...
  • Murad Məmmədov. Şəhid Laylası. Şeirlər.
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR


    ŞƏHİD LAYLASI
    Bir ananın laylasından,
    Gözümdə yaş oda döndü.
    Tutuldum qəm libasından,
    Doğma ruhum yada döndü.
    * * *
    Mən həmin gün mən olmadım,
    Dərdim daşdı, çaya döndü.
    Dərdə biganə qalmadım,
    Coşdu hissim yaya döndü.
    * * *
    Bu laylanın zümzüməsi,
    Heç ağıldan, başdan çıxmır.
    Bir ananın laylay səsi,
    Pərçim olub huşdan çıxmır.
    * * *
    Dözə bilmədim bu səsə,
    Gözdə sel tək yaş olarmış.
    Bir ananın bir nəfəsə
    Dərd boxcası boşalarmış.
    * * *
    Ana baxır sola, sağa,
    Göz yaşını silə-silə.
    Şəhid verdi bu torpağa,
    Öz oğlunu bilə-bilə.
    * * *
    Dağ ürəkli bu analar,
    Bu Vətənin baş tacıdır.
    İndi şəhidlərə onlar,
    Həm anadır, həm bacıdır.

    PAYIZ
    Omrümün payızı gəldi deyəsən,
    Könlümü titrədən küləklər əsir.
    Elə bil dünənki körpə uşağam,
    Xırda nəvaziş də səbrimi kəsir.
    * * *
    Dolanır beynimdə fəsilbəfəsil,
    Gözümdə canlanır həyatım mənim.
    Məndən sonra gələn, böyüyən nəsil,
    Biri sabahımdır, biri dünənim.
    * * *
    Nə tez gəldi, getdi pay olan ömür,
    Saçlarım ağardı dümağ qar kimi.
    Könlüm istəyəni həvəsim demir,
    Günbəgün soluram son bahar kimi.
    * * *
    Arzular, istəklər tükənmir ki, heç,
    Ömür daraldıqca səbrimiz dolur.
    Əyninə yüz köynək, yüz də libas seç
    Axırda son libas ağ kəfən olur.
    * * *
    Dünyaya gəlirik bir hay-harayla,
    Atamız, anamız bizi bəsləyir.
    Əvvəl ata, ana köçür sırayla ,
    Vaxt gəlir onlar da bizi səsləyir.
    * * *
    Dünyadan ayrı bir umacağım yox,
    Bu ömrü şərəflə, şanla yaşadım.
    Nə də bir kimsədən gumacağım yox,
    Çunki qaralmadı bir təmiz adım.

    ALLAH
    Sirrimi keç kimlə bölə bilmirəm,
    Üzümü tək sənə tuturam, Allah!
    İstəsəm yanına gələ bilmirəm,
    Adına baş qoyub yatıram, Allah!
    * * *
    Bu yalan dünyada, zalım dünyada,
    İnsana bir kimsə həyan olmayır.
    Dərdə bax dərdimi anlayan, ya da
    Qışqırsam səsimi duyan olmayır.
    * * *
    Bu dünya fırlanır ox ətrafında,
    Üyüdür dəhnəsi neçə can gedir.
    Tanışı, qohumu yox ətrafında,
    Vaxtı tamamdısa həmin an gedir.
    * * *
    Həmişə, hər yerdə şükür demişəm,
    Verdiyin nemətə gündə ən azı.
    Naşükür deyiləm, varsa yemişəm,
    Yoxdusa olmadım səndən narazı.
    * * *
    İlahi, heç kəsə mən güvənmədim,
    Sən oldun köməyim, arxam, dirəyim.
    Büdrədim, yıxıldım geri dönmədim,
    Bərkidim, toxdadı ruhum, ürəyim.
    * * *
    Hər zaman yaxşı ki, ədalətin var,
    Ayıra bilirsən yaxşını pisdən.
    İlahi, əvvəlcə pisləri apar,
    Qoy dünya güc alsın ağıllı kəsdən.

    İNSAN
    Çox həssas insanam, bəzən gülürəm,
    Bir söz dərdim olar bir ömür boyu.
    Məndən aslı deyil, özüm bilirəm,
    Üfürüb içərəm hər qurtum suyu.
    * * *
    Bəzən qapanaram özüm özümə,
    Günahkar bilmərəm kimi kimsəni.
    Əgər həqiqəti desən üzümə,
    Gözümün işığı sanaram səni.
    * * *
    Xətrimə dəyirsə naqolay bir söz,
    İçimdə çəkirəm, unudammıram.
    Üzümə tuşlanan hər tənəli göz,
    Mənə əzab verir bunu danmıram.
    * * *
    Qaçmışam yaramaz saxta insandan,
    Baxmışam hər insan düzələn deyil.
    İnsanlıq, adamlıq gələrmiş qandan,
    Qanı xarabdısa düz gələn deyil.
    * * *
    Yalançı kəslərlə aram olmayıb,
    Dolaşıq ilməyəm xanamdan ayrı.
    Kimsəyə bir manat borcum qalmayıb,
    Bu yalan dünyada anamdan ayrı.

