...
  • "Unutduğum göy üzü"ndəki qərib ruhlu şair
  • زائـــور اوستاج
  • Meyxoş Abdullah Nazim Əhmədlinin doğum gününə
    "Unutduğum göy üzü"ndəki qərib ruhlu şair
    Nazim Əhmədlini çoxdan tanıyıram. İlk tanışlığımızdan onun daxili aləmində gizlənən və adama sirr kimi görünən bir qəriblik hiss etdim.
    Uzun illər keçməsinə baxmayaraq, bu qəriblik hissi hələ də onun canını tərk etməyib. Nazimin içi, onun mənəvi dünyası zahirindəki çəkisindən - yəni maddi aləmindəki bütün varidatından çox-çox böyük və zəngindir. O, təmənnasızdır. Ummağı, kiməsə yarınmağı özünə dərd bilən insanlardandır. Xeyirxahlıq, saflıq bu insanın qanında, canında daima axan dağ çayı kimi çağlayır. Onun içi də, zahiri görkəmi də ulu şamanlarda olduğu kimi, ruh aləminin ənginliklərindən süzülüb gələn bir dua yağışına bənzəyir.
    Yaxşı insanlar bu dünyanın bütün pislikləri üçün həmişə özlərini günahkar bilirlər. Pis adamlar bircə şeyi anlamaq istəmirlər ki, onların dərdini, yükünü çəkən bu dünyada yaxşı insanlar yaşayır və o yaxşı insanlar onlara görə çox əzab çəkirlər.
    Nazim Əhmədli də belə insanlardan biridir. Dünyada baş verən bütün haqsızlıqların əzabını çəkən, edilən haqsızlıqlarda özünü günahkar bilən bir Tanrı bəndəsidir.
    tonqalı çat üstümə,
    dərdi oyat üstümə;
    günahı at üstümə,
    mənə günah adı qoy.
    Nazim Əhmədli sanki şeir yazmır, duyğu və istəklərinin, gördüklərinin şəklini çəkir. Onun şeirləri pıçıltıyla oxunan dualar kimidir, adamı öz sehrində saxlamağı bacarır. Şeirləri yığcam və axıcıdır, oxucunun gözünü, könlünü yormur. Şerlərinin məna yükü çox güclüdür, oxucunu bir müddət cazibə dairəsində saxlamağı bacarır.
    nə var ki, alın yazımda,
    fələklər kimin yasında;
    boz dağların arasında,
    küləklər məni sürüyür.
    Nazim Əhmədli təvazökar şairlərdəndir. Təmkinini, ağırlığını qoruyan ruh adamdır. İstedadına güvəndiyi üçün daxilən sakitdir.
    Onun özü yox, şeirləri qapı açır. Əsl yaradıcı insan belə olmalıdır. Hər gün tədbirlərdə, televiziya ekranlarında, redaksiyalarda görünməklə şan-şöhrət qazanmaq olmur. Əksinə, bəlkə də belə hallar yaradıcı adamın nüfuzuna təsir edir, onu xırdalayır.
    Nazim Əhmədli əsl ədəbiyyat adamıdır, onun üçün söz, düşüncə, yaradıcılıq hər şeydən üstündür. O, sözün ağrısını çəkməyi bacarır.
    ürəyinə qəm düşəndə,
    bircə misra kəm düşəndə;
    əlindən qələm düşəndə,
    şair şeirdən yıxılır.
    Nazim Əhmədlinin poeziyası kimi sevgisi də özünəməxsusdur. Onun vətən, torpaq sevgisi ilahi sevgidir. Nazim az sözlə böyük sevgisini və poetik düşüncələrini aydın, sərrast ifadə edən bir şairdir.
    ruhum əsir oldu, harda
    babam diksindi məzarda;
    ürcah oldum uzaq yurda,
    sevdim uzaq bir dənizi.
    Nazim Əhmədli sevgisində çox səmimidir. Onun səmimi etirafları düşündürücüdür.
    onsuz da bilirəm, səni,
    tanrı mənə yar eləməz:
    bir də onu bilirəm ki,
    səni mənsiz var eləməz.
    Ağrılı insanı anlamaq üçün onun çəkdiklərini yaşamaq lazımdır. Ümumiyyətlə, həyat belədir, kimisə başa salmaq üçün onunla öz dilində danışmaq lazımdır. Yoxsa özgə ölüsü adama yatmış göründüyü kimi, özgə ağrısı da başqasına adi görünəcək.
    Nazim Əhmədli sözü boşa xərcləmir, əksinə, dediyi sözlə həm əxlaqi, həm də dünyəvilik baxımından nə qədər yüksəkdə dayandığını göstərir.
    gəl səni ürəyimin,
    köynəyindən keçirim;
    bir az ürəyimdə qal
    gör mən nələr çəkirəm.
    Nazim Əhmədlinin yaradıcılığı və şəxsiyyəti haqqında çox yazmaq, çox danışmaq olar. Təbii ki, mənim yazdıqlarım, onun yaradıcılığına bir dost baxışı, şəxsiyyətinə hörmətin yığcam ifadəsidir. Həm də Nazim Əhmədlinin mənə hədiyyə etdiyi "Unutduğum göy üzü" kitabını oxuduqdan sonra içimdə yaranan oxucu məhəbbətinin təzahürüdür bu yazı. Əslində isə Nazim Əhmədlinin yaradıcılığı geniş təhlil və təbliğ olunmalıdır. Bu gün gənc nəslin Nazim Əhmədli yaradıcılığına çox böyük ehtiyacı vardır.
    Qələm dostum, dəyərli şairimiz Nazim Əhmədliyə yeni yaradıcılıq uğurları və bol-bol sevincli günlər arzulayıram.
    Meyxoş ABDULLAH
    Yazıçı
    YAZARLAR.AZ
  • may 2022, زائـــور ا.

  • 183
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......