...
  • Pərviz Yahyalının Yarpız Hekayəsi
  • زائـــور اوستاج
  • YAZARLARIN HEKAYƏLƏRİ
    Bir dəstə yarpız
    (hekayə)
    - Elə mehribanlıqla danışırsan satıcı ilə lap paxıllığım tutur
    - Neyniyim, kobudluq edim?
    - Yox, niyə. Sadəcə hamlya xoş münasibətin olur. Təkcə məni görəndə elə bil ilan-qurbağa görürsən. Həmən hirsini tökürsən üstümə
    - Yox, elə deyil- gülümsəyərək əlavə etdi:
    - Əslində ilanlar da, qurbağalar da ziyansızdı.
    - Hətta məni ilan-qurbağadan da….
    - Yox ee, sənin sözünə deyirəm ki, əksəriyyət ilanları pis tanıyır, amma onların quyruğun tapdamasan adamı sancmazlar.
    - Sənin ilan sevdan da varmış?
    - Yaxşı da. Söz düşdü dedim. Bilirsən, danışmışdıq axı. Bu gün biz ciddi qərar vermək üçün görüşdük. Xahiş edirəm birdəfəlik başa düş, bizdə alınmır və alınmayacaq. Səninlə əbədi dost olaraq qala bilərik. Sən mümkünsüzdən yapışıb qalmısan
    - Axı niyə?
    - Ona görə ki, olmaz
    - Bilirsən sevdiyimi, özü də dünyalar qədər. Onu da bilirsən ki, sənsiz yaşamaq mənim üçün mümkün deyil.
    - Heç kəs, heç kəs üçün ölmür. Bircə sən allah demə ki, gedib intihar edəcəksən
    - Bilsəm ki, nə vaxtsa bir dəstə güllə qəbrimi ziyarət edəcəksən onda ölərəm
    - Yaxşı sən allah, ciddi ol
    - Düz sözümdü vallah
    - Bura bax, birinci ölmə, ikinci heç vaxt mən gedib hardasa sənin qəbrini axtaran deyiləm.
    - Elə bilirsən zarafat edirəm
    Bəlkə ürəyində kimsə var. Açıq de bilim.
    - Yoxdu, olsa belə özüm bilərəm. Birdəfəlik xəyal qurmaqlarını qurtar. Ümid də xəyal eyləmə.
    - Demirsən ürəyini, bilsəm ki…
    - Xahiş edirəm. Nə zəng et, nə görüşək.
    Xüdafizləşib azacıq aralananda çevrilib, gülə-gülə - ziyarət edəcəyimə arxayın olub ölmə!- dedi
    Göz işlədikcə qırmızı və yaşıl əsrarəngizlik könül oxşayırdı. Qızılgül dərəsi onun üçün dünyanın əvəzolunmaz məkanı idi. Hər il may ayında bura baş çəkir, təbii qızılgül ətrindən doyunca çiyərlərini qonaq edirdi. Qızılgül dərəsi həm də gözdən-könüldən uzaq yerdə olduğu üçün buralarda bir inni-cinni olmazdı. Nadir hallarda yaxınlıqdakı kənddən mürəbbə bişirmək üçün uşaqlar ləçək yığmağa gələrdilər.
    Uzun illərdi gəldiyi bu dərə əvvəlki illərdə olduğu kimi gəlmədi ona. Heç fikrindən çıxmırdı ki, ona söz vermişdi bura gətirəcəyini. Amma bu arzu olaraq qaldı. Hər ikisinin arzusu.
    Dəfələrlə Qızılgül dərəsinə necə gedə bilərəmi soruşmuş, hər dəfə də yolu desə də oranın harada olduğu, yolu yadında qalmamışdı. Mütləq sənə oranı göstərəcəm demişdi. Çətin, ağlabatan yerdə deyil. Heç oranın yerini bilən adam barmaqla sayılacaq qədər az olduğunu da bildirmişdi.
    Zəif yaz mehi qızılgülləri dərə boyu dalğalandırır, bihuşedici ətri dalğa-dalğa ətrafa yayırdı.
    Ürəyində özünü məzəmmət edir, niyə onu bir dəfə bura gətirəmmədim təəssüfündə yanırdı. Bura nə qədər füsnkar olsa, dünyanın ən məsum baxışlarının həsrətindən qəmli olacaq həmişə keçdi ağlından. Niyə həyat belə amansızdır sualı bütün vicudunu yandırırdı. İlahi eşqi hicran alovunda yandırıb külünü küləklərə verməkdə qəsdi nədi fələyin deyə bitib-tükənməyən sualları özü-özünə pıçıldayırdı.
    Birdən ağlına gəldi ki, heç burdan qayıtmasın geri bir daha. Qalsın burda bütün ömrünü. Qaçıb qurtarsın canını pis adamlardan. Eləcə tərki-dünya yaşasın ömür payının qalan hissəsini Qızılgül dərəsində.
    Tez də ruhdan düşdü. Bu da asan deyil. Yaşam üçün daxma lazım. Yenə gedib qida, su gətirmək. Görüb, biləcəklər yerini. Qonaqlar, dostlar baş çəkəcək ona.
