...
  • Ulduz Jurnalının Şəhid Əməkdaşı
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    Vətən uğrunda apardığı savaşda qalib gəlsə də, yaşamaq uğrunda savaşda məğlub olan Baş Leytenant....

    Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub.
    Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə "İnformasiya ölçmə texnikası" ixtisasını bitirdikdən sonra "Leytenant" rütbəsi almışdır.
    Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin "Ulduz" jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub.
    Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə "Leytenant" olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş Leytenant olaraq ehtiyyata buraxıldı.
    12.11.2004-cü il tarixində "Qaya" mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində "Dokta MMC" şirkətində Xəzinadar kimi fəaliyyət göstərməyə başlayıb.
    20.09.2020-ci il tarixində ehtiyyatda olan Baş Leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov
    Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində "koma"-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu..
    Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub.
    Ailəli idi. Ondan yadigar 2 oğul övladı - Azər və Anar qaldı..
    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.
    Ruhun qarşısında baş əyirik, cənab Baş Leytenant! Ruhun şad olsun!
    YAZARLAR.AZ
  • aprel 2023, زائـــور ا.

  • 237
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......