...
  • Leyla Yaşar hekayəlıri
  • زائـــور اوستاج
  • I
    Tabutların "söhbət"i
    Yenə gətirib qoymuşdular onları, yenidən aparmaq üçün. Neçə gündü onları " dinc" qoymurdular.
    Birinci sagdakı tabut başladı söhbətə.
    - Bu il bizim işimiz yaman " agır" oldu.
    Soldakı tabut fikrə daldıgından onu eşitmədi.
    - Hey səninləyəm? Nə yaman dərin xəyala dalmısan?
    - Bizdə xəyal var? Biz reallıgıq.
    - Yadıma bilirsən nə düşdü?
    - Nə?
    - O gün ki " qonag" ım.
    - Hə ,onu məndə unuda bilmirəm.Uzaqdan gördüm
    " qonag" ını.
    - hə .- deyib ah çəkdi tabut.
    Sən sonrasın görəydin.
    - Nə oldu ki?
    - Əslində bizdə nə yenilik var ki? Daşıdıgımız cansız bədənlərdi
    " qonag" ımız.Üstümüzdə aglayıb göz yaşı tökərlər,bəzən qapagımızı açıb əzizlərinə son dəfə baxarlar .Bəlkə də bizə qargış edərlər ,bəlkə də əzizlərini incitmədən daşıdıgımız üçün təşəkkür edərlər bilmirəm.
    - O gün nə olmuşdu ,demədin.
    - Hə ,düz deyirsən .Çox çətindi danışmaq. O gün bir " qonag" ım var idi. Şəhid idi. 3 aydı qar altında qalan nəşini daşıyırdım.Anasını bir görsəydin. Məni necə bəzəmişdi...Üstümə atdıgı qırmızı xalatları görsəydin.Evin tək oglu idi deyəsən,atası da yox idi .O zərif çiyinlərə toxundum mən.Bilirsənbu nə deməkdi? Qadın çiynində getdim məzarlıga mən.
    - Eh , biz nələr görmədik? Tək ayaq daşıdıgım , baş daşıdıgım vaxtlar olub.
    - Onu da düz deyirsən, o qədər yarı canlar daşımışıq ki?
    -Bax yenə neçə tabut gətiriblər bura.Əvvəllər burda bizdən başqası olmazdı.
    - Hə bu son ildə bizi çox " yordu" lar.
    - Elədi , hələ son vaxtlar yayılan xəstəliyə görə bizi nə qədər dərmanla yuyurlar.
    - Əvvəllər " qonaq" larımızın əksəriyyəti yaşlılar olardı.
    - Sənə bir əhvalat danışım. O gün məni tez - tələsik gəlib apardılar.Bir cavan uşaq intihar edibmiş. Molla namaz da qılmadı.Aparıb tez basdırdılar.Məni də gətirib tulladılar bura, sanki yenidən lazım olmayacaqmışam.
    - Eh , sən nə qoyub , nə axtarırsan? Bu dünya durduqca bizlər də olacagıq.İnsanın son yol yoldaşıyıq biz.
    - Düzdü bir gün biz də olmayacayıq. Sınıb ,dagılandan sonra görən bizlərin son mənzili hara olacaq.
    - Həyat budu dostum, sonu olan heç nə yoxdu!
    Söhbətləri yarımçıq qaldı. Yenə
    qara maşın gəlmişdi. Bu dəfə
    " qonaq" ları çox idi deyəsən . İkisini də ehmalca maşına qoydular. Deyəsən başqalarını da aparacaqdılar.
    - Görəsən nə baş verir?
    - Bilmirəm , bax, bizdən başqa 12 tabut da var burda.
    - Ay aman, nə olub belə?
    - İndi biləcəyik,sakit ol.
    - Deyəsən qəzadı.Təyyarə qəzası .Hərbiçilərdi " qonag" ımız.
    14 tabut yan - yanaydı.
    - Sizlər də burdasınız ?
    - Hə .
    - Yaman agır dərddi.
    - "Qonaq" larımız deyəsən elə - belə adamlar deyil?
    - Hə..
    - Yaxınlarına bax. Saçını yolan qadının ogludu mənim " qonag" ım.
    - Mənim " qonag" ım o balaca uşaqların atasıdı.Bayaq məni qucaqlayıb doyunca agladılar.
    - Bizlər onların sonuncu dəfə qucaqladıgı anası ,atası ,bacısı ,qardaşı ,
    yoldaşı ,əzizləriyik.
    - Nə yaman dərdlərə ortagıq biz.
    Tabutlar bayraqlara büründü .Yola salındı .Hər biri öz son mənzilinə .