    Bəlkə… bəlkə, allahdan arzu edim; yarəbbim məni insandan başqa bir canlıya çevir, qalım burda. Hətta ağlına gələndən özü də gülümsüdü. Ən ülvi arzumu eşitmədi tanrı, indi bunu eşidəcək?
    Nə fikirləşdisə heç özü də anlamadı. Əllərini cütləyib ovcunu göylərə açdı. Yarəbbim məni bir ilana çevir, qalım burda, dönməyim bir də insanların içinə. Orada hər sözdə, hər səsdə, hər yerdə xatirəsi yandiran əlçatmazlığım onsuz da məni özümü unutdurub. İstəmirəm məni barmaqla göstərib dəli desinlər, tənə etsinlər. Unutmağımın mümkünsüz olduğu sevgimi unuda bilmədiyimi başa düşüb mənə rişxəndlə baxsınlar. Çevir məni bir ilana, mən onsuz insan olaraq qalmağı istəmirəm!
    Bu nədi? Bu nə möcüzə!
    Mən ilan oldum!
    Gecə-gündüz zamanla dua edib, sevgimə qovuşmaq arzumu eşitməyən tanrı bir andaca məni ilana çevirdi!!
    - Bunlardan soruşaq, hardasa bu yaxınlarda olmalıdır
    - Vallah, sən mənim başıma
    ip salıb hərləyirsən. Ora sür, bura sür. Buralarda sənin axtardığın Qızılgül dərəsi filan yoxdu. Qayıdaq gedək evimizə.
    - Yox bircə saxla maşını, mən özüm soruşaram.
    Maşından düşüb, yolun kənarında tərsinə çevrilmiş yeşiklərin üstə cürbəçür dəstələr satan adama yaxınlsşdı
    - Dayı hər vaxtınız xeyir. Bazar olsun. Buralarda Qızılgül dərəsi olmalıdır, ora necə gedə bilərik?
    Yaşlı kişi təəccüb dolu nəzərlərlə ondan söz soruşan xanıma baxdı
    - Ay qızım siz hardan eşitmisiz Qızılgül dərəsini?
    Deyim sizə, amma bir az çətin gedəcəksiz.Torpaq və narahat yoldu. Yol deyəndə yolu yoxdu ha. Eləcə maşın gedənə qədər gedər, sonra piyada.
    Sevindiyindən qərara aldı ki, bu dayının satdıqlarından nə isə alsın. İki-üç dəstə kəvər, qulançar və yarpız alıb, pulunu verdi.
    -İlahi, bura cənnət imiş. Bir gör nə gözəllikdi.
    - Hə düz deyirsən, məni bezdirməyinə dəyirmiş. Di sən allah nə qədər selfi edirsən et, gedək.
    Xeyli ləçək dərdilər, uzaqdan iki-üç 13-14 yaşlı oğlan uşaqlarının da qızıgül ləçəkləri topladığını gördülər. Maşının yanına qayıdanda günəş qürub qızartısını dağların arxasına çəkə-çəkdə idi.
    - Ayyy!!! İlannn!!!
    - Qorxma! -deyib xanımın ayağının altından qaçan ilana sarı daş atmaq istəyəndə
    - Dəymə, sən allah!
    - Necə dəymə! Bir rənginə bax, ağapbaq oldun. Bir də elə qışqırdın elə yarı ölü kimidi qorxudan ilan, qoy öldürüm canı qurtarsın.
    - ilan yazıq neynəsin, mən tapdanım da onu.
    -Dayan bir görüm, öldürəcəm.
    - Gəl sür gedək!
    -Yox e odur orda uşaqlar gül yığır, çalar oları. Bir də ilan öldürmək gərəkli bir şey. Diogenin bir fikri var kim bir alma ağacı əkib, bir ilan öldürübsə, demək ömrü hədər getməyib. Mən alma ağacı əkməmişəm, amma ilan öldürmək şansımı əldən verə bilmərəm. Yəqin bilirəm daşın altına girdi deyib əlini böyük daşa tərf uzatdı.
    - Sən allah dəymə, gəl gedək.
    - Bax o çantalar o uşaqlarındı. Qoyublar bura. Qayıdanda götürməyə sancar onları.
    - Dayan, belə bir məsəl var ilanın zəhləsi yarpızdan gedər, o da gəlib onun yuvasının ağzında bitər. Bilirsən? Biz də yarpız qoyaq bura o daşın altından çıxmayacaq, çıxsa da əks tərəfə gedəcək. Uşaqlara da xətər yetirməz- deyib maşından bir dəstə yarpızı böyük daşın yanına qoydu. Lap kənardan başdaşının önünə gül qoymağa oxşadı
    Qəfil əsən külək pəncərəni hirslə açdı. Havadan yağış qoxusu gəlirdi. Pəncərənin taqqıltı səsinə hövləng yuxudan ayıldı. Hiss etdi ki, qan-tərin içindədi. Gördüyü yuxunun yuxu olduğuna əmin olmaq istəyirdi. Dəli yaz küləyi isə arxdöşü yarpızların ətrini otağa doldurmuşdu.
    Müəllif, Pərviz Yahyalı
    YAZARLAR.AZ
  • aprel 2022, زائـــور ا.

  • 190
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......