...
  • Uşaq Nəsrinin Inkişafında Şəfahət Şəfi Imzası
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    UŞAQ NƏSRİNİN İNKİŞAFINDA ŞƏFAHƏT ŞƏFİ İMZASI
    Ölkəmizdə uşaq ədəbiyyatının ilk təşəkkül tapdığı illərdə balaca oxucular üçün nəsr əsərlər meydana çıxaran Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq və s. maarifçi yazıçılar məna və məzmun etibarı ilə bir-birindən maraqlı nümunələr ərsəyə gətirmişdir. Müasir dövrümüzdə də uşaq nəsrinin davamçıları azlıq təşkil etmir desək yanılmarıq. Bunların sırasında Zahid Xəlil, Rafiq Yusifoğlu, Aləmzər Əlizadə, Qəşəm Nəcəfzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Mina Rəşid, Qəşəm İsabəyli, Ələsgər Əlioğlunun və son dövrlər uşaqlar üçün ardıcıl olaraq nağıl və hekayələri ilə ədəbi mühitdə tanınmağa başlayan Şəfahət Şəfinin adını çəkmək olar. Səfahətin qələmə aldığı uşaq nəsrlərini oxuyanda onun ölkəmizlə yanaşı dünya uşaq ədəbiyyatı ilə də yaxından tanış olması hiss olunur. Nağıl və hekayələrin ustalıqla balaca oxuculara çatdırılması müəllifin mütaliə gücü və zəkasının üstünlüyünün göstəricisidir. Bundan başqa yazıçı qələmə aldığı əksər uşaq əsərlərininin mövzusunu gerçək həyatdan götürür ki, bu da azyaşlı oxuculara əsərin ideya və mövzusunu daha rahat şəkildə anlamağa imkan yaradır. Ən əsası odur ki, uşaqlar üçün yazılan əsər onların estetik zövqünə xələl gətirməməli, mədəni tərbiyəsinin inkişafına, duyğularının gözəlləşməsinə, saflaşmasına vəsilə olmalıdır. Yuxarıda sadalanan vacib nüanslar Şəfahət Şəfi yaradıcılığında tamamilə özünü ehtiva edir.
    Yazıçının "Adilin səhvi" adlı hekayəsində əsərin qəhrəmanı olan Adilin bilik mənbəyi sayılan kitaba etinasız yanaşması, onu özündən
    sonrakı nəslə yararsız halda təqdim etməsinin yaxşı iş olmadığı aşılanır. "Yusif və qaranquş" hekayəsində isə quşların min bir əziyyətlə qurduğu yuvalarını dağıtmaq istəyən Yusifə babası tərəfindən məzəmmət edilir. Onların təbiətdə oynadığı vacib rol əsərin qəhrəmanına başa salınır. Nasirin uşaq əsəbiyyatındakı xidmətini böyüməkdə olan nəslin mərhəmətli, qayğıkeş, insani keyfiyyətlərə xas şəkildə tərbiyə olunmasına bir çağırış kimi dəyərləndirmək olar. Səfahət uşaq nəsrlərində təsvir israfçılığına demək olar ki, yol vermir. Yazılar yığcam olmaqla yanaşı məna yükünü də özündə saxlayır. Müəllifin bədii əsərləri oxucuda obrazlı şəkildə real, aydın təsəvvür yaradır. Nasir həm də qələm yoldaşlarının uşaq şeirlərini və təmsillərini də nağıl və hekayəyə çevirərək balaca oxucularına daha rahat və maraqlı çalarlarla təqdim edir. Bunlardan "Ördək və Qarğa", "Bülbül və Nadan Sərçə", "Göyərçin və Qumru", "Oğurluq", "Mənim atam dənizçidir", "Ağacları qoruyaq" adlı hekayələri misal göstərmək olar. Bütün bu sadalanan yazılarda uşaqların yaş səviyyəsinə uyğun ideya və maraqların təlqin olunmasını, həmçinin yığcam halda canlı aləmlə ahəngdarlıq təşkil etməsini kiçik yaşlı məktəblilər üçün əlavə oxu kimi estetik zövq baxımından uğurlu yaradıcılıq məhsulu olduğunu söyləyə bilərik.
    Şəfahət Şəfinin uşaq ədəbiyyatındakı xidməti təkcə nağıl və hekayələrlə bitmir. Onun qələmə aldığı "Arı pətəyi" pyesi günümüzdə uşaqlar üçün nadir halda yazılan səhnə əsəridir. Pyesi oxuyanda ilk baxışdan bal arılarının həyat tərzi haqqında yazılmış sadə bir əsər kimi görünsə də, mahiyyətin dərinliyinə varanda pyesdə bal arılarının timsalında dürüstlük, əməyə sevgi, yaşadığı yurda bağlılıq, ailəyə sevgi, çətinliklərin öhdəsindən cəsarətlə gəlmək, xeyirin şər üzərində qələbəsi və s. bu kimi humanist dəyərlər balaca oxuculara sətraltı mənalarla çatdırılır. Şəfahət Şəfinin yazılarının hər biri zəruri mövzulardır. Təbiətə sevgi, böyüklərə hörmət, təhsilə maraq, zərərli vərdişlədən uzaq durmaq və digər bu kimi mövzular uşaqların dünyanı daha yaxşı dərk etmələri, özlərini tərbiyə etmək baxımından dəyərli nümunələrdir. Bütün bu müsbət keyfiyyətləri nəzərə alaraq demək olar ki, Şəfahət Şəfinin uşaq nəsrlərinə müasir dövrümüzün uşaq ədəbiyyatında tez-tez müraciət olunacaq. Uşaq ədəbiyyatı adına sevindirici haldır ki, balaca oxucular onlar üçün yorulmadan, bir-birindən maraqlı nağıl və uşaq hekayələri qələmə alan ədib və eyni zamanda bir dost qazandılar. Təbriklər, “Uşaq ədəbiyyatı”, təbriklər, Şəfahət Şəfi.

    Əyyub Türkay

    şair-publisist


  • fevral 2023, زائـــور ا.

  • 155
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......