...
  • Əsgər Ordubadlı - Gülər
  • زائـــور اوستاج
  • ƏSGƏR ORDUBADLI
    Gülər
    (hekayə)
    Gülər zəng vurub keçən dərsin yerini soruşanda onun nə qədər kədərli olduğunu səsindən hiss etmişdim.
    Səhər dərsə gələndə isə sanki ağlamaqdan gözləri şişmiş, yanaqları qızarmışdı.
    Hər zaman gülərüz, şən görünən bir məktəbli qızın bu qəmgin siması çoxlarını təəccübləndirmiş, hətta bunu dil və ədəbiyyat müəllimimiz Anar müəllim də asanlıqla hiss etmişdi.
    Tənəffüs zəngi çalınanda Anar müəllimi dəhlizin bir küncündə Gülərlə söhbət etdiyi səhnəni hələ də xatırlayıram.
    Gülərin yanağına süzülmüş göz yaşları, Anar müəllimin onu bir ata nəvazişi ilə bağrına basaraq "Narahat olma qızım, bu iş tezliklə sənin xeyrinə bitəcək" deməsi bu gün hələ də xəyalımdan çıxmamışdır.
    * * *
    Növbəti dərs zamanı artıq Gülərin çöhrəsinə qonmuş kədərli ifadələrin artıq yavaş-yavaş yox olaraq, o gözlərə azacıq da olsa təbəssüm qonmasının şahidi oldum.
    Sanki o Anar müəllimlə söhbətdən sonra kədərini unutmuş, ona ümid bağlayaraq hər şeyin gözəl olacağına inanıb, arxayınlaşmışdı.
    Gülər mənim parta yoldaşım olduğundan və aramızda olan yoldaşlıq bağlarımızın möhkəmliyindən heç nəyi bir-birimizdən gizlətməzdik.
    Bəlkə elə buna görə də o bütün olanları mənə açıq danışmışdı.
    O deyirdi ki "Axşamdan bəri ağlayıb, göz yaşı tökmüşəm. Dadıma yetən bir kimsə olmayıb. Bəkə də atam sağ olsaydı belə olmazdı. Kimsə məni sahibsiz zənn etməzdi.
    Onun sonrakı danışıqları isə sözün həqiqi mənasında mənə lap şok yaşatmışdı.
    Deyir - Axşam bizə elçilər gəlmişdi. Nişan üzüyünü zorla barmağıma taxdılar. Nə qədər ağlasam da göz yaşlarımı silən olmadı. Hamı yalandan "xoşbəxt ol" deyib getdi.
    Heç belə xoşbəxtlikmi olar?
    Oğlanın otuz iki yaşı var, mənimsə on beş yaşım hələ tamam olmayıb...
    Növbəti gün Gülərin nişan üzüyünü qaytardığını eşitdik. Düzü bu xəbəri eşidəndə sevincimin həddi - hüdudu yox idi.
    O qədər sevinmişdim ki hətta Güləri təbrik edib, Anar müəllimə təşəkkür də etmişdim. Anar müəllimə elə ürəkdən təşəkkür etmişdim ki, Güləri bəlkə mən istiyirəm deyə şübhələnmişdi də...
    Sonra Anar müəllimlə bir xeyli söhbət etdikdən sonra isə o hər şeyi anladı və başa düşdü ki mən Gülərin yox, haqqın tərəfindəyəm, ədalətin tərəfində, kimsəsiz, əlacsız olanların, düz olanların, haqqlı olub, haqqı tapdananların tərəfində...
    Anar müəllim özü də çox gözəl bilirdi ki, Rasimdən Gülərə ər olmaz. Nə olsun pulu var.
    O günləri pulnan ala bilməz. Atasız, kimsəsiz, kasıb bir ailənin qızı olanda nə olar ki..
    Yox, bu sevgi deyil.Gülər təhsil almalıdır. Onun da arzuları var axı.
    Bu hadisənin üstündən illər keçdi. Orta məktəbi bitirdik. Gülər Ali məktəb imtahanlarından uğurla keçib tələbə adını qazandı.
    * * *
    Həkimlik ixtisasına yiyələnən Gülər Ali məktəbi bitirdikdən sonra bir müddət Mərkəzi Xəstəxanada işlədi. Artıq gənc bir həkim kimi fəaliyyətə başlayan Gülər həkim yaxın bir zamanda böyük nüfuz qazandı.
    Xasiyyətcə mülayim təbiətli, açıq ürəkli həkim qızın yanına gələn xəstələrin sayı günbəgün durmadan artırdı.
    Kasıbları, sahibsizləri pulsuz müalicə edən Gülər həkimi hamı çox sevirdi. O hətta imkansız xəstələri pulsuz müalicə etməklə bərabər hətta onların bir çoxunun dərmanlarını da özü alırdı.
    Düzdür onun varı - dövləti yox idi, lakin milyonlardan üstün olan təmiz qəlbi, gözəl xasiyyəti vardı.
    * * *
    27 sentyabr 2020- ci il İkinci Qarabağ savaşı başlananda bu xəbəri eşidən Gülər həkim bütün işlərini yarıda qoyaraq, dərhal Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Xəstəxanasına qaçdı. O yaxşı bilirdi ki, Qəhrəman qardaşlarını müalicə etmək üçün onun kimi mərd ürəkli bir bacıya ehtiyacları var.
    Gülər həmdə çox vətənpərvər bir gənc idi. Onun Vətənə olan bağlılığı isə lap uşaqlıqdan yaranmışdı.
    O zaman hələ beşinci sinifdə oxuyurduq. "İyirmi Yanvar " mövzusunda inşa yazısını müəllimə təqdim edəcəkdik.
    Gülər də hamı kimi bu mövzunu böyük vətənpərvərliklə hazırlamışdı. Sadəcə onun inşasını oxumağı hamımızdan fərqlənirdi.
    O cümlələri ürəkdən oxuyur, hər Şəhid kəlməsinə göz yaşı töküb ağlayırdı.
    Müqəddəs Şəhid adı gələndə onun göz yaşları dayanmırdı. Torpağına, millətinə, dövlətçiliyinə bağlı vətənpərvər biri idi.
    O vətənpər qız ki, indi vətənin müdafiəsinə, torpaqlarımızın azadlığına qalxan Qəhrəman qardaşları ilə eyni cərgədə vətənə xidmət edirdi.
    Şanlı qələbəmizlə başa çatan bu qırx dörd gün ərzində o bir dəfə də olsun evinə getməmişdi.
    Gülər həkim deyirdi ki, vətənin ağır günlərində mənim evim elə buradır. Mən qeyrətli qardaşlarımı yaralı halda qoyub heç yerə gedə bilmərəm...
    (ardı var)
    Müəllif, Əsgər Ordubadlı
    YAZARLAR.AZ
  • aprel 2022, زائـــور ا.

  • 94
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......