...
  • Pərviz Yahyalı - Talisman
  • زائـــور اوستاج
  • Hükayələr
    Pərviz Yahyalının hekayələri
    Talisman
    (hekayə)
    Olub keçənləri o qədər incəliklə, həssaslıqla xatırlayırdı ki, heç bir anın ən kiçicik təfərrüatını belə unutmurdu. Hər sözü, hər udqunmağı belə lap indicə olubmuş kimi kino lentidək gətirirdi gözünün qabağına. Döngəni sola dönüb, maşının uzaq vuran işıqlarını yaxın işığa dəyişdi. Qarşıdan gələn maşın yanından keçəndən sonra radionu qoşdu. Ötən illərin melodiyaları adlı proqramın konferensesi dil-boğaza qoymurdu. Anidən adını belə bilmədiyi aparıcıdan zəhləsi getdi. Bu qədər danışanacan imkan ver musiqi dinləyək məzəmməti ilə onun qarasına acığı da tutdu. Həmin an salonu əfsanəvi Btlsın həzin səsi öz sehri ilə doldurdu. Xəyalı onu ağlının söz kəsdiyi uşaqlıq illərinə apardı. Özü də nədənsə hər yerin bəyaz qara büründüyü qış xatirələrinə. Pəncərə önündə dayanıb soyuqdan üşüyə-üşüyə paltar asmaq üçün ipin üstündə domuşub dayanan sərçələrə tamaşa etdiyi anları təkrar yaşayırmış kimi kövrəldi. Niyə görə musiqi bu bürkülü avqust gecəsində onu xəyalən qışa apardığını anlaya bilmirdi. Birdən yadına düşdü ki, indi paltar asmaq üçün daha iplərdən istifadə edilmir deyəsən. Doğurdan aaa, niyə görən. Hər halda belə iplərə daha ehtiyac yoxdu, ya da ki mənə rast düşmür fikirləşdi. Sualına cavab da tapdı özlüyündə. Yəqin müasir paltaryuyan maşınlar elə paltarları qurulayıb hazır çıxarır deyə.
    Gör neçə gündür xəbər yoxdur. Telefonu da sönülüdür. Sonuncu dəfə bir həftə əvvəl görüşmüşdülər.
    Həyət qapısana çatanda faraların işığında kirpi gördü. Uşaq kimi sevindi. Maşından düşüb kirpiyə diqqətlə baxdı. Ürəyindən hətta onu sığallamaq da keçdi. Düz bir il əvvəl səhər üzü qapıdan çıxanda kirpi ilə raslaşdığı yadına düşdü. Bütün yol boyu uğuruna ilk çıxan kirpi olduğundan xəyalında görüm uğurlu olacaq deyə fikirləşmişdi. Həmin gün imkan tapıb görüşə bilmiş, bir-bir arzusunda olduğu ürək sözlərini deyərək sevgi etrafını nəhayət dilinə gətirmişdi. Ən başlıcası isə bütün varlığı ilə sevdiyinin onun etrafına biganə olmadığını hiss edib, həyatının ən xoşbəxt anlarını yaşamışdı. Bəlkə də bu təsadüfü bir sınağa elə köklənmişdi ki, az qala hər gün gözü kirpi axtarırdı.
    Cib dəsmalını çıxarıb kirpini ehtyatla əlinə götürdü. Onu həyətə buraxdı. Diqqətlə nəzərlərini ona zilləyib gözlədi. Kirpi də eləcə yumağa dönüb qalmışdı. Yəqin əmin olmaq istəyirdi ki, daha heç kəsin onla işi yoxdu. Oturduğu kətlin üstə beləcə yarım saat vaxt keçirdi. Gözləri açıq yuxulayırdı sanki. Qəfil zəng səsi onu diksindirdi.
    -Alo, salam! Necəsən?
    -Salam. Salamatçılıqdı?
    -Hə imkan oldu zəng etdim ki, nigaran qalma. Sabah biz uçuruq. Daha gəlib, bizim məhəllədə boşuna gəzmə. Məni görməyəcəksən.
    - Bəs..
    - Yaxşı, di salamat qal! Anam hələ oyaqdı. Danışa bilmirəm.
    Heç düz əməlli başlı xüdafizləşə də bilmədilər. Qeyri-ixtiyari yaşıl çəmənliyə baxdı. Kirpi çoxdan çıxıb getmişdi.
    İki həftə idi o hər gecə səhərəcən bağda gəzir, gözləri kirpi axtarırdı. Axtarışları fayda verməyəndə isə internetdən kirpilər haqqında cürbəcür məlumatlar oxuyurdu. Artıq onların həyat tərzi, yayılma arealları, çoxalmaları, qidalanmaları haqqında heç vaxt bilmədiklərini öyrənmişdi.
    Dülgər sexinin qarşısındakı kiçik mizin üstünə hirslə çırpılan domino daşlarının şaqqıltısı ətrafı “silkələyirdi” Nisbətən yaşlı usta şagirdinə
    -Bala nə qədər gec deyil get özünə peşə tap. Bizim işimizə daha ehtiyac yoxdur. Burda domino daşlarını stola çırpmaqla yaşamaq olmaz. Plastik qapı-pəncərə zamanıdı. Heç mətbəxlərdə də taxtadan nəyə isə ehtiyac qalmayıb.
    - Ay usta bəlkə zaman dəişdi
    - Oğul, zaman dəyişməyinə dəyişir, amma əmin ol o dəyişiklik bizə sifariş gətirməyəcək. Bir ya iki azıb-təzənlə də çörəkli olmaq olmur.
    - Salam, üzr istəyirəm mane olduğuma. Bir sifariş vermək istəyirəm.
    -Buyurun!
    - Mənə dedilər bu şəhərdə ən yaxşı dülgər sizsiz. Sizə qəribə gələcək, amma bu mənə çox lazımlı bir şeydi.
    -Buyurun, bir halda ki, bizi soraqlaşıb tapmısız, əlimizdən gələn köməyi edərik.
    -Mənim üçün taxtadan kirpi düzəltmənizi xahiş edəcəm.
    Yaşlı ustanın üzünə qəribə ifadə çökdü.
    -Necə? Kirpi?
    -Hə dayı, kirpi. Suvenir kimi bir şey. Siz onun gövdəsini düzəldin. Üstünə tikan əvəzi bax bunları yerləşdirərik -deyə o qurumuş tikanlı innab budaqlarını ustaya göstərdi.
    Müəllif. Pərviz Yahyalı
    YAZARLAR.AZ
  • avqust 2022, زائـــور ا.

  • 120
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......