    QAZAX
    Dünyaya göz açdım qucağında mən,
    Mənim köküm, adım, sanımdır Qazax.
    Anam Azərbaycan sayılar Vətən,
    Yenə də ürəyim, canımdır Qazax.
    * * *
    Məni öz övladı, doğması bilər,
    Qanmazı, nakəsi qəlbindən silər,
    Canıma adıyla istilik gələr,
    Damarda qaynayan qanımdır Qazax.
    * * *
    Xəyalən beynimdə dolanar hər an,
    Gəzdiyim hər dərə, hər yamac, orman,
    Şərəfini uca tutdum hər zaman,
    Şərəfim, şöhrətim, şanımdır Qazax.
    * * *
    Ey dost, səfər eylə yurdumu tanı,
    Güllü gülüstandı baxsan hər yanı,
    Dolanıb gəzsəm də Azərbaycanı,
    Son mənzilim, son ünvanımdır Qazax.

    GECƏLƏR
    Nə qədər istəsəm köməyim olmaz,
    Ruhumu canımdan alar gecələr.
    Gözümü açaram yadımda qalmaz,
    Sakitcə yuxuya dalar gecələr.
    * * *
    Elə tumarlayar gələndə dəmi,
    Gedərsən yuxuya, olarsan yemi,
    Ana balasına çaldığı kimi,
    Yataram ,laylamı çalar gecələr.
    * * *
    Hər günün axşamı canımdan keçər,
    Daraşar canıma qanımdan keçər,
    Aparar yuxuya yanımdan keçər,
    Məni yorar ,heydən salar gecələr.
    * * *
    Ağ rəngi bəyənməz, soruşsan əgər,
    Gündüzün tərs üzü deyilmi məgər?!
    Qara çarşab geyər, qaranı sevər,
    Dəyişməz, bir rəngdə qalar gecələr.

    BİZ
    Biz kasıb bəndəyik, dillərimizin,
    Duası alxışdı, qarğışa yer yox!
    Tanrıya uzanan əllərimizin,
    Sevgidi, barışdı niyyəti ən çox.
    * * *
    Heç zaman harama alışmamışıq,
    Halal davranmışıq, halal yemişik.
    Zəhmətsiz yeməyə çalışmamışıq,
    Qismətdə olana halal demişik.
    * * *
    Kiməsə pis günlər arzulamarıq,
    Allahdan, Tanrıdan qorxmuşuq hər an.
    Yaxşı əməllərlə hər zaman varıq,
    Kənardan tənədi bizləri yoran.
    * * *
    Ancaq Tanrıyadı ümidlərimiz,
    Hər şey ona bağlı müəmma, sirrdi.
    Olur ki, səhv düşür bəzən yerimiz,
    Dözürük, hər şeyin sonu səbirdi.

    AĞLAYIR
    Ruhum elə sızıldayır,
    Damarımda qan ağlayır.
    Yarəb, təbi məndən ayır,
    Gecə bitmir, dan ağlayır.
    * * *
    Arzu, istək bitməz, çoxdu,
    Nəfsim azdı ,gözüm toxdu,
    Qismətimə sözüm yoxdu,
    Qaçırdığım an ağlayır.
    * * *
    Yaş artdıqca məni yoran,
    Hər fürsətdə eyham vuran,
    Min bir rəngdə üzə duran
    Sifət görən can ağlayır.
    * * *
    Murad ,dillən fikrin nədir?!
    Bir sözə bax, məni didir.
    Sözdən ötrü canım gedir,
    Sözə qurban xan ağlayır.

    ZƏFƏR GÜNÜ
    Bu gün mənim millətimin,
    Tariximin zəfər günü.
    Otuz illik həsrətimin
    Ölümünə səfər günü.
    * * *
    Haqqımız yox unutmağa,
    Şərəf verən o anları.
    Torpaq üçün şəhid olan,
    Nakam gedən o canları.
    * * *
    Yadda saxla bu günü sən,
    Millətimin üz ağıdı.
    Bu qələbə, hər an əsən
    Erməniyə göz dağıdı.
    * * *
    Uzun sürən həsrətimiz
    Nəhayət ki, sona çatdı.
    Üzə gülən qismətimiz
    Bu həsrətə sevinc qatdı.
    * * *
    Ey Vətənə oğul doğub
    Şəhid verən sağ analar!
    Qarşınızda günahkarıq
    Ay əyilməz dağ analar!
    * * *
    Əsgər oğlum, qov yağını,
    Zəngəzurdan çiçək dərək.
    Azərbaycan torpağını
    Vahid görək, bütöv görək!

