...
  • Leyli Novruzova. Vətənpərvərlik Ruhunda Yazılmış Şeirlər
  • زائـــور اوستاج
  • ŞEİRLƏR
    LEYLİ NOVRUZOVAVIN ŞEİRLƏRİ
    VƏTƏN
    YURD

    ÜÇ RƏNGLİ
    Üç rəngli bayrağı var
    Anlı açıq üzü ağdır
    Ölkələrin arasında
    Bir çırağdır Azərbaycan.
    * * *
    Mətinləşib ucalırsan
    Uca taanrı duasıyla
    Daim gücün qüddrətinə
    Ucalırsan Azərbaycan
    * * *
    İndi iri addımlarla
    Yüksəklərə ucalırsan
    Bu günümlə fəxr edirik
    Yaşa-yaşa Azərbaycan
    * * *
    İndi iri addımlarla
    Yüksəklərə ucalırsan
    Bu günümlə fəxr edirik,
    Yaşa-yaşa Azərbaycan.
    * * *
    Hər an düşmən üzərinə
    Zəfər çaldın Azərbaycan.
    Xalqımızın hünəriylə
    Möhrün vurdun Azərbaycan.
    * * *
    Günəş kimi şüasını
    Yaydı bütün ölkələrə.
    Öz zəhmətin qüdrətiylə
    Qalxdı yenə Azərbaycan.
    * * *
    Zirvələrin zirvəsidir
    Qızıl odlar ölkəsidir
    Bol gülüşlü bol zəhmətli
    Halal zəhmət ölkəsidir.

    QAZİ, ŞƏHİDLƏRİN HAQQI İTMƏSİN!...
    (Bütün Qazi, şəhidlərimizə həsr edirəm )
    Üç min şəhidinin qanına qurban,
    O məzar daşından boylanıb baxan,
    Vətən şəhidlərin qanına qurban,
    Qazi, şəhidlərin haqqı itməsin!...
    * * *
    Balasın itirib məğrur dayanan,
    Silib göz yaşını, meydan oxuyan,
    Şəhid anasının ömrünə qurban,
    Qazi, şəhidlərin haqqı itməsin!...
    * * *
    Şəhidlər veribdir vətən borcunu,
    Qazilər itirib həyat yolunu,
    Kimisi gözünü, kimi qolunu,
    Qazi, şəhidlərin haqqı itməsin!...
    * * *
    Danışıb deyilər tarixlər boyu,
    Kiminin qalmadı, kəsildi soyu,
    Yarıda qalıbdır kiminin toyu,
    Qazi, şəhidlərin haqqı itməsin!...
    * * *
    Qazilər gələndə qalxaq ayağa,
    Tarixlər çəkibdir bizi sınağa,
    Qalx, gedək hər il biz o məzarlığa,
    Qazi, şəhidlərin haqqı itməsin!...
    * * *
    Zəhəri paketlə göndərək getsin,
    O, namərd düşmənin sonun bitirsin,
    Bir daha analar fəryad etməsin,
    Qazi, şəhidlərin haqqı, itməsin!...

    AZƏRBAYCAN
    Torpağının qüdrəti var,
    Tükənməzdir, sərvəti var,
    Planetdə hörməti var.
    Bir soraq ver, sən o taydan,
    Azərbaycan, Azərbaycan!
    * * *
    Yaralanıb qəlbin sənin,
    Qövr eyləyir, dərdin sənin,
    Başa gəlmir, əhdin sənin.
    Bir soraq ver, sən o taydan,
    Azərbaycan, Azərbaycan!
    * * *
    Qeyrətinə kəm baxan var,
    Ar-namusu həm satan var,
    Zəhərlidir, bir yatan var.
    Yatanları qov obadan,
    Azərbaycan, Azərbaycan!
    * * *
    Ana yurdum, sən ayıq ol,
    Düşmən çoxdur, həm sayıq ol,
    Göz tökməyə gəl layiq ol.
    Səsin gəlsin o diyardan,
    Azərbaycan, Azərbaycan!
    * * *
    Didərginlər dözmür daha,
    Şairlər də yazmır daha,
    Hökümət də baxmır daha.
    Qılıncını çıxart qından,
    Azərbaycan, Azərbaycan!
    * * *
    Mil düzündə köckün olur,
    Qarabağda itkin çoxdur,
    Harayına gələn yoxdur.
    Yoxdur səni bir oyadan,
    Azərbaycan, Azərbaycan!

    BÜLBÜL
    Bülbülərin cəh -cəh vurmur,
    Sikəstələr heç oxunmur.
    Dayaq dursun o, Yaradan,
    Azad olsun hər bir insan,
    Azərbaycan, Azərbaycan!
    * * *
    Yaraşıq verirsən çölə-çəmənə,
    Səni gəlməyəsən görüm, heç dilə.
    Beşikdə körpə də uydu səsinə,
    Başın bəlalıdır, bəlalı bülbül...
    * * *
    Çöl, meşə oyanır, səsin gələndə,
    Ləçəkləri gülün, solur çəməndə.
    Tutub saxlayırlar, səni qəfəsdə,
    Səsinin oduna, yanırsan bülbül..
    * * *
    Ah-nalə qoparıb, imdad dilədin,
    Azadlıq kəlməsin, icad eylədin.
    Qəfəsdə yaşayan, sən tək deyildin,
    İnsanda can verir, qəfəsdə bülbül...
    * * *
    Sehirli səsindir, bəla gətirən,
    O Xarı gülü də, sən sən gətirən.
    Oxu göz yaşımı, məndə tökürəm,
    Qəfəsdə görəndə, kimsəni bülbül.
    * * *
    Ümüdlə gözlədim, azadlıq yolun,
    Bağlıdlr mənimdə bu gün yollarım.
    Oxu, qoy səsinlə mən azad olum,
    Bəlkə xilas etdim, səni də bülbül...
    * * *
    Azad təbiətin, azad quşusan,
    Bilirəm hiyləylə tora düşmüsən.
    Təbiət günahsız, niyə küsmüsən?
    Dünyamız hiylədir, unutma bülbül...
    * * *
    Xəbərsiz yaşadın, burda yuvandan,
    Xəbər verən yoxdur, sənə balandan.
    Bəlkə də bağlıdır yolun, haçandan?
    Sorağın verən yox, balana bülbül...

    AZƏRBAYCAN ƏSGƏRİ
    Addımı aram -aram,
    Deyir düşmənə varam,
    Azərbaycan oğluyam,
    Azərbaycan əsgəri.
    * * *
    Sücaətli hünəri,
    Var dünyada hörməti,
    Yayılıb şan-şöhrəti,
    Azərbaycan əsgəri.
    * * *
    Hər birinin and yeri,
    Zəfərsiz dönməz geri,
    Məhv eyləyib düşməni,
    Azərbaycan əsgəri.
    * * *
    Sözlərini sərt deyir,
    Bu mənfur düşmənlərdən.
    Hesabını sor deyir,
    İtib getsin elmdən,
    Yumruğunu vur deyir.
    Müəllif. Leyli Novruzova
    YAZARLAR.AZ


  • sentyabr 2022, زائـــور ا.

  • 120
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......