    Yenə də çiyinlər dəyişəcək ,tabut bu çiyindən o birisinə keçəçək.Yollar gah uzanacaq, gah qısalacaq.
    Kim bilir , bizlərin çəkdiyini . Həm
    fiziki yük daşıyırıq, həm mənəvi.
    - Nə olar, bizə qargış etməyin.Axı biz sizlərlə həmdərdik!

    II
    Şaxta babaya məktub
    (Kiçik qəlblərin böyük sevgisi.)
    Dekabr son günlərini yaşayırdı . Bayırda baharı xatırladan , zəif günəşli hava vardı.
    Jurnalı götürüb yeyin addımlarla sinif otagına dogru irəllədi . Sevimli şagirdlərini hər gün görmək üçün belə səbrsizlənirdi.
    Çox fərqli , maraqlı uşaqlar idi dərs dediyi sinfin uşaqları .
    Bu ildən uşaqlara tarix fənninin incəliklərini öyrədirdi .
    Çalışırdı dərs saatı maraqlı keçsin . Uşaqları yormasın . İcazə vermişdi , ona başqa sahələrdən də suallar verə bilərdilər . Hətta kiçik problemlərini belə onunla bölüşməkdə azad idilər . Bir sözlə uşaqlarla dost olmaga çalışmışdı , əməyi hədər getməmişdi .
    Axşam aglına yeni fikir gəlmişdi . Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə uşaqlarla bir tədbir təşkil etsin .
    Uşaqlaın buna çox sevinəcəklərinə əmin idi .
    Sinifə girib uşaqlarla salamlaşdı . Şagirdlərin üzündə xoş təbəssüm yarandı .
    -Necəsiniz?
    Hər tərəfdən səs qalxdı:
    - Yaxşıyıq !
    - Siz necəsiniz? . - zəif bir səs otaga həzin musiqi kimi yayıldı . Günay idi . Hamı çönüb bu arıq , çəlimsiz qıza baxdı . Müəllimi gülmək tutdu .
    - Yaxşıyam , qızım . Səsinə nə olub?
    - Hər şey yaxşıdı , müəllim .
    Yenə həmişəki kimi maraqlı keçən vaxtdan onları zəngin səsi ayırdı . Uşaqlar yerindən tərpənmək istəmirdi.
    Uşaqlara yeni illə baglı planının ucundan - qulagından deyib onları tənəffüsə buraxdı .
    Bu günə çatmayacaqdı onsuzda , sabah ətraflı məlumat verərəm deyib sinfdən çıxdı.
    Bu gün başqa dərsi yox idi . Həyətdə bir az gəzişib evə gedəcəkdi . Birdən aglına bir fikir gəldi . Bu gün 5- ci sinif 4 dərsdən sonra evə gedəcək . Bəlkə müdriyyətdən icazə alıb 5- ci saatı uşaqlarla keçirtsin ?
    - Yaxşı fikirdi, gedim görüm neynirəm. Sevincərək yuxarı qalxdı . Adil müəllim onu görüb təəccübləndi :
    - Samir müəllim , nəsə olub?
    Heç nə olmadıgını , uşaqlarla 1 saat məşgul olmaq istədiyini dedikdə direktor razılıgını bildirdi .
    Sevinərək yenidən həyətə qayıtdı, zəngin çalınmasını gözlədi .
    Uşaqlar yenidən onu görəndə sevindilər . Müəllimin yeni illə baglı planı onları çox sevindirmişdi .
    - Oturun uşaqlar . Tədbirimiz iki hissəli olacaq . Həm deyib - gülmək , oynamaq , həm də …
    - Nə ? Nə? Yerdən səslər ucaldı .
    - Həm də şaxta babaya məktub yazacaqsınız , mən də onları şaxta babaya çatdıracam , o da cavablabdıracaq .
    - Şaxta baba? O axı buralara gəlmir?
    - Siz yazdıgınız məktuba mütləq cavab verəcək .- deyib bıgaltı gülümsündü .
    - Nə zaman yazaq ?
    - Elə indi.
    Uşaqlar sevinə - sevinə parta arxasına qısılıb , öz istəklərini xəlvətcə ag vərəqə yazmaga başladılar .
    - Tələsməyin uşaqlar , rahat - rahat yazın , səliqəli yazın ki , şaxta baba oxuya bilsin .
    Özü də bilmədən agır bir işin altına girmişdi . Birdən uşaqların istəklərini yerinə yetirə bilməsə , necə olacaq?
    Fikirdən Günayın səsi ayırdı onu.
    - Müəllim mən yazdım , buyurun!
    - Sagol , qızım , keç əyləş .
