...
  • Ildırım Əkbəroğlu- Füzuli
  • زائـــور اوستاج
  • İldırım Əkbəroğlu (Füzuli) – şair, MYK -nın sədri.
    İLDIRIM ƏKBƏROĞLU HAQQINDA

    İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Ağdam rayonunun Sarıcalı kəndində anadan olub (13.072022-ci ildə Beyləqan rayonun Kəbirli kəndində yaşayan anası faktı təsdiq edir: - "Fizulu (Məmmədov İldırım Əkbər oğlu) Ağdamda, Sarıcalıda anadan olub. Sənədlərdə Jdanov yazılıb"). Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.

    KİTABLARI:

    İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.

    QEYD:

    “Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). 2020 – 21 ci il üçün “Ustac” Milli Mükafatına layiq görülüb(ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.



    YAZARLAR.AZ
    ===============================================

    <<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
  • iyul 2022, زائـــور ا.

  • 116
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......