...
  • Vaqif Vüqar - Şeirlər
  • زائـــور اوستاج
  • ARZULARIM BİR NAĞILDI...
    Gümüldəyir qulağımda hələ səs,
    İstəyirdim əzabından gen olum.
    Ömür yolum bir səhradır göyərməz,
    Yağış olum,bulud olum,çən olum.
    * * *
    Arzularım bir nağıldı sən demə,
    Söz ümiddi,
    söz cığırdı sən demə.
    Haraylayıb çağırırdı sən demə
    Göylərində qartalına tən olum.
    * * *
    Ağladırsan, ağlat görüm qoca tar,
    Hər pərdəndə,hər simində nalə var.
    İtirmişəm qız balamı bu bahar,
    Ölüm varsa qoy sirdaşı mən olum....

    MƏN YOL ADAMIYAM...
    Şairəm söyləyən ürək səsiyəm,
    Oxumaq istədim mən də quş kimi.
    Sən demə buludun kövrək səsiyəm,
    Göyə toxuyurdu sətirlərimi.
    * * *
    Mənasız görünər hər səs,hər avaz
    Sevinci kədərlə qoşalaşmasa.
    Bahar məhəbbətə yaxa tanıtmaz,
    Belə qaynamasa,
    belə coşmasa.
    * * *
    Görürük,duyuruq hansı həvəsdə
    Qayanın əbədi ağlamağını.
    Hər səhər günəşin qolları üstə,
    Bir yeni sevginin doğulmağını...
    * * *
    Bu dünya min duyğu,min yeni ahəng,
    Həyatla,ölümün can otağıdır.
    Gözəllik möhtəşəm,
    sözlər rəngbərəng
    Yerləri bəzəyən göy qurşağıdır.
    * * *
    Hər yolun sonunda işıq görünür,
    Mən yol adamıyam fikirləri dəm.
    Ömür yaşamışam soyuq bir ömür,
    Baharın əlindən tutub gəlirəm...

    DÜŞÜNCƏLƏRİM...
    Hissiz,duyğusuzdur gülümsəməyən,
    Allah qar yağdırır baxıb dağına.
    Sədəğə istəmə ömürdən,gündən
    Yıxılıb zamanın ayaqlarına.
    * * *
    Qartal qanadından bir lələk düşdü,
    Çapırdı dördnala bir qoca atlı.
    Sevinc qapılarda kirayənişdi,
    Dərdin mənzilidi köksümün altı...
    * * *
    Zülmət sevinməsin batsada günəş,
    Gedişin təzədən dönüş vaxtı var.
    Dünya qaydasını dəyişə bilməz,
    Bir gün yoxuşun da eniş vaxtı var.
    * * *
    İnsan yaşamayan sehirli yurddu,
    Keçilməz yolu var zirvələrin də.
    Zirvədən daş qopdu,
    dərələr uddu
    Acgöz tamahı var dərələrin də...
    * * *
    Dənizdə doğulur dəli küləklər,
    İstinin,soyuğun döz havasına.
    Dalğalar sahili niyə döyəclər,
    Ömür tək sıgmayır öz məcrasına.
    * * *
    Ruhumun bir ovuc buluduyam mən,
    O hansı qüvvədir özünə dartır.
    Tutsada göylərin ətəklərindən,
    Torpağa qayıdır,yerə qayıdır.
    * * *
    Çalınan fələyin kəməncəsidir,
    Duymaz bu mənanı biganə adam.
    Hər axşam,hər səhər zumzuməsidir,
    Çayın bəstəsidir dağlar oxuyan.
    * * *
    Əlində çırpınıb xəyallarımın,
    Sözün qucağında fikir uyuyur.
    Bir səs qulağıma gəldi ayıldım,
    Gördüm pəncərəmdə bir quş oxuyur...

