...
  • M.S.Ordubadinin 150 illiyinə həsr olunmuş tədbir keçirilib
  • زائـــور اوستاج
  • M.S.Ordubadinin 150 illiyinə həsr olunmuş tədbir keçirilib

    Yasamal MPS-nın X.B.Natəvan adına 4 saylı kitabxana filialı nəzdində fəaliyyət göstərən S.Vurğun poeziya ocağında M.S.Ordubadinin 150 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə müxtəlif muzeylərin rəhbərləri , tanınmış ziyalılar iştirak edirdilər . Tədbiri giriş sözü ilə poeziya ocağının direktoru Zərəngiz xanım açdı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Sözü ilk olaraq M.S.Ordubadi muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçısı Lalə Abaszadəyə verdi.
    Lalə xanım ədibin həyat və fəaliyyəti haqqında,onun yaradıcılıgında "Molla Nəsrəddin" jurnalının rolundan ətraflı söhbət açaraq dinləyicilərə maraqlı məlumatlar verdi. Ədibin "Dumanlı Təbriz", Döyüşən Şəhər", "Gizli Bakı", "Qılınc və Qələm", "Qanlı İllər" və s. digər əsərləri və gizli imzalarla "Molla Nəsrəddin "jurnalında "Qəflət" şeirinin dərcindən danışdı. Bu jurnalda 25 il ədəbi fəaliyyəti müddətində M Ə.Sabir, Ə.Haqverdiyev və digər şair, yazıçıların da yazılarının çap olunması, xalqın qəflət yuxusundan oyatmalrı üçün çalışmarı qeyd olundu . Ədib hələ 1905-ci il qadın azadlığından bəhs etmişdi.
    Tanıınmış rus ədibi M.Qorki yazırdı: "Şəxsiyyət ilə yaradıcılığı arasında üzvi bağlılıq olmalıdır. Pis adam yaxşı əsər yaza bilməz. Yaxşı əsərləri yaxşı adamlair yazar..."
    Əməkdar İncəsənət Xadimi, tarixi romanlar müəllifi, yazıçı-dramaturq, jurnalist M.S.Ordubadinin əsərləri 7 may 2019 cu ildən "Dövlət varidatı" siyahısına aid edilib. Xüsusən"Dumanlı Təbriz", (5 hissəli) "Qılınc və Qələm" (2 hissəli) yenidən nəfis şəkildə nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir
    Sonra söz kitabxananın direktoru, Şəhid Vüsal Babayevin həyat yoldaşı Aynur Babayevaya verildi. O, şəhidlərə göstərilən dövlət qayğısından danışaraq ölkə başçısına dərin minnətdarlığını bildirdi, toplaşanlara ədibin yubileyinin təntənəli şəkildə dövlət səviyyəsində qeyd olunmasını arzuladı.
    Söz "Dünya Türk Ocaqları Genel Mərkəzin" başqanı Aygün İbrahimovaya və həmin Mərkəzin"Qadın Qolları" mediya başqanı Validə Vəliyevaya verildi.
    Maraqlı keçən tədbirdə "Cabir Novruz" Fondunun əməkdaşı, "GünAz" saytının redaktoru Rəsmiyyə Heybətağa qızı və digər çıxış edənlər öz fikirlərini toplantı oiştirakçılarına çatdırdilar. Sonda M.S.Ordubadi" muzeyinin əməkdaşı Rasimə Əhmədova toplantı iştirakçılarına minnətdarlığını bildirdi.
    Müəllif, Nəzakət Kərimova-Əhmədova
    YAZARLAR.AZ
  • aprel 2022, زائـــور ا.

  • 170
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......