    Uşaqlar bir - bir vərəqləri gətirib ona verirdilər . Ən axıra Zəhra qalmışdı . Bu sakit təbiətli , göygöz qız bütün uşaqlardan seçiirdi . Gözünün dərinliklərində yıgılıb qalmış kədər , uşagı yaşından daha böyük göstərirdi.
    Vərəqləri səliqə ilə bir yerə topalıyıb , çantasına qoydu .
    Sagollaşıb otaqdan çıxdı .
    Məktublara əsasən tədbirin ikincu hissəsini təşkil edəcəkdi .
    Bu gün çox yorgun idi .
    - Bəlkə məktubları oxumagı sabaha saxlasın ? .- deyə düşündü . Bu fikirlə də oturdugu yerdəcə yuxuladı . Oglunun səsi onu şirin yuxudan oyatdı :
    - Ata, ata, oyan .
    Gözlərini birtəhər açıb ogluna baxıb , gülümsündü :
    - Nə olub , ay dəcəl?
    - Gör harda yatmısan?
    - Harda?
    - Stulda adam yatar? .- Bayram dodaqlarını incik şəkildə büzdü .
    - Yox yatmaz . Agıllı balam indi dururam . Çox sagol ayıltıgın üçün .
    Bayramın başını sıgallayıb otagına keçdi . Zərif əllərlə yazılmış məktubları ürəyi əsə - əsə oxumaga başladı .
    Birinci məktub Muradın idi .
    - Salam Şaxta Baba ! Necəsiniz? Bilirsiniz biz sizi çox görmək istəyirik . Samir müəllim bizə sizə məktub yazarsaq gedib çatacagını dedi . Mənim arzularım çoxdu , şaxta baba . Amma məni anam öyrədib həmişə nəyisə istəyəndə Allah babadan istəyirəm . Həm də dərslərimi yaxşı oxuyuram ki , Allah baba böyüyəndə arzularıma çatdırsın . Sizdən oyuncaq istəyə bilərəm ? Özüm üçün yox , qonşumuzda Əlvan adlı oglan üçün . Mən də bütün oyuncaqlarımı ona vermişəm .Su maşını istəyir , mənim olmadıgı üçün verə bilmədim . Xahiş etsəm onun üçün su maşını alarsınız? Əvvəlcədən təşəkkür edirəm , Şaxta baba!
    Qonşunun ünvanını qeyd etməyi unutmamışdı Murad .
    Fəridin məktubunu oxumaga başladı .
    Şaxta babaya salam yazandan sonra Fərid də özü üçün heç nə istəmədiyini yazmışdı .Atasını körpə ikən itirən dayısı qızı Saraya kukla istəmişdi .
    Çox maraqlı istəklər vardı bu ag vərəqlərdə . Müəllim uşaqlardakı qürura heyran qalmışdı .
    Fateh yazırdı :
    - Şaxta baba , əsgərlərimiz üçün əlcək gətirə bilərsiniz ?
    Saleh yazırdı ;
    - Əsgərlərimiz üçün isti geyimlər lazımdı , axı indi çox soyuqdu . Gətirə bilsəniz sevinərəm .
    Oxudugu məktubların hamısında hər bir şeyin Allah babadan istəmək lazım oldugunu , həmçinin yaxşı oxumaq, valideyinə qulaq asmaq , böyüklərə hörmət etməklə nail olmaq olar deyə yazmışdı uşaqlar . Şaxta babadan istədikləri xlrda - para oyuncaqları ya qonşu , ya qohum üçün istəmişdilər .
    Qızların məktubuna keçməmişdən gözündən eynəyi çıxardıb göz yaşını sildi . Uşaqlardakı böyük ürəyə məəttəl qalmışdı .
    Qızlar da təxminən eyni məzmunda məktub yazmışdılar .
    Maddi heç nə istəmirdilər Şaxta babadan.
    Aygün yazırdı ;
    - Salam Şaxta baba , necəsiniz? Məktubum sizə çatsa mənə kömək edərsiniz? Anam xəstədi ,atam bizi uşaq vaxtı qoyub gedib .Neçə dəfə yanına gedib evə qayıtmagını xahiş etsəm də geri dönməyib..Bəklə siz onun yanına getsəniz geri dönər ,anamla barşar ? Ayrı bir istəyim yoxdu. Əvvəlcədən təşəkkür edirəm.
    Fidan yazırdı;
    - Salam Şaxta baba, necəsiniz?Anam bizə deyib ki heç kimdən heç nə istəməyim . Nə lazım olsa o mənə alır . Həm də Allah baba bizə nə istəsək verir . Amma nə vaxtdı qar istəyirəm , yagmır . Siz olan yerdə qar varsa , gələndə bizə bir az gətirin , çox yox , bir az olsa bəsdi .
    Samir müəllimi gülmək tutdu .
