...
  • Zaur Ustac - Ağ Adam
  • زائـــور اوستاج
  • ZAUR USTACIN ŞEİRLƏRİ
    AĞ ADAM ŞEİRİ
    (Rəşad Məcidin doğum gününə)
    Tanrı mayasını tutubdu “ağ”la,
    Torpağı ağ, sümüyü ağ, sözü ağ.
    Sən bu hekayətə ya gül, ya ağla,
    Bu adamın əyrisi ağ, düzü ağ.
    * * *
    Ağoğlanda göz açıbdı dünyaya,
    Ağ doğulub, nur saçıbdı dünyaya,
    Ağ qalacaq, and icibdi dünyaya,
    Sözün tutub; alnı açıq, üzü ağ.
    * * *
    Ağdam adlı məmləkətin uşağı,
    Burda çözüb min-bir türlü tuşağı,
    Çox dinləyib “dastan” deyən “aşığı”;
    Hekayətin mini qara, yüzü ağ.
    * * *
    Ağcabədi, mədəniyyət beşiyi,
    Yurd yeridi, çəkilibdi keşiyi,
    Sadə olub daim evi, eşiyi,
    Məqamında kürsüsü ağ, mizi ağ.
    * * *
    Ustac deyir; tam arınıb bu adam,
    Ağayana, mərd tanınıb bu adam,
    Yarananda, ağ yaranıb bu adam,
    Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.

    Qeyd:
    21 avqust dəyərli ziyalımız - yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü – Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq.
    Rəşad müəllim 58-i tamamlayaraq, 59 yaşınına qədəm qoyur. “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi var. Bu layihədə iştirak etmək istəyən hər kəs Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını zauryazar@mail.ru e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən 01.08.2023-cü ilə qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.

    Müəllif: Zaur USTAC,
    “Yazarlar” jurnalının baş redaktoru,
    şair-publisist.

  • avqust 2022, زائـــور ا.

  • 204
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......