...
  • Zaur Ustac. Dağ. Sonet Çələngi
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    DAĞ
    (Mayor Quliyevin əziz xatirəsinə həsr olunmuş sonet çələngi. Ruhu şad olsun. Amin.)
    I
    Qoqi dağlarının ətəklərində
    Bir körpə izi var quzusun gəzir.
    Qarın arxasınca zirvəyə doğru,
    Göbələk, ya çaşır, ruzisin gəzir...
    * * *
    Amansız müharibə cövlan edirdi,
    Bu körpə dünyaya gələn çağlarda.
    Əllər üzülmüşdü Qoca Tanrıdan,
    Tale yazılırdı "Cici" dağlarda.
    * * *
    Kövrək addımların atdı Küküdə,
    Arzu, istəyinə çatdı Küküdə,
    Ulu Naxçıvanın Şahbuz elində.
    * * *
    Bir qismət loxmanı yedi halaldan,
    Yaradan qorudu hər cür zavaldan,
    Şükür saf qəlbində, təmiz dilində.
    II
    Şükür saf qəlbində, təmiz dilində,
    Çəmənlər, çiçəklər oxşadı ruhun.
    Böyüdü içində Yurda məhəbbət,
    Gəzdi zirvələrdə izini Nuhun.
    * * *
    Sağında Salvartı, solunda Buzqov,
    Gəzdi qarış-qarış bütün dağları.
    Heyranı olmuşdu o Batabatın,
    Bir başqa aləmdir Şahbuz bağları.
    * * *
    Təhnəsi, Çay düzü oylağı idi,
    Cici yurd zirvəsi yaylağı idi,
    Gördü Biçənəkdə çin-çin biçini.
    * * *
    Əyriqar, Sisqatar oylağı idi,
    Dağdağan zirvəsi yaylağı idi,
    Böyüdü bir barmaq çiynində çini.
    III
    Böyüdü bir barmaq çiynində çini,
    Qoqi qərib idi, Qanlı göl müdhiş.
    Hərdən yamaclarda fikrə dalirdı,
    Eynini açmırdı nəysə belə iş...
    * * *
    Hətta neçə kərə gedib dərinə,
    Gəlin qayasıyla durdu üz-üzə.
    Sordu Kolanın incə dərdini,
    Qoqidən Göyçəylə gəldi göz-gözə.
    * * *
    Gəzdi qarış-qarış eli, obanı,
    Əlindən qoymadı yerə yabanı,
    Heybəsi çiynində, kitab əlində.
    * * *
    Sevirdi müəllim, sevirdi şagird,
    Hamının gözündə qəhrəman, igid,
    Xətiri, hörməti doğma elində.
    IV
    Xətiri, hörməti doğma elində,
    Böyüdü, boy atdı dağlar qoynunda.
    Gəzdi başdan-başa aranı, dağı,
    Gördü necə dağlar ağlar qoynunda...
    * * *
    Yaş üstə yaş gəldi, olmuşdu ərgən,
    Hər sini bir yeni arzu gətirdi.
    Başında yüz fikir, özünə inam,
    Kamala yetişdi, təhsil bitirdi.
    * * *
    Ağıllı, kamallı, həssas ürəkli,
    Qəlbində çağlayan min bir diləkli,
    Bir cavan olmuşdu dağlarda qartək.
    * * *
    Bəlkə də saf idi min dəfə qardan,
    Zirehi var idi ismətdən, aradan,
    Böyüdü həyatda ər oğlu ərtək .
    V
    Böyüdü həyatda ər oğlu ərtək,
    Hələ körpəlikdən sevdi göy üzün.
    Ay, ulduz olmuşdu daim sirdaşı,
    Elindən yol aldı qürbətə uzun...
    * * *
    Bir göz qırpımında ötüşdü zaman,
    Dönmüşdü Yurduna çiynində ulduz.
    Gecələr göylərdə görərdi bir vaxt,
    İndi gecələyir çiynində ulduz...
    * * *
    Böyüdü günbəgün, məqam dəyişdi,
    Çıxdı bərkdən, boşdan yetişdi, bişdi,
    Bərkidi, yetkinlik sininə doldu.
    * * *
    Öz doğma Yurdunda yandırdı çıraq,
    Bütün dost-tanışa çatmışdı soraq,
    Dostuna, tanışa nümunə oldu.