    ÖMÜR YOLUM
    İçimdən gələni yazıram hər an,
    Doğrumu, yalanmı? Ürəkdən gəlir.
    Nə yazdım bilirəm, nələrdi qalan?
    Bax onu bilmirəm, İlahi bilir.
    * * *
    Getdiyim bu yolun sonu görünmür,
    Nə vaxt qurtaracaq bilmirəm yenə.
    Bir onu bilirəm geriyə dönmür,
    Yıxılıb dursam da dərs olmur mənə.
    * * *
    Çoxdu yolçuları bu uzun yolun,
    Baxıram bir kimsə dindirmir məni.
    Həm sağın uçurum, həm də ki, solun
    Sürüşsən udacaq bu yollar səni.
    * * *
    Başqa əlacım yox, yeriməliyəm,
    Nə geri baxıram, nə də durmuram.
    Ya mən ağılsızam, ya da dəliyəm,
    Dayanıb kimsədən heç nə sormuram.
    * * *
    Bu yolda nə qədər insan itirdim,
    Allah şükür ki, dəli olmadım.
    Nə topladım, nə qazandım götürdüm,
    Baxıram əlim boş heç nə qalmadı.
    * * *
    Mənim ömür yolum sayılır bu yol,
    Əvvəli bəllidir, sonu bilinmir.
    Elə yaşa, elə dolan ,təmiz ol,
    Əməllərin yaddaşlardan silinmir.

    ƏZİZİM
    Onsuz da ürəyim boşdur, əzizim,
    Sənə unut deyən ürəyim deyil.
    Səninlə hər əzab xoşdur, əzizim,
    Sənsiz cənnət belə gərəyim deyil.
    * * *
    Aybaay, ilbəil ömürdür gedən,
    Sağalmaz inaddır məni xar edən,
    Hər şeyin tamını unutmuşam mən,
    Təkcə zəhər olan çörəyim deyil.
    * * *
    Hər üzdə yüz sifət, surət gördükcə,
    Min cürə sarsıntı, heyrət gördükcə,
    O qədər zərbələr aldım ki, təkcə,
    Daş-qalaq edilən kürəyim deyil.
    * * *
    Əhvalım dəyişir ruzigar kimi,
    Gah donur, əriyir soyuq qar kimi,
    Sən yoxsan həyatım tarımar kimi,
    Çürüyən, laxlayan dirəyim deyil.
    1982.

    AY ADAM
    Səni incitmirəm, bəzən susuram,
    Elə bilirsən ki, dünyaya yadam?!
    Ya da istəmirəm beynimi yoram,
    Mən cahil deyiləm, ay qanmaz adam.
    * * *
    Dünyanın gərdişi yorsa da məni,
    Həmişə, hər yerdə yaxşılıq əkdim.
    Dikbaşlıq, nankorluq qırsa da məni,
    Biruzə vermədim, içimdə çəkdim.
    * * *
    Üzümə güləni çox görmüşəm mən,
    Duymuşam içində yalanlar bişir.
    Çox sifət daşıyan insanlar bəzən,
    İlan tək soyulur, sifət dəyişir.
    * * *
    Həyatda yıxılma, bacarsan əgər,
    Sürünsən soyumuş ocaqda külsən.
    Şərəfli bir ömür hər şeyə dəyər,
    Şərəflə, namusla yaşaya bilsən.
    * * *
    Duyğusal olmuşam uşaqlığımdan,
    Aldanmaq, yanılmaq istəmədim heç.
    Çox adam üz gördü yumşaqlığımdan,
    Dinmədim, İlahi, günahımdan keç.
    * * *
    Qonşumu baş bildim hər an özümdən,
    Damında cüt malı balalı olsun.
    Kim ki xeyir görür mənim sözümdən,
    Ana südü kimi halalı olsun.

    İNSAN
    Demə, dünya mənimdi,
    Ağılsız, harın insan!
    Nəfsin sənə qənimdi,
    Kəfəndi, varın insan!
    * * *
    Bir az düşün, fikirləş,
    Şeytana çox yar olma.
    Şərəfini uca tut,
    El içində xar olma!
    * * *
    Bu dünya olanları,
    Üzə deyən dünyadı.
    Harınlamış canları,
    Udan, yeyən dünyadı.
    * * *
    Allahı sev, varı yox,
    Onlar gəldi-gedərdi.
    Var-dövlətin sevgisi
    Sən ölənə qədərdi.
    * * *
    Yağı olma heç kəsə,
    Allah bağışlayandı.
    Girdi kimsəylə bəhsə ,
    Neçə ürək dayandı.
    * * *
    Bu dünyanın sonunu
    Düşün, özünü öymə!
    Sonda dümağ donunu
    Geyib başına döymə!
    * * *
    Pulla ölçülmür heç vaxt,
    Namus, qeyrət, ar, insan!
    Son qismətin soyuq taxt,
    Qaranlıq məzar, insan!
    MÜƏLLİF, MURAD MƏMMƏDOV
    YAZARLAR.AZ
  • dekabr 2022, زائـــور ا.

  • 110
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......