...
  • Göləqələmsancan - Zaur Ustac
  • زائـــور اوستاج
  • HEKAYƏLƏR
    ZAUR USTACIN HEKAYƏSİ
    GÖLƏQƏLƏMSANCAN
    (hekayə)
    Kimya-biologiya müəllimi olsam da, tələbəlik illərindən alverə necə alışdımsa, daha doğrusu əlim pula elə öyrəşdi ki, diplomu alandan sonra bir müəllim məvacibinə baxdım, bir də gündəlik qazancıma və alveri seçdim. Öz əlim, öz başım yavaş-yavaş girələnirəm. Hələ üstəlik “simpatiya” bəslədiyim bir-iki nəfərə də köməklik göstəririəm. Yeni Yasamalda “Qızım” marketin qarşısında balaca bir meyvə-tərəvəz dükanım var. Hər gün səhər saat 6:00 – da açıram, gecə yarıdan keçəndən sonra bağlayıram. 46 yaşım var. 16 yaşımdan günüm belədir. Mənim başqa işim yoxdur. Universiteti də burada oxumuşam. Əsgərliyi də burada çəkmişəm. Min şükür Allaha. Taleyimdən razıyam. Ailəliyəm. Evim-eşiyim. Oğlum-qızım. Özüm min-bir əziyyətlə oxusam da uşaqların başını belə boş-boş işlərlə qatmadım. Ailəlikcə günümüz elə bu balaca dükanda keçir.
    2021-ci ilin oktyabr ayının son günləridir. Havalar qəfil çox soyuyub. Bax elə üzbəüz qonşum olan məşhur “Qızım” marketin Yekəpər ləqəbli mühafizəçisi ilə bağlı hekayət də bu günlərə təsadüf edir. Dünən səhər-səhər yazıq buradaca, marketin qabağında durduğu yerdə dəli olub. Aparıblar “Maştağa”ya. Deyirlər ki, ora çatan kimi də dəlilərdən biri “kor quyu”, “kor quyu” deyə-deyə üstünə necə hücum çəkibsə, o boyda adamın ürəyi partlayıb ölüb. Bəlkə də başqa cür olub. Amma belə danışırlar. Bu gün dəfn etdilər. Gəlib-gedən müştərilər deyir ki, havanın belə qəfil soyumasının da səbəbkarı o mühafizəçidir. Hərə ona bir şəbədə qoşsa da mənim onunla quru salam-əleykümdən, bir də arada-bərədə bekarçılıqdan yaranan söhbətlərdən başqa heç bir haqq-hesabım olmayıb. Allah rəhmət eləsin. İndi bəndədir də nəsə günahı olubsa, Allah Bağışlayandır. Biz kimik ki, onun haqqında nəsə danışaq, qərar verək!? Yazıq, belə baxanda sakit adam idi. İşinə gələr, axşama qədər elə bu marketin gah içərisində, gah çölündə gününü keçirib, axşam da çıxıb gedərdi evinə. Gedərdi deyəndə ki, qalxardı yuxarı. Yekəpər elə marketin üstündəcə 40 – cı mərtəbədə ailəsi ilə birlikdə kirayədə qalırdı. Kənddə yaranmış ailə söz-söhbətlərinə görə Bakıya köçməyə məcbur olub. Dəfələrlə yeri gələndə hansı rayondan olduğunu soruşsam da, “Azərbaycan”dan, - deyərək, söhbəti tez dəyişərdi... Yalan-gerçək deyirlər, qaynənəsi də onlarla birlikdə yaşayır. Hələ onu da deyirdilər ki, arvad bu boyda adama göz verir, işıq vermir. Yazığı salıb lap gözüm-çıxdıya. Belə söhbətləri eşidəndən sonra ona çox yazığım gəlirdi. Bu şoğərib market qəbzindən pul qazanmaq məsələsi ortaya çıxana qədər hər şey əla idi. “ƏDV” –ni geri al, deyirsiniz? Nə deyirsiniz, bilmirəm? Bu market qəbzindən pul qazanmaq məsələsi təzə çıxmışdı. Əvvəllər heç bu kağızlara fikir verən yox idi. Gündə neçə dəfə gözümüzün qabağında aparıb boşaldırdılar zibil qutularına. Marketdən çıxan zibillərə də mühafizəçilər nəzarət edir axı? Bu yazıq da həmişə marketdən çıxan zibilləri diqqətlə yoxlayar, sonra xadimələr aparıb zibil qutularına atardı. Elə ki, bu kağızlardan pul qazanmaq məsələsi çıxdı, bir gün gördüm ki, bu yazıq kassadan çıxan qəbzləri su töküb isladır. Sonra xadimələrə atmağa icazə verir. Əvvəllər fikir vermirdim. Sonra bu məsələ hər gün bir neçə dəfə təkrar olunduqca, dəfələrlə söhbət etdiyimiz yerdə gözümün qabağında baş verdikdə, özümü saxlaya bilməyib soruşdum (indi soruşmayım):
    - Qardaş, neynirsən o kağızları belə isladıb? – mənə nə cavab vesə yaxşıdır?
    - Belə məsləhətdir, Əmioğlu!
    - Əla, əla, - deməkdən başqa çarəm qalmadı.