    VI
    Dostuna, tanışa nümunə oldu,
    İşində böyüdü, olmuşdu ata.
    Xəyallar çin idi hələlik çin-çin,
    Kaş bütün cavanlar arzuya çata...
    * * *
    Yaradan açmışdı bütün yolları,
    Yurdunun dörd yanı güldü, çiçəkdi.
    Bütün xəyalları olmuşdu gerçək,
    Bağında gülləri ləçək-ləçəkdi...
    * * *
    Hərdən şairliyi gəlirdi qonaq,
    Mücərrəd sonluqdan verirdi soraq,
    Duymuşdu taleyi istəyirdi bac.
    * * *
    Bəzən nağıllar da olurmuş gerçək,
    Yolumuz hər zaman olmur gül -çicək,
    Həyat çox qəribə, yollar dolanbac.
    VII
    Həyat çox qəribə, yollar dolanbac,
    Hərləndi, fırlandı döndü lap başa.
    Yenə qarlı Qoqi, yenə Qanlı göl,
    Bəxtimiz bizimlə yeriyir qoşa.
    * * *
    Zaman axdı, axdı duruldu yenə.
    Arzuya geden yol buruldu yenə.
    Uşaqlıq içində doğuldu yenə.
    Ruzisi dağlara qovuldu yenə...
    * * *
    Fəsillər gözünə çəkmişdi pərdə,
    Hürr Yurdu yenidən düşmüşdü dərdə,
    Yollar elə həmin dolanbac yoldu.
    * * *
    Örkənmi günahkar, yoxsa doğanaq?
    Yurdun səmasında hava boğanaq,
    İbrətli hekayə, nümunə boldu.
    VIII
    İbrətli hekayə, nümunə boldu,
    Həyat dediyimiz axar bir sudur.
    Bir yol gördüyünü bir də görməzsən,
    Əlbəttə ilk gözə görünən budur.
    * * *
    Əgər diqqət edib, buxarı görsək,
    Yagışı, dolusu, qarı var suyun.
    Milyon illər ötüb, keçsə də zaman,
    Bu qoca təbiət dəyişməz huyun.
    * * *
    Bu yerdə Bəhmənyar düşür yadıma,
    Onun fikirləri çatır dadıma,
    Tale hər il açan güldü elə bil.
    * * *
    Elə ki, doxsanlar gəldi yetişdi,
    Onun da yadına babası düşdü,
    Yenidən dünyaya gəldi elə bil.
    IX
    Yenidən dünyaya gəldi elə bil,
    Adın Novruzəli qoydular yenə.
    Bu ad babasından qalmışdı nişan,
    Yolunu saldılar o gedən yönə...
    * * *
    Nişansız babadan nişan qalan ad,
    Onu da götürdü o gedən yola.
    Bu yol elə yoldur varar mənzilə,
    Nə qədər dönsə də, gah sağa, sola...
    * * *
    Zaman dediyimiz su kimi lövhə,
    Şəffaf görünsə də, gizli min töhfə,
    Yaddaşda olanı unutmadı bil.
    * * *
    Bababanı haqlayan, tapdı nəvəni,
    Duyanlar dəhşətə gəldi, boğuldu,
    Boğazlar qurudu, söz tutmadı dil.
    X
    Boğazlar qurudu, söz tutmadı dil,
    Ağıla gəlməyən, gələr başlara.
    Yenə izlər düşdü, torpağa, quma,
    Tarixsə, yazıldı qanlı daşlara...
    * * *
    Gərək enməyəydi, o dağdan düzə,
    Fəqət, bu iradə xaricindədir.
    Nə qədər "kaş" deyib, "gərək" söyləsək,
    "Qəza" da, "qədər" də məxrəcindədir.
    * * *
    Qızlar atasına oxşar həmişə,
    Oğul anasına (dayısına) bax sən gərdişə,
    Babalar əsasdır, ruhuna rəhmət.
    * * *
    Çox vaxt yuxuları tərsə yozuruq,
    Əzəldən cızılmış çevrə cızırıq,
    Ulu Bəhmənyarın ruhuna rəhmət.
    XI
    Ulu Bəhmənyarın ruhuna rəhmət,
    O düşüb talenin, bəxtin izinə.