    SALAM ALLAH SALAMIDIR
    Biri şərqə, biri qərbə
    Gedir güman səpə-səpə.
    Həyat yolu çox qəribə,
    Hərə bir yol adamıdır.
    * * *
    Astarı nə,üzü nədi
    Dilimdə sözü göynədi.
    Söz daşlaşan bir əbədi,
    Qədim Misir ehramıdır.
    * * *
    Salam şeirin dilidir,
    Salam haqdan qopub gəlir.
    Salamsız fikir ölüdür,
    Salam Allah salamıdır.
    * * *
    Sevgi bahar,sevgi payız
    Qoy dolaşsın ağız-ağız.
    Deyəcəklər bir sevdasız
    Günlər ömrün haramıdır.
    * * *
    Ocaq çatıb,od qalayıb,
    Dərmədiyim gülə hayıf.
    Faniliyə baş bulayıb,
    Gedən ölüm karvanıdır.

    MƏNİ TUFAN DOĞUB...
    Yağıb sətir-sətir varaqlar üstə,
    Kükrə,
    çaylar kimi yenidən kükrə.
    Döyüb pəncərəmi əsən dan yeli,
    Çəksin xəyalımı dərinliklərə...
    * * *
    Möhtəşəm olursan qovuşmağınla,
    Ruhumun göyləri sonsuz və dərin.
    Ana laylası tək özünə çəkir,
    Əlindən yapışıb şeirlərimin.
    * * *
    Məni tufan doğub min ildən bəri,
    Ulayan boz qurdun uzaq səsiyəm.
    Yatıb,dincəlməyən dənizlər kimi,
    Bəlkə də taleyin uzaq səsiyəm.
    * * *
    Sonum belədirsə,
    əvvəlim belə
    Ağacam,torpağam,suyam,buludam.
    Könlümün harayı mələr bir quzu,
    Gözünün yaşını qurutmalıyam.
    * * *
    Məni də qapından keçir qoy gedim,
    Hər kəsin gözündə ikili dünya.
    Gördüm mürgüləyir səssiz duyğumun,
    Sığınıb köksünə mürgülü dünya.
    * * *
    İnsanlıq diz çökür azadlığına,
    Bəs niyə dünyanın evi dar imiş.
    Bir möhnət görürəm hər addım başı,
    Ürək viran imiş,tarimar imiş.
    * * *
    Kukrəyim,çağlayım dalğalar kimi,
    Ayağa qaldırım tufan ordumu.
    Yox-yox quş avazlım,əfv elə məni,
    Gərim yer üzünə qanadlarımı...

    DOĞULDUM...
    Mələk gəldi quş təki,
    Dodağında təbriki.
    Əlimi tanış təki
    Sıxan vaxtı doğuldum.
    * * *
    Həyat,ölüm savaşı,
    Ömür bir sapand daşı.
    Ayrılığın göz yaşı
    Yağan vaxtı doğuldum...
    * * *
    Dünya eşqin gözəli,
    Ətəyində bir əli.
    Bir əlində yaz seli
    Axan vaxtı doğuldum.
    * * *
    Yollar küsgün,can talan
    Sevgisidi azalan.
    Haqqımızı şər,yalan
    Boğan vaxtı doğuldum.
    * * *
    Ana doğan mərddimi,
    Kim eşidib əhdini.
    İpə,sapa dərdini
    Yığan vaxtı doğuldum.
    * * *
    Vətən ayrılıq yurdu,
    Kədər mərəkə qurdu.
    Ovundurub buludu
    Şağan vaxtı doğuldum.
    * * *
    Qış qovurdu baharı,
    Kimsə yorub yolları.
    Kəsib qoca çinarı
    Yıxan vaxtı doğuldum.
    * * *
    Səhərəcən quş oyaq,
    Oxuyurdu cosaraq.
    Günəş dağdan aşaraq
    Çıxan vaxtı doğuldum....
    Müəllif: Vaqif Vüqar
    YAZARLAR.AZ
  • mart 2022, زائـــور ا.

  • 138
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......