...
  • Leyli Novruzova - Yeni şeirlər
  • زائـــور اوستاج
  • ŞEİRLƏR
    LEYLİ NOVRUZOVANIN ŞEİRLƏRİ
    VƏTƏN
    YURD
    BÜTÖVLƏŞƏN VƏTƏN ÜÇÜN, AYRILDIQ.
    Otuz il həsrətlə dözdük, gözlədik,
    Hər ilin anında zəfər, gözlədik.
    Bildik ayrılıq var, amma, dönmədik,
    Bir cahanda qocalmadan, ayrıldıq.
    Bütövləşən Vətən üçün, ayrıldıq...
    * * *
    Başını dik saxla, şəhid yoldaşı,
    Cəsur Coşqun üçün tökmə, göz yaşı.
    Ümüdü, İncimi sən qoru, yaxşı ,
    Qoşalaşıb böyütmədən, ayrıldıq.
    Bütövləşən Vətən üçün, ayrıldıq...
    * * *
    Mələk üzlü, gül bənizli, İncimi,
    Ümüdünü böyüt qoxla, bircəmi.
    Unutdurma bircə ata kəlməni,
    Ana torpaq sevgisiylə, ayrıldıq,
    Azadlığa sevinc qatıb, ayrıldıq...
    * * *
    Vətənə əmanət mən sizi,qoydum,
    İndi azad olub o, ana yurdum.
    Coşqun şəhid oldu var olsun, ordum ,
    Azad Zəngilanım, Ağdam, Xocalım.
    Azadlıq şərbətin içdim, ayrıldıq...
    * * *
    Bilirsən nə qədər sevirdim səni,
    Canımdan can verdim iki, körpəmi.
    Qoru əmanətdir unutma, məni,
    Böyük dərgahına bağışla, məni.
    Bütövləşən Vətən üçün, ayrıldıq...

    UCALDI ZİRVƏYƏ PƏRVİN BALAMIZ
    Əli qələm tutdu ali dərs, aldı,
    İlləri ötdükcə savadı artdı.
    Vətən sevdasıyla qol-qanad açdı,
    Pərvin körpə ikən zirvəyə qalxdı.
    Medallar qazandı Ali yer, aldı...
    * * *
    Ucaldı zirvəyə müqəddəs adlar,
    Vətənin yolunda canlar qoydular.
    Vətənin adıyla şəhiddir, onlar,
    Yeni ad qazanıb dastan, oldular.
    Vətənə silinməz bir iz, qoydular.,..
    * * *
    Bir can ilə min can aldı, yağışdan,
    İti qovan kimi qovdu torpaqdan.
    Vətənin yolunda düşmədi, ruhdan,
    Alqış sədaları gəldi hər yandan.
    Ucaldı ən ali zirvəyə, Pərvin....
    * * *
    Düşmən qorxub qaçdı ordu ,gücündən,
    Ordumuz güc aldı, vətən eşqindən.
    Qovdular yağını bizim, ellərdən,
    Aldılar qisası yağı düşməndən.
    Azadlıq müjdəsi aldıq, Pərvin dən...

    VƏTƏN OĞLU VAR QƏHRƏMAN POLADI.
    Səmalardan qara tüstü yox, oldu,
    Düşmənlərin gözlərinə ox oldu.
    Bir Poladdı neçə mini doğuldu,
    O bir idi indi yeni, doğuldu.
    Vətən oğlu var qəhrəman, Poladın...
    * * *
    Vətənindir hər daş, hər dağ, hər qaya,
    Polad kimi səs salıbdır, dünyaya.
    Müqəddəs ad qazandı bir, daha,
    Bir inamdır, min ünvanda, min adda.
    Vətən oğlu var qəhrəman, Poladın...
    * * *
    Azərbaycan deyib gəldi haqq, səsi,
    Heyran etdi hünəriylə hər, kəsi.
    Onun hürriyyəti haqq quran, səsi,
    Ata ocağında vətən, sevgisi,
    Vətən oğlu var qəhrəman, Poladın....
    * * *
    Hünəriylə xidmət etdi xalqına,
    Xələl gətirməsi heç vaxt, adına.
    Hər an sadiq qaldı odlar, yurduna,
    Millət səcdə edir vətən, oğluna,
    Vətən adlı var qəhrəman, Poladın...