    Həyat yoldaşının gətirdiyi pürrəngi çaydan bir qurtum içib oxumaga davam etdi .
    Nazlının məktubu onu kövrəltdi .
    Nazlı Şaxta babaya üzünü görmədiyi , rəhmətə getmiş anasını bircə dəfə görmək istədiyini yazmışdı .
    Sahilə evdə tez - tez dalaşan ata - anasının mehribançılıgını istəmişdi .
    Jalə atasının ona aldıgı , böyük qız oldugu üçün oynatmadıgı oyuncagı uşaq evinə aparıb vermək istədiyini, bu işdə Şaxta babanın köməyinə ehtiyacı oldugunu yazmışdı . Ata - anasının vaxtı olmadıgından onu uşaq evinə aparmadıqlarından Şaxta babaya gileylənmişdi .
    Səbinə Şaxta babaya küçələrinin təmirsizliyindən , hər gün dərsə gələndə anasının əziyyətlə yuyub qurutdugu paltarlarının çirklənməsindən şikayətlənmişdi . Şaxta babadan xahiş etmişdi ki , bu işlə məşgul olanlarla görüşüb , onlara arzusunu çatdırsın .
    Məktublardan o da məlum olurdu ki uşaqlar Şaxta babanın varlıgına inanmırlar . Ancaq şaxta baba obrazının kim oldugunu da dəqiq bilmirlər .
    Uşaqların kasıb ailədə böyüdükləri , ancaq varlı tərbiyə ilə qidalandıqları məlum idi .
    Uşaq agılları ilə hər şeyi oldugu kimi dərk edib , olanlara qane olmuşdular . Həmçinin bu balaca insanlara Vətən sevgisi , valideyin sevgisi , müəllimə hörmət , insanlara , heyvanlara mərhəmət hissi çox gözəl aşılanmışdı .
    Həmçinin uşaqlarda Allaha olan sevgi xüsusi seçilirdi .
    Ayşən məktubunda sevduyu pişiyinin ayagının sındıgını , Şaxta babanın ona gəlib baş çəkməsini istəmişdi .
    Aysel Şaxta babaya yazırdı ;
    - Əziz Şaxta baba , əgər gələsi olsanız əvvəlcədən məktub
    yazın . Anam sizə dadlı yeməklər hazlrlasın . Baxın görün Azərbaycanın nə gözəl mətbəxi var! Başqa ölkələrdə bizim yeməklərin gözəlliyindən danışarsınız .
    Mahirə yazırdı ;
    - Şaxta baba biz bu il yeni ili Şuşada qeyd edəcəyik , Sizi də dəvət edirəm ! Gəlib gözəl Şuşamızı görə bilərsiniz .
    Müəllimin sinəsi qürurdan qabardı .
    Zəhra yazlrdı :
    - Salam Şaxta baba , necəsiniz? Mən sizdən bir xahiş edəcəm . Mənim atam Şəhid olub. Mən onun üçün çox darıxıram . Düzdü onu görmək çox istərdim , amma bilirəm ki , o göylərdədi , yerə enə bilməz ! O Vətənimiz üçün canını fəda edib . Mən onunla fəxr edirəm ! Düzdü hər gecə aglayıram . Atamsız çox çətindi . Yox , yox bilirəm siz onu geri qaytara bilmərsiniz . Mən də onun yanına getmək istəmirəm! Axı mən balacayam . Oxuyub təhsil alacam , atam kimi hərbiçi olacam . Bax onda atam məni görəcək ,sevinəcək ! İndi də görür , amma mən onu görmürəm . Bilirsiniz , Şaxta baba , mən anamı istəyirəm . Yox , o ölməyib sagdı . Amma atamdan sonra bizi qoyub getdi.Hər gün aglıyır , başını divara vururdu . Atamsız qala bilmirdi . Bir gün onu atamın məzarı üstündə tapdılar . Vəziyyəti agır idi . Agıl xəstəxanasına yerləşdiriblər . Yanına gedirəm , məni tanımır .
    - Əfqan ( atam ) nə vaxt qayıdacaq ? - deyir .
    Deyirəm ana mənəm ,Zəhra , buda qardaşım Hikmət .
    - Əfqan gələndə gələrsiniz - deyir .
    Mən anamı istəyirəm . Hər gün Allaha dua edirəm , o sagalsın , bizi anasız qoymasın .
    Şaxta baba , bəlkə siz onun yanına getsəniz , bizim onun uşaqları oldugumuzu desəniz o inanar.
    Əvvəlcədən təşəkkür edirəm!
    Samir müəllim hönkürtü ilə agladı . Tez özünü ələ alıb , fikrə getdi :
    - İlahi , bu balaca ürəklərə nələr sıgırmış?