    Bu söhbətimizdən bir-iki gün keçmişdi. Bir də görürəm, qarşıdakı zibil qutularından həmişə zibil yığan oğlan öz-özünə qarğış edə-edə gedir: “Səni görüm elə o vedrədəki suda boğulasan”, “...yox-yox, səni görüm elə kor quyuda boğulasan... heç su da tapılmasın...”, “...səni görüm elə murdar olasan... yumağa su da tapılmasın...” Gəlib düz qarşımdan keçəndə əl eləyib saxladım. Deyirəm:
    - Qardaş, nə məsələdir? Yenə kimi asıb-kəsirsən?
    - Görmürsən bu şərəfsizi? Halal çörəyimizə bais olur...
    - Kim? Nə məsələdir? Açıq danış görüm...
    - Allah hökumətimizin canın sağ eləsin. Yaxşı imkan yaratmışdı. Ta zir-zibil yığmağa ehtiyac yox idi. Kreditə ucuz bir telefon götürmüşdüm. Gündə bu kağızlardan çoxlu yığıb aparırdım evə yoldaşım da yükləyirdi telefona sonra da bizə rahat pul gəlirdi. Biz də o pulla işlərimizin bir qismini yola verir, balalarımıza bir qismət əppək alırdıq. Elə axşamlar səndən nə qədər qutularda qalan əzik-üzük meyvələri alıb aparmışam? Yalandır?
    - Yox, qardaş. Yox. Yalan deyil. Bəs indi nə olub ki, rahat pulunu qazana bilmirsən?
    - Görmürsən, bu şərəfsiz Yekəpəri? Çekləri vedrədə isladıb zay edəndən sonra zibil qutularına atdırır ki, mən istifadə edə bilməyim.
    Eşitdiklərimdən dəhşətə gəlmişdim. Hər ikisinə acıyırdım. Maraq güc gəldi:
    - Qardaş, gündə nə qədər qazanırdın?
    - Elə qəşəng nizama salmışdım ki, hər gün telefonumuza üç- dörd manat pul gəlirdi. Ordan da yoldaşımın kartına göndərib yaxşıca istədiyimiz yerə işlədirdik. Allah bu Yekəpərin bəlasını versin. O ki, mənim işimi, gül kimi güzəranımı pozdu...
    - Narahat olma, qardaş! Hər gün sənin 4 manatın bax bu piştaxtada! – əlimi üstünə meyvə-tərəvəz yığdığım dəzgahın üzərinə qoydum.
    - Doğrudan?
    - Əlbəttə. Hər axşam evə gedəndə gəlib buradan gedirsən. İstəsən 4 manatı nağd götür get başqa yerdən ehtiyacın olanı al, istəsəndə 4 manatlıq ürəyin istəyən meyvə-tərəvəzdən götür, - belə danışdıq, zibilyığan oğlan islanmış qəbzləri unudaraq sevinə-sevinə evinə getdi.
    O gündən sonra hər gün olmasa da arada-bərədə zibilyığan oğlan gələr, gah meyvə-tərəvəz, gah da, - “evdə qənd-çay yoxdur, çörək yoxdur”,- deyərək, nağd pul alıb gedərdi. Bu vəziyyət təxminən 3-4 aydır ki, belə davam edir. Deyəsən zibilyığan oğlan bu məsələni hər yerdə danışır, nədi? Son vaxtlar müştərilərimiz də əməlli-başlı artıb. 2 ay olar ta gündə bir dəfə səhər-səhər mal gətirməklə çatdıra bilmirəm. Məcbur olub günortadan sonra da mala gedirəm. Hər şey əla idi. Ta dünənki o hadisəyə qədər. Görənlər deyir ki, Yekəpər səhər tezdən marketin qapısını açdıqdan sonra həmişəki kimi qapının ağzında dayanıb siqaret çəkirmiş qəfildən yuxarıdan kimsə bir vedrə suyu əmdərib bunun başına. Səhər-səhər alaqaranlıq, bir az yuxulu adam, soyuq hava, qəfil təpəsinə tökülən buz kimi su... Yazıq elə yerindəcə dəli olub. Aparıblar “Maştağa”ya... Ta sonrası da sizə məlumdur... Amma bir məsələni də sizə deməsəm olmaz. Vəziyyətdən xəbərdar olandan sonra hər dəfə yanımda kassa qəbzlərini isladanda gah südə su qatan südçü ilə oğlunun hekayətini, gah da göləqələmsancan uşağın əhvalatını ona anladırdım... O isə işini görə-görə diqqətlə məni dinləyər, hekayət bitəndə belə deyərdi:
    - Nağıllara inanma...
    Mən isə nağıllara inanıram. Hələ üstəlik, bütün işlərimə örnək “Atalar sözləri”ni tuturam. Ən son eşitdiklərimi də sizə çatdırım, vəssalam. Deyirlər ki, Yekəpərin qaynanası elə bax bu “Qızım” marketdən 3-4 gün əvvəl yekə, qapqara bir plastmas vedrə alıb, qalxıb yuxarı. Hələ liftdə onunla birlikdə qalxan qonşunun dediklərinə görə tez-tez dodaqaltı deyirmiş: “İndi mən sənə göstərərəm, ay Yekəpər... Göstərərəm...”
    Son.
    27.01.2022. Bakı.
    MÜƏLLİF. ZAUR USTAC
    YAZARLAR.AZ
  • iyul 2022, زائـــور ا.

  • 117
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......