...
  • Zaur Ustac. Sübh Çağı.
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    SÜBH ÇAĞI
    Pozur addım səsləri,
    Gecənin kor sükutun.
    Uzaqdan yeyin-yeyin
    Yeyir ürəyin qutun...
    * * *
    Qəfil başlayır quşlar,
    Necə gəlirsə buyruq.
    Sanki komanda verir,
    Gözəgörünməz çubuq...
    * * *
    Bürüyür bircə anda,
    Hər yanı sübh nəğməsi...
    İfa edir təbiət,
    Əsər Tanrı bəstəsi...
    * * *
    Getdikcə addım səsi
    Eşidilir yaxından.
    Gecə qaranlığında,
    Ötüb keçir yanımdan...
    * * *
    Tələsik addımlarda,
    Təlaşlı qəlbin səsi...
    Elə tələsir, sanki,
    (Ta dünyanın sonudur,)
    Tükənəcək nəfəsi...
    * * *
    Uzaqda dan sökülür,
    Gecənin rəngi qaçır...
    Yaxında purç tumurcuq,
    Qətran ətrini sacır...
    * * *
    Addımlar uzaqlaşır,
    Səngiyir sübh nəğməsi...
    "Allahu Əkbər"- deyə,
    Ucalır azan səsi...
    * * *
    Aydın olur səbəbi,
    O təlaşlı yerişin...
    Avazıyır qaranlıq,
    Anlamı var gərdişin...
    * * *
    "La ilahə illəllah",
    Yenə də çökür sükut...
    Əllər açılır göyə,
    Möminlər tutur qunut...
    * * *
    Gecənin bağrın yarıb,
    Gündüz sıyrılır qından...
    Kimisi tövbə edir,
    Neçəsi çıxır dondan...
    * * *
    Həmin şəxs yenə keçir,
    Qayıdanbaş yanımdan.
    İndi özü görünür,
    Səs çıxmır addımından...
    17.11.2022. Bakı.
    © Zaur Ustac
    YAZARLAR.AZ
  • noyabr 2022, زائـــور ا.

  • 126
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......