    Sonuncu Fərəhin yazısı idi .
    Şaxta babanı tarix dərsinə dəvət edirdi . Samir müəllimi əməllicə tərifləmişdi . Gəlib dərslərində oturmagı Azərbaycanın tarixini öyrənib , başqa ölkələrə gedəndə danışmagı tövsiyyə edirdi Fərəh .
    Uşaqların iç dünyasına az - çox bələd olan müəllim onlarla qürur duydu .
    Oturub onların istəklərini necə həll etmək yollarını axtarmaga başladı .
    Bu gündən onlarla dost olacaq , onlara mənəvi , gücü çatdıgı qədər maddi dəstək olcaqdı . Balaca ürəklərdəki mətinlik , qürur , sevgi ona qüvvət verdi . Kiçik qəlblərin böyük sevgisi onu uşaqlara daha da dogmalaşdırdı . Kiçik qəlblərin “ böyük insanlıq dərsi” onu məmnun etmişdi.

    III
    Meşədə bir gün.
    Qarlı , şaxtalı bir qış günü idi . Yer üzünə ag xalısını sərən qış təbiətə gözəllik verirdi . Agacların yarpaqlarında topalaşan qar cənnət meyvəsinə bənzəyirdi . Damlardan üzüaşagı sallanan sırsıra pəncərələri öz himayəsinə götürmüşdü . Evlərin damından çıxan tüstü qarı nə qədər çirkləndirməyə çalışsa da , yeni yagan quşbaşı qar onu havadaca ag rəngə çevirirdi .
    Havadakı təmizlik , qarın üstündəki ayaq izləri insan ruhunu oxşayırdı .
    Məmməd kişi ov ovlamaq üçün meşəyə yol almışdı . Ayaqlarını qarın üstünə basdıqca , qarın ətrafa yaydıgı səs meşəyə yayılır , sakitliyi pozurdu . Tüfəngini çiyninə aşırıb yavaş - yavaş addımlarla irəlləyən Məmməd kişi nədənsə bikef görsənirdi .
    Neçə illərdi ov ovlamagı yadırgamışdı . Axırıncı dəfə ceyrana dəyən gülləsindən sonra neçə illər özünə gələ bilmirdi . Ceyranın gözlərindəki o iki damla yaşı illərdi unuda bilmirdi . Yuxusuna tez - tez girən o ceyran dil açıb imdad diləyirdi ondan . Hər dəfə yuxuda balalarını xilas etməyi xahiş edirdi . Neçə illərdi eyni yuxunu görən Məmməd kişi bu gün yuxunun iziylə düşmüşdü .
    Özü də bilmirdi , hara niyə gedir . Yolu əlinə alıb gedirdi .
    Birdən kolluqdan quş uçdu . Səksənən ovçu bir anlıq dayanıb , sonra yoluna davam etdi .
    Qarın üstündə ləpirlərilə iz salan ovçu sanki bir xalça toxumuşdu .
    Dayanıb bir az nəfəs aldı , qışın özünə məxsus gözəlliyinə heyran - heyran baxdı . Qarlı havanı ciyərlərinə çəkdi . Havadakı təmizlik , saflıq nəfəsinə doldu sanki . Bir kötük tapıb üstünün qarını təmizləyib oturdu . Ətrafa nəzər saldı . İlahi , təbiət necə də gözəl idi . Hər tərəf agappaq , hər tərəf səliqəli , cənnətdi sanki . Şam agaclarının , kolların üstündəki qar topaları , yerlə axan çayın üzərində donmuş buz , qırılıb yere düşən budaqların , kəsilmiş kötüklərin üstündəki qar topaları bir rəssamın əl işi idi . Tanrının yer üzündə yaratdıgı gözəlliyin bir parçasını seyr edirdi ovçu .
    Birdən nərilti səsi gəldi . Diksinən ovçu tez ayaga durub , tüfəngini hazır vəziyyətə gətirdi . Ətrafa nəzər salıb , dərindən ah çəkdi .
    Hər şey birdən - birə baş verdi . Anidən kolluqdan çıxan ayı ona hücum etdi . Gözlənilməz zərbə ovçunu karıxdırdı. Ayı onunla əlbəyaxa döyüşə çıxdı .
