    Əslində adı Güzdü.
    Ona Payız deyənə
    Payız dodağın büzdü.

    H
    Həsən çıxdı hasara,
    Nə yaman hündür imiş.
    Hop eləyib, hoppandı,
    Hündürdən hündür imiş!

    HÜMBƏT
    Hümbətin beş yaşı var,
    Yaman hazırcavabdır.
    Həvəsi var yazmağa,
    Oxumaqda qoçaqdır.

    Ğ
    Qarğa ilə qurbağa
    Getdilər qonaqlığa,
    Sağsağanın toyuydu
    Düşmüşdülər bolluğa.

    QOĞAL
    Nağı maraqla baxdı,
    Vitrindəki qoğala.
    Nəsə heç oxşamırdı,
    Nağıldakı Qoğala.

    J
    Jalə aldı jurnalı
    Baba, ver baxacağam!
    Böyüyəndə sənintək
    Jurnalist olacağam!

    JALƏ
    Jalə, Damla və Şəbnəm
    Yola getmirdi heç vaxt.
    Bir gün Yağmur dillənib,
    Hamısını qoydu mat.

    Sual:
    “Mat qoymaq” deyəndə nə başa düşürsünüz?

    Müəllif, Zaur Ustac
    "Güllünün şeirləri" kitabından bir bölüm





  • aprel 2022, زائـــور ا.

  • 163
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......