...
  • Yeddinci ilin ikinci addımı
  • زائـــور اوستاج
  • Yeddinci ilin ikinci addımı
    “XƏZAN” – 39
    Yeddinci ilin ikinci addımı - jurnalın aprel (mart-aprel, 2022) sayı...
    “XƏZAN” ədəbi-bədii jurnalının aprel (mart-aprel 2022) sayı çapdan çıxıb. Sıra sayına görə 39-cu nömrəsi hesab olunan 160 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
    Jurnalın redaksiya heyəti yazıçı Meyxoş Abdullahı 60, şairlərdən Kəmaləddin Qədimi 65, Nizami Kolanılını 70 yaşları münasibətilə təbrik edib. Bu münasibətlə Meyxoş Abdullahın yaradıcılığına qismən işıq salan Sərvaz Hüseynoğlunun ““Dəli”nin doğru xəbəri” və Nizami Kolanılının yaradıcılığından bəhs olunan Balayar Sadiqin “Poetik sözün səmimi ruhu” yazıları jurnalda yer alıb.
    Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Müharibə romanı” sərlövhəli məqaləsində Qarabağ müharibəsi mövzusunda yazılan və yazılmayan əsərlərə münasibət açıqlanıb. Ən əsası da Komandan, Sərkərdə, döyüş əməliyyatlarına rəhbərlik edən komandirlərin obrazlarının yaradılmaması qınağa çıxarılıb.
    İsmayıllı rayon məktəblərindən birində Azərbaycan dili və ədəbiyyat müəllimi Jalə Alızadənin “Nizami dühası” məqaləsində şair Nizami Gəncəvinin yaradıcılığına səyahət olunub.
    Elturan Əhlimanlının “Azərbaycanda qonaqpərvərlik ənənələri” məqaləsində adından göründüyü kimi elin müsbət xüsusiyyətləri, məziyyətləri dəyərləndirilir.
    Hacıməmməd Məmmədovun “Torpağa, xalqa və rəhbərə sevgi” və “Ömrün naxışları, qurub, yaradan eloğlu, xalqa, dövlətə xidmət edən insan” məqalələrində iki xeyirxah insandan, onların cəmiyyətdə tuttuqları mövqelərdən və həyata keçirdikləri faydalı layihələrdən söhbət açılır.
    Arzu Heydərovanın “Füzulinin şeir ətirli Yasəməni” müsahibə-oçerki Yasəmən Qaranın həyat və yaradıcılığına həsr olunub.
    Nigar İmaməliyevanın “Qarabağın tarixi-mədəni abidələri” məqaləsində işğaldan azad olunmuş ərazilərdə araşdırılan abidələrdən söhbət açılır.
    Xəyyam Əliyevin “Vətən həsrətinin rəngləri” məqaləsi zəngilanlı rəssam Nazim Hüseynovun yaradıcılığı barədədir. Ramiz İsmayılın “Məhəbbət şairi” məqaləsi aramızdan yenicə ayrılmış Mingəçevirdə yaşayıb yaradan şair Fəxrəddin Əzizin həyat və yaradıcılığı haqqındadır.
    Adilə Əsədovanın “Məmmədli kəndinin tarixi abidələri” məqaləsi “Abşeron kəndləri” silsiləsindən növbəti məqalədir və bu kənddə yerləşən tarixi abidələrdən bəhs edir.
    Poeziya cəhətdən bolluqdur. Esmira Günəş şeirlərinin hamısını şəhidlərə həsr edib. Xuraman Zakirqızının “Lalə və Ələkbər haqqında dastan” şeir-dastanında şəhidin nakam məhəbbətindən bəhs olunur. Ədalət Nəcəfoğlunun “Vəzirin səhvi” şeiri qədim bir rəvayət üzərində qurulub.
    Budaq Təhməzin “Tənha sazın harayı” mənzum dramında şair Ağ Aşığın faciəli həyatından bəhs edir. Dram 2004-cü ildə qələmə alınsa da şair onu ilk dəfədir ki, çap etdirir.
    Poeziya bölməsində bundan əlavə şairlərdən Kəmalıddin Qədim, Nizami Kolanılı, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Şahnaz Şahin, Həsən Goranboylu, Şahlar Hacıyev, Şərqiyyə Balacanlı, Ramiz İsmayıl, Əyyub Məmmədov, Ziya Dilsuz, Zaur İlhamoğlu, Vüqar Əhməd, Bəxtiyar Kavanlı, Zəhra Səfəralıqızı, Şəhla Xəlilqızı və Xəlil Tahirbəylinin müxtəlif səpkili şeirləri yerləşdirilmişdir.
    Əli bəy Azərinin 44 günlük Vətən Müharibəsi iştirakçılarına həsr etdiyi “Adsız döyüş” adlı müharibə romanı təqdim olunur. Maraqlıdır, hadisələr baxımından daha çox yazıçı təxəyyülü olsa da orijinaldır, dramatikdir, reallığa yaxındır. Qeyd etmək lazımdır ki, Vətən Müharibəsi haqqında yazılan ilk romandır.
    Nəsr bölməsində bundan başqa Meyxoş Abdullahın, Əzizağa Elsevərin, Ayaz İmranoğlunun, Məzahir İsgəndərin, Mahir Cavadlının, Rəqibə Qəvvasın və Zaur Ustacın bir-birindən maraqlı hekayələri yerləşdirilib.
    Xatırladaq ki, jurnalın bu sayında qardaş Qırğız ədəbiyyatından Sulayman Risbayevin bir neçə hekayəsi Aygün Yaşarın tərcüməsi ilə çap olunub.
    Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.
    YAZARLAR.AZ
  • aprel 2022, زائـــور ا.

  • 140
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......