    Tüfəngi əlindən yerə düşən ovçu var qüvvəsiylə ayıya qalib gəlməyə çalışırdı . Ayı onu yerə yıxıb , cırmaqlamaga başladı . Pəncəsinin zərbələri ovçunun üzünü görünməz hala salmışdı . Dərisi cırıq - cırıq olmuş , əllərindən qan süzülürdü . Ayı onu parçalamaq üçün paltarını dartışdırır , ayaqlarından tutub sürüyürdü . Taqəti kəsilən ovçu təslim olmaq istəmirdi . Heysiz bədənilə ayının agzından birtəhər çıxır , yenidən ayının güclü zərbəsinə tuş gəlirdi . 15 dəqiqə olardıkı ayı ilə əlbəyaxa savaşırdılar . Həyat eşqinin güc gəldiyi ovçu asanlıqla təslim olmaq fikrində deyildi . Ayının çəkdiyi nərələr meşəni yerindən oynadırdı . Ovçunun partarları qanın içindəydi . Ayı onu öldürməmiş əl çəkməyəcəkdi . Ovçu da asanlıqla can təslim edən adam deyildi . Ayının caynaqları bogazına keçmişdi . Son nəfəsi oldugunu düşünən ovçunun ümüdü onu tərk etmişdi . Artıq heç nə edə bilməyəcəyini düşündüyü anda Tanrı möcüzəsini göndərdi . Ovçunun qollarına pəhləvan gücü gəldi . Ayının üstündən itələyib , onun üstünə çıxdı . Xirtdəyindən yapışıb var gücüylə bogmaga başladı . Bayaqdan nərildəyən ayının xırıltısı gəlməyə başladı . Ovçunun gücü ona qalib gəlirdi . Ayının öldüyündən tam əmin olan ovçu , qarın üstünə yıxılıb qaldı .Süd kimi ag qar , qırmızı qana boyandı .
    Bu dəmdə şıqqıltı gəldi . İki bala ceyran ürkək - ürkək ona baxırdı . Ovçu əvvəl heç nə anlamadı . Birdən yuxusu yadına düşdü . Ondan imdad diləyən ceyran ..
    İndi o ceyranlardan imdad diləyirdi . Danışmaga halı yox idi . Ceyranlar hürküb qaçmaga başladılar . Güllə səsləri eşidiıdi . Səs yaxınlaşırdı . Ceyranlar qaçıb getdilər . Qarın üstündə gəzən ayaq səsləri gəldi . Yaxınlaşan iki ovçu onu görüb kömək etdilər . Birtəhər ayaga durguzub ,üz - gözünün qanını sildilər .
    Məmməd kişi başına gələnləri danışdı .
    Ayı ilə mübarizəsindən , sag qalma ümüdü olmadıgından , birdən - birə qollarına gələn gücün səbəbinə indi ayaq üztündə olmagından agızdolusu danışdı .
    Ovçulara öz təşəkkürünü bildirdi .
    Sən demə ovçular ceyranların dalıyca gəlirlərmiş. Ceyranların yerini təzəcə tapıblarmış . Hər şey alt - üst oldu . Onlar ceyrana çata çatda Məmməd kişinin iniltisinə qulaq verib , tüfəngi aşagı salıblar . Həmən anda ceyranlar qaçıb canlarını qurtara biliblər .
    Məmməd kişi yuxusunın məgzini indi anladı . Demək onun ayı ilə mübarizəsi , iki ceyranı ovçu gülləsindən xilas edibmiş. Özünün günahını bu gün ayının hücumu ilə yumuş olub.Ayı ona hücum etməsə idi , ovçular onu görüb , ceyranları rahat buraxmayacaqdı .
    Məmməd kişi vicdan əzabından qurtulmuşdu .

    IV
    Yer üzünün cənnəti ...
    Fərəh taleyi kimi qaranlıga qərq olmuş həyətə girdi . Gözlərinin yaşını silib ,əlləri əsə -əsə qapını açdı. İçəri keçib bir - bir otaqların işıqlarını yandırdı .İllərin köhnəliyini , daşın - divarın nəmişliyini özündə saxlayan bu evdə böyümüşdü Fərəh . Yarıac - yarıtox, əziyyətli amma xoşbəxt bir həyat bəxş etmişdi ona yaradan ..Bəs sonra? O xoşbəxtlik birdən birə niyə uçarı quşa çevrilib uçub getdi görəsən? Nə qədər haraylasa da geri dönmədi?
    Fərəhgil ailədə beş nəfər idilər . Ata - anası , bir bacısı ,bir qardaşı vardı Fərəhin .
    Var idi , amma indi ?? Xatirəsi acı verdiyi qədər şirin olan bir tale .
    Bir gün məktəbdən sevincərək geri dönən Fərəh həyətə girəndə gördüklərindən dəhşətə gəlmişdi .
    Kəndlərində məktəb olmadıgından başqa kəndə təhsil dalıyca hər gün kilometrlərlə yol qət edən bu qızcıgazın o zaman yeddi yaşl vardı .Bacı qardaşları balaca olan Fərəh hər gün dərsdən gəlib onları öpüb qoxlayırdı.