    Onun çöhrəsinə gülüb həqiqət,
    Elm taqət verib onun dizinə...
    * * *
    Gözlə görünməyən ağır yükdür o,
    Əvvəldən bəllidir kim daşıyacaq.
    Bu yükün altına girən bilgələr
    Nə qədər bilgi var, həp yaşayacaq!
    * * *
    Ulu Bəhmənyarın tapdığı bu yol,
    Mənzilə aparır olsa da sağ-sol,
    Hər damla su belə, mənbəyə döndü.
    * * *
    O da çox dolandı yalı, yamacı,
    Çoxlu şirin gördü, nə qədər acı,
    Qartaltək uçduğu zirvəyə döndü.
    XII
    Qartaltək uçduğu zirvəyə döndü,
    Yenə də oylağı yalçın qayalar.
    Talenin, qismətin üzü bozdu, boz.
    Astarın örtsə də rəngli boyalar...
    * * *
    Bir körpə izi var, şehli çəməndə,
    Payız qırov gizlər, qışda soyuq qar.
    İllər ötüb keçir, zaman işində,
    Keçidlər bəzən gen, bəzən oyuq, dar...
    * * *
    Gəzib dolaşırıq göz məsti-xumar,
    Bəzən kələ-kötür, bəzən də hamar,
    Yollar həmən yoldu, yön də o yöndü.
    * * *
    Milyon iz içində bir iz seçilir,
    Bu iz həmin izdir, yön alıb gedir,
    Yenə həmin tərəf, elə o yöndü.
    XIII
    Yenə həmin tərəf, elə o yöndü,
    Atadan, babadan qalma daşlı yol.
    Qara maqnit kimi çəkir bizləri,
    İndi hünərin var, yaşa, özün ol!
    * * *
    O da çox dolandı, gəzdi dünyanı,
    Fəqət cızığından çıxmadı bir yol.
    Gecələr düşündü, gündüz yoxladı,
    Nəticə məlumdu, yox idi hürr yol!
    * * *
    Yol təkdir nə qədər olsa da uzun,
    Bu fikri min dəfə, yüz yerə yozun,
    Qəbuldur iradlar, qəbul məzəmmət...
    * * *
    Çaylar həmin çaydır, göllər həmin göl,
    Düzlər həmin düzdür, çöllər həmin çöl,
    Qoqi dağlarında həmin əzəmət.
    XIV
    Qoqi dağlarında həmin əzəmət,
    Zirvəsi dumanlı, örtüyü ağ qar.
    Həmin qoca qartal qıy vurur yenə,
    Bir az aşağıda bəhrəli bağ, bar...
    * * *
    Yamaclar yerini verir dərəyə,
    Düzdə şır-şır axır şırıltılı çay.
    Ətrafa qupquru sakitlik çöküb,
    Nə qədər çağırsan verən olmaz hay.
    * * *
    Lap dibdə bir kənd var, yolları daşlı,
    O kənddə bir ana gözləri yaşlı,
    Bir bala əlləri ətəklərində...
    * * *
    Arı vızıltısı, bülbül cəh-cəhi,
    Matah nübarların şirin bəh-bəhi,
    Qoqi dağlarının ətəklərində.
    XV
    Qoqi dağlarının ətəklərində,
    Şükür saf qəlbində, təmiz dilində,
    Böyüdü bir barmaq, çiynində çini,
    Xətiri, hörməti doğma elində.
    * * *
    Böyüdü həyatda ər oğlu ərtək,
    Dostuna, tanışa nümunə oldu.
    Həyat çox qəribə, yollar dolanbac,
    İbrətli hekayə, nümunə boldu.
    * * *
    Yenidən dünyaya gəldi elə bil,
    Boğazlar qurudu, söz tutmadı dil,
    Ulu Bəhmənyarın ruhuna rəhmət.
    * * *
    Qartaltək uçduğu zirvəyə döndü,
    Yenə həmin tərəf, elə o yöndü,
    Qoqi dağlarında həmin əzəmət...
    Son.
    22-27.11.2022. Bakı.
    © Zaur Ustac
    Qeyd:
    İndi bitirdim. Bu redaktəsiz ilkin variantdır. Cilalama prosesində bəzi xırda dəyişikliklər ola bilər.
    YAZARLAR.AZ
  • dekabr 2022, زائـــور ا.

  • 98
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......