...
  • Təvəkkül Goruslu. Qəlbimin başını qisas yalayır.
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZRLAR

    EŞQ KANIYAM MƏN
    Məcnunam, səhrada eşqə bəzəyəm,
    Təşnələr yatıran dolu kuzəyəm,
    Ondan ətirliyəm, ondan təzəyəm,
    Sevdiyim çiçəyin məkanıyam mən.
    * * *
    Könüldən kövrəyəm, qəlbdən naziyəm,
    Yada dəlisovam, həm də asiyəm,
    Andıma sadiqəm, eşqdə qaziyəm,
    Sevdiyim çiçəyin tikanıyam mən.
    * * *
    Butası çırtlayan bağam, alanam,
    Xudmani baxçayam, kiçik dalanam,
    Özüm həm satanam, həm də alanam,
    Sevdiyim çiçəyin dükanıyam mən.
    * * *
    Sevdanı səhraya Məcnun gətirib,
    Qəribə, Kərəmə vəhylə ötürüb.
    Cavanlar sevməyi məndən götürüb,
    Məhəbbət kanıyam, eşq kanıyam mən.
    24. 07. 2023.

    QƏZƏB TALAYIR
    Elə bir ruhdayam, elə təbdəyəm,
    Qəlbimin başını qisas yalayır.
    Vuruşu, savaşı, qanı hiss edən,
    İçimdə hayqıran qurdlar ulayır!
    * * *
    Girmiş torpağıma məramı bədlər,
    Qazdırır səngərlər, tikdirir sədlər,
    Zatıqırıqlara verincə vədlər,
    Təxribat törədir, nifaq sulayır.
    * * *
    Gətirib yurduma murdar, haramı,
    Bilmirəm qoruyur mənim haramı?
    İki əsrdir ki, basır yaramı,
    Axıdır, torpağım qana bulayır!
    * * *
    Guya ki, oxşardı, dini, soyları,
    Guya ki, yazıqdı bacı tayları,
    Qucaqda gətirib yaban "hay"ları,
    Qarabağda qara bağa calayır.
    * * *
    Otuz il gözləyən qocaman səbrin,
    Tutulsun kəfəni, qazılsın qəbri,
    Əsəblər tarımda, çəkəmmir cəbri,
    İntiqam mizrabı qisas qalayır!
    * * *
    Sevib bayrağımı, bir Allahımı,
    Piyada önünə atmam Şahımı,
    Canımı, cismimi, azad ruhumu,
    Kin, nifrət yandırır, qəzəb talayır!
    19. 07. 2023.

    ƏTA EDƏ
    Qapanıbdı dörd divara,
    Könül düşkün, ruh avara,
    Bircə çimdik sevinc üçün,
    Kim sulaya, kim suvara?
    * * *
    Məhkumluğun çatı ola,
    Azadlığın atı ola,
    Mahmızlayıb yetişəsən,
    Göyün yeddi qatı ola.
    * * *
    Ola ayın günü otuz,
    Bir yan baxça, bir yan hovuz,
    Unudasan dərdi, qəmi,
    Sevinəsən ulduz- ulduz!
    * * *
    Buludunu fata edə,
    Məhəbbəti buta edə,
    Tanrım ulu sevgisiylə,
    Əbədiyyət əta edə!
    14. 07. 2023.

    ÜRƏKDƏSƏN SƏN
    Sevdiyim ürəyin, sevdiyim qəlbin,
    Bəyənmək nə demək, ölürəm gülüm.
    Sevdiyim ilhamın, sevdiyim təbin,
    Bu eşqdən yaranmış, bilirəm gülüm.
    * * *
    Məhəbbət, sədaqət mayəsi Qeybin,
    Mən onu səninlə bölürəm, gülüm.
    İzdivac göylərdə kəsilən kəbin,
    Nə vaxtdır səninlə gəlirəm, gülüm.
    * * *
    Bəyənmək azdırsa, sevmək çox deyil,
    Sevgidən, sevdadan yüksəkdəsən sən.
    Goruslu qırağa salmazki mey( i)l,
    Əzəldən ruhunda, ürəkdəsən sən.
    13. 07. 2022.

    RUHUMUZ SƏNƏ ƏMANƏT
    İndi cismimizi zaman,
    Zamanı cismimiz qucaqlayıb.
    Necə də gözəldi bu ağuş,
    Sevinciylə, kədəriylə,
    Ruhumuz göylərdə...
    Qol- boyunuq,
    Yol gedirik,
    Yazısıyla, qədəriylə.
    Bəzən xoşbəxt,
    Bəzən bədbəxt,
    Yuxusuz gecəsi,
    Nurlu səhəriylə.
    Bir gün torpaq qucaqlayacaq,
    Ruhumuz göylərdən enməsin, Tanrım!
    Cismimiz torpaq,
    Ruhumuz zaman olsun!
    Xatırlansın zaman- zaman.
    Biz səndən bir şey ummadıq,
    Sənə şərik sanmadıq,
    Yaradılanıq, danmadıq,
    Çoxumuz röyadan oyanmadıq...
    Ruhumuz sənə əmanət, Tanrım!
    12. 07. 2023.

    HƏZİNLİK GƏLSİN
    Gecələr götürüb ayın nurunu,
    Silibdi günəşin üzdən ləkəsin.
    Gecənin günəşlə yoxdur sorunu,
    Günəş də gündüzə tökür hikkəsin!
    * * *
    Töyşüyür budaqda saralan yarpaq,
    Saplağı boynunda kəndir kimidi.
    Çırpınır küləklə burulan yarpaq,
    Atəşdən torpaq da təndir kimidi.
    * * *
    Hanı bu səmanın buludu hanı?
    Yetişsin geyinib qara çuxasın.
    Qovruldu çəmənin, çiçəyin canı,
    Açsın köynəyinin dolu yaxasın!
    * * *
    Yayılsın ətrafa torpağın ətri,
    Açıq pəncərədən sərinlik gəlsin.
    Dirilsin şeirimin yazılan sətri,
    Ruhuna Goruslu həzinlik gəlsin!
    10. 07. 2023.

    Müəllif: Təvəkkül Goruslu

    YAZARLAR.AZ
  • iyul 2023, زائـــور ا.

  • 186
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......