    Mehriban ,sakit ,kasıb ailədən idi Fərəh Ailədə olan o sevgi ,o mehribançılıq ailənin xoşbəxliyi idi .
    Təzə - təzə xəbər yayılmışdı ki , mənfur qonşular müharibəyə başlayıblar.Hər kəs ehtiyyatlı olmaga çalışırdı.
    Səhər - səhər anası onun məktəbə getməyini istəməsə də , Fərəh bu gün getməsi üçün icazə istəmişdi.
    - Qızım ,bu gün dərsə getmə .Vəziyyət heç ürəkaçan deyil .
    - Olar ana,bu gün gedim ? sabah getməyəcəm söz verirəm .
    Anası balaca qızcıgazın elmə olan sevgisi qarşısında erimişdi.Qızının gələcəyinin parlaq olacagını hiss edirdi.Ona görədə heç nə deyə bilmədi. Qaçıb anasını öpən Fərəh çantasını götürüb dərsə yollanmışdı.Bu onun ailəsi ilə son görüşü idi .
    Evə döndükdə ailə üzvlərinin yerdə qan içində görmək qədər dəhşətli heç nə ola bilməz.Fərəh körpəcə halıyla nələr yaşamışdı o anda ,bir Allah bilir. O da onlarla
    " ölmüş" dü.Gah atasının ,gah anasının ,gah körpələrin yanına qaçan zavallı öz balaca aglıyla onlara kömək edirdi. Heç birinin qımıldanmadıgını görən Fərəh qorxmaga başlamışdı artıq .Qaçıb qonşuları Talıb babanı çagırdı.Cavab olmadıgından Nüsrət əmini , Lalə xalanı harayladı . Yox heç kim yox idi . Yaxınlıqda güllə səsləri eşidilirdi . Qorxuya düşüb evə qaçdı . Həyətdə səslər gəlməyə başladı. Balaca pəncərədən çölə baxdı . Əli silahlı əmilər idi . Öz aralarında nəsə danışırdılar . Budur biri evə dogru gəlir . . Fərəh qaçıb sınıq çarpayının altında gizləndi . Evdə salamat heç nə yox idi . Əvvəlcədən evi ələk - vələk etdikləri bəlli idi . Evə girən yaraqlı türkcə o birinə :
    - Burda hamıını öldürmüşük , o biri həyətlərə baxaq dedi .
    Çıxıb getdilər . Fərəhin ömürünü çalıb getdilər . Xəyallarını , ümüdlərini , taleyini məhv edib getdilər .
    Geri qayıdan Fərəh göz yaşlarıyla ürəyini islada - islada sınıx -salxaq bir bel tapıb gətirdi . Uşaqların sevərək oynadıgı yerdə onlara balaca çala qazdı . Qucagına götürüb doyunca öpüb qoxladı . Ətirlərini qəlbinə , beyninə hopdurub balaca əlləri ilə onları bu çalaya qoydu .
    Yaşından tez böyümüşdü Fərəh . Hər şeylə maraqlanır , uşaq aglıyla mükəmməl qərarlar verirdi . Çox səbrli , fərqli bir uşaq idi Fərəh . Bəlkədə Tanrı onu əvvəlcədən verəcəyi
    bu “ mükafat” a hazırlayırdı.
    Burada qalmagın təhlükəli oldugunu da yaxşı bilirdi . Onların üstünü torpaqlayıb yerdə əyləşdi . Sanki yuxuda idi . Dayanmadan hıçqıraraq agladı . Üzü gecəyə gedirdi . Cansız bədənlər yanında qalmaq onu qorxutmaga başlamışdı . Ona görə tez - tələsik onları basdırmalı idi . Birinci atasına yaxınlaşdı . Alnından öpdü . Sonra anasına yaxınlaşıb gözündən öpdü .
    Buza dönmüş cəsədlər onu üşütməyə başladı . Onlara qəbir qaza bilməyəcəyini bilirdi . Nə edəcəyini də bilmirdi . Çox çarəsiz qalmışdı . Onları burda qoyub getməliydi . Son dəfə ata - anasının qana bulaşmlş soyuq bədənlərini qucaqladı . Onlara kömək edə bilmədiyi üçün üzr istədi . Arxaya baxmadan kənd boyu qaçdı . Yorulub əlindəki bayaq çarpayının altına girəndə götürdüyü bacısının balaca kuklasını bagrına basaraq agacların arasında oturdu . Qaranlıq düşmüşdü . Kəndi heyvanların səsi götürmüşdü . Onların səsi ilə bərabər ikiayaqlı heyvanların ( ermənilərin) səsi də gəlirdi.
