...
  • Ruh Adamı Və Digər Şeirlər. Azər Ağayev
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR


    RUH ADAMI
    Həyatdan yorulanda
    Saçlarını küləyə,
    Köksünü şeirə aç.
    Ruh adamı, səninçün
    Darıxmağa yolların
    Əli yalın, könlü ac.
    * * *
    Yol yaxın, ömür uzaq,
    Hicranı ovutmağa
    Əllərin qucaq yeri,
    Kirpiklərin üstündə
    Bir arzu yandırmağa
    Nəfəsin ocaq yeri.
    * * *
    Baxışın gün işığı,
    Nəfəsin bahar yeli,
    İsidir bu çəməni.
    Saçlarından küsəndə
    Şeirimin xətrinə
    Sözə bağışla məni...

    DİVARDAKI KÖLGƏLƏR
    Bir addım məsafədə qıvrılan lal baxışlar
    Çarmıxa çəkilirdi nəfəsinin odunda.
    Səhərin gözlərində hicranı ovutmağa
    Əllərin qucaq yeri göy üzünün çatında.
    * * *
    Ovuclarına sənin üç şeir pıçıldadım,
    Ruhumun əzaları titrədi dodağında.
    "Eşq" dediyin yanmaqdır bir qadın saçlarından
    Ayaq ucuna qədər sükutun ocağında.
    * * *
    Sol yanın gün işığı düşməyən tərəfində
    Əlim göyərçin kimi köksündə dən gəzirdi.
    Saçının sünbül eşqin zaman dəyirmanında
    Saatın əqrəbləri ovuc-ovuc əzirdi.
    * * *
    Ömrün laləzar vaxtı dil açır, ayaq açır
    Dəli, havalı könlün körpə, ərköyün nazı.
    Nəmli divarlar boyu kölgələr rəqs edəndə
    Çiynində çırpılırdı ötən bir ömrün tozu...

    DƏRDİN YAŞ GECƏSİ
    Göy üzündə bir qərib ulduz darıxar yaman
    Saçlarını oxşayıb əllərini tutmağa.
    Qaranlıq gecələrin dərdli ay işığında
    Əlim göylərə çatmaz, ruhunu ovutmağa.
    * * *
    Ömrümün sabahında dan yeri ağarmamış
    Hicran yeli əsəndə yasəmən ətrin gəlir.
    Kirpiklərin dolanda, için qan ağlayanda
    Gözlərinin yaşını dodağından kim silir?
    * * *
    Nənəmin toxuduğu yun köynək təki ruhun
    Məni isti saxlayır soyuq qış gecəsində.
    Göy üzündə bir qərib darıxır yaman,
    Ayın buz nəfəsində, dərdin yaş gecəsində...

    İKİ NƏFƏRLİK BİLET
    Taksinin arxa oturacağında
    pəncərədən çiləyirdi
    martın ilk yağışları,
    Susurdu dodağının altında,
    yanağında üşüyən bir neçə söz,
    Ruhumun tozunu ələyirdi
    gülüşünün can alan baxışları.
    * * *
    Sən evə tələsirdin...
    Tərslikdən də,
    yollar açıq idi,
    Küləklər də dağıdırdı saçlarını çiynimə,
    Gülümsədin yuxulu gözlərimə,
    Susdun... susdun... Başını qoydun sinəmə...
    * * *
    Və sonra...
    Qəfil "məni unut bu gecədə,
    bu yağışlarda" dedin,
    Bir yol arxana baxmadan getdin,
    Getdin, əllərimi sıxmadan getdin,
    Üşüdüm ovuclarında, bilmədin...
    * * *
    Gecələrdən ulduzlar sönməmiş,
    Gündüzlərdən günəş çəkilməmiş
    Nə olar, nə olar,
    hələ getmə,
    Bir az da qal...
    Bağışla yolların tozlu xatirəsinə,
    Yağışların kövrəlməsinə.
    Əgər gedirsənsə,
    bir düşün,
    uzaq sahillərə
    bir nəfərlik deyil,
    iki nəfərlik bilet al...

    POZULAN SÜKUT
    Günəşin solduğu bir gündə
    ümidlər dalğalara çırpılırdı.
    Bir yelkənsiz gəmi kimi
    sovrulurdu ruhum
    Könlümün yaxası asılı qalmışdı
    bir kor düyündən.
    Gözüyaşlı qalmışdı arzular.
    Və... Sən gəldin,
    pozuldu sükut ömrü
    Bir yanımda sən,
    bir yanımda partlayışlar.
    Saatın əqrəbinə son nəfəsini
    tapışırırdı sükut.
    Bulanıq ömrüm sənlə durulurdu.
    Aydınlanırdı günəş soyuq dekabr səhərində.
    Varlığımın tam solundan bir sızıltı,
    bir üşütmə  keçdi  o anda.
    Sənə qədər kirpiklərim -
    ağrıların bulud ömrü...
    Gecələrə dirsəklənib mürgüləyən gözlərim
    gülüşündən bir ovuc səadət içdi.
    Yasəmən ətirli saçlarında
    uçurum dibində
    tutundum həyata.
    Elə gülümsədin ki,
    titrədi ruhum, əsdi əllərim.
    Yuxusu ərşə çəkilən arzularım
    bəlkə dizlərində bir yuxu yata.
    ¹Bir az yaxın gəl, bir az da yaxın.
    Qulağına pıçıldayım saçlarının nəfəsində:
    "Sənsizliyi alnımın qırışlarında daşıdım,
    Çatlamış dodaqlarımda yandı sənsizlik..."
     
    AYRILIĞIN İLK GÜNÜ
    Bir axşamüstü ayrıldıq,
    Boğazımda
    soyuq qəhərə döndü gedişin.
    Təsəlli üçün
    son vida, son görüş olmadı.
    Bu evin hər küncündə yerin göründü,
    Nəmli divarlar boyu xatirələr
    kölgə kimi süründü,
    Həzin mahnılarda da
    açdığın boşluq dolmadı...
    * * *
    Otağım bir az dağınıq,
    pərdələr kirli,
    döşəməni toz alıb.
    Sən gedəli -
    depressiya... yuxu həbləri...
    Həkimlər deyir ki,
    tərgit siqareti, içmə qəti.
    Qorxma, ömrüm-günüm,
    Bir az rəngim saralıb...
    * * *
    Unuduram təqvimlərdə günlərin düzümünü,
    Dolub-boşalan külqabı
    çəkir içimin yanğısın.
    Bir yerdən sonra
    ağrıkəsicilər belə
    götürmür yoxluğunun küt ağrısın...
    * * *
    Bilirəm,
    yenə əlləri qoynunda
    pəncərə önündə dayanıb
    hardasa qayğımı çəkirsən -
    "Axırı necə olacaq bu axmağın?"
    Bu şəhərdə
    əlimin tərsiylə itələdiyim
    qadınlar var,
    Ayağının tozuna dəyməyən.
    Bir də...
    Ovuclarımda saçlarının
    xatirəsi var bir yığın...
    * * *
    Bilirəm,
    dönüşü yox bu ayrılığın,
    Amma nə vaxt gəlsən,
    qapım açıqdır,
    Aid olduğun yeri yaxşı bilirsən.
    Yenə də sızıldayır sümüklərim,
    Uyuşur barmaqlarım,
    Əsir dizlərim...
    Hələ də gözləyirəm...
    Gəlirsən?

    Məllif, Azər Ağayev
    YAZARLAR.AZ
  • dekabr 2022, زائـــور ا.

  • 193
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......