...
  • Əzimov Səlim Köçəri oğlu - Novruzlu
  • زائـــور اوستاج
  • AĞDAMIN ZİYALISI
    ƏZİMOV SƏLİM HAQQINDA
    Səlim Köçəri oğlu Əzimov 31 dekabr 1924-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. O, qanlı-qadalı Böyük Vətən müharibəsi illərinin şahididir. 1945-49-cu illərdə Ağdam pedaqoji texnikumunda, 1949-51-ci illərdə Ağdam Dövlət 2 illik Müəllimlər İnstitutunda əyani, 1952-55-ci illərdə Bakıda qiyabi təhsil alıb. Səlim müəllim 1951-ci ildə pedaqoji fəaliyyətə başlasa da, 1952-53-cü illərdə Ağdamda "Lenin yolu" qəzetində işləyib, 1954-cü ildən 2011-ci ilə kimi pedaqoji fəaliyyətini davam etdirib. İşğaldan əvvəl Ağdam rayonun Novruzlu kən orta məktəbində direktor, işğaldan sonra Bakı şəhərində fəaliyyət göstərən Ağdam rayonu 71 nömrəli köçkün tam orta məktəbinin direktoru olmuşdur. 2 dekabr 2020-ci ildə Bakı şəhərəndə vəfat etmişdir.
    Səlim müəllim fenomenal yaddaşı sayəsində qədim tarixə malik Novruzlu kəndinin bütün sahələrini işıqlandırıb, sanki bu kəndin canlı görüntülərini yaradıb. Kənd haqqında böyük tədqiqat işi aparıb, oxucuda onun haqqında tam, aydın təsəvvür yaradıb.
    S.Əzimov ömrünün bu ixtiyar çağında "Həyat hekayələri" kitabını çap etdirməklə çox lazımı, şərəfli bir iş görüb. Öz içindən gələn istək, sevgi ilə oğulluq borcundan çıxıb. Çalışıb ki, heç kim unudulmasın və buna da tam şəkildə nail ola bilib. Bu kitab həm də keçmiş ilə indiki dövrün vəhdətindən yaranıb.
    "Həyat həqiqətləri" kitabı ardıcıllıq gözlənilməklə, bir-birindən maraqlı, oxunaqlı "Kəndimiz", "Həyatın ilk illəri", "Uzaqgörən kişi", "Ana zəhməti", "Çətinliklər", "1950-1960-cı illər", "Şuşalı günlər", "Dəhşətli faciə", "Qarabağdadır", "Ermənilərin xəyanətkarlığı", "Novruzlu məktəbi", "İşlər yaxşı gedirdi", "Bəzi qəribəliklər", "Həyatda olmayan dostlarım", "Ağdamda güclü kadr potensialı", "1970-1980-ci illərdə təhsil məsələləri", "Məktəb müqəddəs məbəddir", "Düşüncələrim", "İndiki zamanın tələbi başqadır", "Dostlar unudulmur", "Həyatımın kədərli günləri", "Maraqlı əhvalatlar", "Publisist məqalələr", "Yurd yeri sorağında", "Dizi bərk kişi", "Yaxşı adamlar unudulmur", "Canlı əfsanə", "Şur" - məni Ağdama apardı", "Ağdam çörək muzeyi", "Ağdamlı günlərin həsrətində olan şair" və s. konkret ünvanla göstərilən məqalələr, bölmələr toplusundan ibarətdir.
    Allah rəhmət eləsin.
    YAZARLAR.AZ
  • iyul 2022, زائـــور ا.

  • 86
Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......

Səni düşünürəm

Dəhnəli Məmməd Hacızadə

Burda hər tərəfi qar örtüb gülüm, Yenə xəyallarım baş alıb göyə. Birgə seyr edəydik,istədi könlüm, Düşündüm sən qarı sevirsən deyə. Qartop oynayaydıq uşaqlar kimi, Ayaq......