    Tale üzünə gülmüşdü bu balaca mübariz qızın . Əsgərlərimiz onu tapıb xilas etmişdilər .
    İllərlə vətən eşqi ilə, ata - ana yangısı ilə yaşamışdı Fərəh.
    Fərəhi tanıyanlar bu savadlı , talehsiz qızcıgazdan köməklərini əsirgəmirdilər . İllərlə üzərində qaçqın damgasıyla yaşayan Fərəhin bir arzusu vardl . Evlərinə dönmək .
    Artıq ali təhsilini də almışdı . Jurnalist idi acı tale yaşayan o balaca qızcıgaz artıq .
    Və günlərdən o gün gəldi. 44 günlük , ordumuzun zəfər çaldıgı müharibədən sonra həsrətlə evlərinə gedəcəyi günü gözləyən Fərəhin həsrətinə bu gün son qoyulmuşdu.
    Otaqlar 7 yaşında qoyub getdiyi kimi idi . Hər yer dagınıq , sınıq - sökük . Yerə tullanmış əşyalardan bir ikisini qaldırdı . Hamısı nəmişlikdən tələf olmuşdu . İllərin izi vardı üzərlərində . 23 il.. Acılı , agılı, nakam illərin.
    Fərəhin yolunu gözləmişdi bu həyətdə, bu kiçik sevgi dolu koma da . Evlərdə o sevginin istiliyi hələ də dururdu. Fərəh hər şeyə bir - bir yaxınlaşıb qoxusunu içinə çəkir, əllərilə sıgallayırdı . Budur anasının kasıb, amma ətir qoxulu yeməklər bişirdiyi mətbəx.. Yerə dagılmış kiflənib yumaga dönən ərzaqlar.
    Fərəh həyətə düşməkdən qorxurdu. Ata - anasının cəsədinin necə oldugu bəlli deyildi. Amma o körpələr?..
    Əlinə saralmış , amma 23 illik həsrəti özündə saxlayan ailə şəkilləri keçdi. Şəkilə baxıb özünü saxlaya bilmədi. Hönkür - hönkür agladı.
    - Ay ana, keşkə mən də sizlə öləydim. Ruhum öldü sizlə. Bax burda basdırdım onu, siz yatan torpaqda .
    -Qaçqın olmaq bilirsənmi nədi ay ata? Öz vətənində qaçqın olmaq qədər agrılı heç nə yoxdu .
    -Qaçqın adını bizə kim qoydu , ay ana?
    - Öz vətənimizdə niyə yad olduq , ay ata?
    - Vaqonlarda yaşadıq, çətinliklə yaşadıq , yardımlarla yaşadıq .
    Burunumuzda vətən qoxusu, qəlbimizdə vətən sevgisi, ata - ana , bacı - qarda nisgili ilə yaşaqdıq . Öz Vətənimzdə vətənimizi axatardıq . Doguldugumuz torpagımızın həsrətini illərlə çəkdik .
    - Bilirininizmi, o qədər taleyimə qarşı çıxdım ki, niyə mən də sizlə ölmədim deyə?
    Şəkillərlə danışa - danışa həyətə düşdü. Zərif , zəif əlli, şir ürəkli , 7 yaşlı Fərəhin qazdıgı çalaları axtardı ..Viranə qalmış həyətdə həmən yeri tapdı. Diz çöküb torpagı qoxladı, öpdü. Əllərilə yavaş - yavaş torpagı qazmaga başaldı. Bir möcüzə gözlədi. bir möcüzə.. Axtardı,axtardı uşaqların sümüklərini tapdı . Ürəyi əsə - əsə gətirdiyi torbaya yıgıb maşına qoydu. Kənd məzarlıgında basdıracaqdı .
    Geri dönüb yenidən həyətə uzun - uzadı baxdı .baxdı .
    - Sagol , mənim uşaqlıgım , sagol mənim varlıgım, sən sadiq oldun .bacı - qardaşımı qorudun ...Yer üzününün cənnəti sən idin.. Atamın ,anamın ,bacı - qardaşımın hüzur tapdıgı ,mehribançılıgı , sevgisi ilə isitdiyi gözəl qoxulu Vətənimiz , Cənnət qoxulu torpagım...
    Müəllif, Leyla Yaşar
    YAZARLAR.AZ
  • may 2022, زائـــور ا.

  • 99
Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......

Səni düşünürəm

Dəhnəli Məmməd Hacızadə

Burda hər tərəfi qar örtüb gülüm, Yenə xəyallarım baş alıb göyə. Birgə seyr edəydik,istədi könlüm, Düşündüm sən qarı sevirsən deyə. Qartop oynayaydıq uşaqlar kimi, Ayaq......