    ŞƏHADƏT ŞƏRBƏTİN İÇDİ CAVADIN.
    Elimdən yox oldu qaranlıq, zülmət,
    Bitdi sona yetdi bu acı, həsrət.
    Sevinsin şad olsun bu gündən, millət,
    Otuz il çox çəkdi əzab, əziyyət.
    Azadlıq şərbətin içdim, nəhayət...
    * * *
    Bir daha yüksəldi enməz, bayrağım!
    Azaddır Xankəndim, Şuşam, Ağdamım.
    Üç rəngli bayrağa hopubdur, qanım ,
    Vətənə fəsadlar ana bu, canım.
    Cavadam vətənə halaldır, qanım...
    * * *
    Bir daha axmasın igidin, qanı,
    Alındı şəhidin düşməndən, qanı.
    Tanıdı bütün dünyaya, Azərbaycanı,
    Şəhidlər vəsf etdi bütün, cahanı.
    Unudulmaz heç vaxt ana, Cavadın...
    * * *
    Vətənə əmanət anamı, qoydum,
    İndi azad oldu ana, torpaqım.
    Uca zirvələrdə üç rəng, bayrağım,
    Azad Zəngilanım, Ağdam, Xocalım.
    Unudulmaz heç vaxt, qəhrəmanlarım....
    * * *
    Şəhadət şərbətin içdim, ağlama,
    Vətən azad olub yasım, saxlama.
    Bu gündən anacan, qara bağlama!
    Sevinc göz yaşıyla toylarda, oyna.
    Şəhadət şərbətin içdi, Cavadın....

    AÇILIB SƏRXANA CƏNNƏT QAPISI.
    Sil gözün yaşını adına, qurban,
    İlham qazi oldu haqqına, qurban.
    Vətənə can verdi mərd oğlun Sərxan,
    Səninlə fəxr etdi bütün bu, cahan.
    Adın müqəddəsdir adına, qurban...
    * * *
    İlham balan bizə qəhrəman, gəldi,
    Ulu torpaqlardan düşməni, sildi.
    Döndü qəhrəmanlıq, səlnamsinə,
    Sərxan şəhid oldu vətən, naminə.
    Adın müqəddəsdir adına qurban...
    * * *
    Deyirdi Lalənin qisası qalıb,
    Lalə tək necə min şəhidin, qanı.
    Ulu babaların torpaq haqqını,
    Neçə min şəhidin qanı, alınıb.
    Adın müqəddəsdir adına qurban....
    * * *
    Vətən torpağına göz dikən, yağı,
    Qovuldu torpaqdan alındı, haqqı.
    Qalmadı düşməndə şəhidin qanı,
    Xalq azad etdi, Qarabağını.
    Tanıdı bu dünya, Azərbaycanı...
    * * *
    Xalqıma əmanət şəhid, anası,
    Adına qurbanam əsgər, anası.
    Ağlama, ağlama şəhid anası!
    Açılıb Sərxana cənnət, qapısı.
    Xalqıma əmanət şəhid, anası.
    Bizlərə əmanət İlham qardaşı!...

    ƏSGƏR ANASI
    Fikir səni yaman üzür.
    Ürək daşdır, yenə dözür...
    Qələm təkcə səndən yazır,
    Möhkəm dur, əsgər anası!
    * * *
    Yurdu qoruyan balan var ,
    İkinizə Allahdı yar...
    Adın xoşbəxt ana olar,
    Möhkəm dur əsgər anası !
    * * *
    Sağ qayıdar qəmin keçər,
    Gözün gülər işıq saçar...
    Xoşbəxtliyə yollar açar,
    Möhkəm dur əsgər anası!

    QAZİMİZİ OYANDIR!
    (128 gün komada olan qazimiz Tacəddinə ithaf edirəm)
    Allah qoru, bəd xəbərdən amandır,
    Zülmət çəkən, qazimizə şam yandır.
    İnancımız, imanımız “Quran”dır,
    Yatıb, yuxusundan, qəflət oyandır..!
    * * *
    Düzüm-düzüm həftəsi var, ayı var,
    Yatan gündən, desək üç ayı aşar.
    Vətənimin zəfərində, payı var,
    Allah, qoru qazimizi amandır!
    * * *
    Alan alır, verən verir, fərmanı,
    Allah! səndədir bəlanın dərmanı.
    Allah qoru, qazi olan balanı,
    Sən sevindir, gözü yaşlı ananı...
    * * *
    Tacəddinin, özün qoru amandır,
    Zülmət çəkən, yuxusuna şam yandır.
    Dinimiz, imanımız da “Quran”dır!
    Yalvarıram, qazimizi oyandır!
    * * *
    Dövran başqa, zaman başqa, zamandı,
    Xilas oldu, vətən darda qalmadı.
    Zaman bizi, bu yolda da sınadı,
    Çox İgidlər, şəhidliyə ucaldı...
    * * *
    Möcüzələr, şölələnir əlində,
    Hikmətlər var, saatında, anında.
    Möcüzənə möhtacdır, bir yatanda,
    Yatmış olan, qazimizi oyandır...
    * * *
    Hünərlidir, arzuludur, ürəkdir,
    Belə, cəsur igid elə gərəkdir.
    Vətənimə belə oğul dirəkdir,
    Allah, qoru qazimizi, oyandır...
    Müəllif: Leyli Novruzova
    YAZARLAR.AZ



  • sentyabr 2022, زائـــور ا.

  • 99
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......