...
  • "Cəlal və Humay" haqqında
  • زائـــور اوستاج
  • Sərdar Cəlaloğlunun sayıqlamalarına mən də,öz münaibətimi bildirmək istərdim:
    "Cəlal və Humay" haqqında
    (...hər kəs öz işi ilə məşğul olsa yaxşı olar...)
    Sərdar Cəlaloğlu gücü çatmayan daşdan yapışıb qaldırmaq istəyir, amma bilmir ki, Allah eləməsin, gücə düşər, daha sonrası nə olar hamı yaxşı bilir.
    Əvvala, heç olmasa soyadından abır-həya eləsin. XX əsr Azərbaycan poeziyasının klassiki, nəhəng, azman sənət korifeyinin "Cəlal və Humay" (şərti olaraq "Komsomol" poeması adlandırmışdı) poemasında, dastanında o cürə - xalqın sevimlisinə çevrilən möhtəşəm Cəlal obrazı yaradıb ki, onun da adını götürüb Sərdarın atasına qoyublar! Adam olan dədəsinə, dədəsinin adını qoyana daş atmaz!
    Sonrası, o istəyir ki, Səməd Vurğunun vertolyotuna minib yuxarılara qalxsın, məşhurlaşsın!Görünür, yanılmayıb, gündəmdə adı hallanır... Amma xalqımızın bir məsəli var: ".......karvan keçər, yel qayadan nə aparar?!"
    Sonrası, ulu Səməd Vurğun millətimizin, xalqımızın kimlik pasportu olan "Azərbaycan" şeirində o misranı ulu Məmməd Əminin ünvanına həqiqətən işlədibdir. Amma bu barədə Məmməd Əminin özünün fikri və münasibəti hamıya cavabdır. Məmməd Əmin təxminən öz məqaləsində yazır: "Mənə söylədilər ki, bəs Səməd Vurğun şeirində səni "düşmən" adlandırıb. Səməd Vurğunun yaradıcılığına, şəxsiyyətinə, kişiliyinə yaxşı bələd olduğumdan gülümsəyərək cavab verdim: "Oralarda mənim adımın çəkilməyi qadağandır, yasaqdır! Səməd Vurğun onu bilərəkdən edib! Məni Azərbaycanda tanıyan tanıyır, amma gənc nəsil adımı eşitməyib, mən kiməm bilmir! Şeiri oxuyan gənclər, cocuqlar evlərində ata-analarında soruşacaqlar ki, bu Məmməd Əmin Rəsulzadə kimdir ki, Səməd Vurğun onun adını belə çəkir? Onda həqiqət üzə çıxacaq, Azərbaycanın hər evində, hər mənzilində mənim söhbətim düşəcək, kimliyim bilinəcək, beləliklə mən dönə-dönə yada düşəcəyəm, unudulmayacağam!"
    Təsadüfi deyildir ki, Məmməd Əminin ən dəyərli, yüksək elmi təhlillərlə, qiymətlərlə yazdığı ən yaxşı məqalələrdən biri də böyük Səməd Vurğun haqqındadır... O, bu məqaləsində “Vaqif” dramını ustalıqla təhlil edib, bu əsəri ədəbiyyatımızın incisi adlandırıb...
    Sərdar yazıq bunları hardan bilsin? Siyasi konyuktura onun gözlərini kor edib, atasına, babasına, müqəddəsliyə əl aparır, nakorluq edir, Əkrəmiyanın gününə düşür...
    Mən bunları - həqiqəti gənc oxuculara bildirmək üçün yazdım! Səməd Vurğun xalq arasında əbədiyyət qazanmış sənətkardır, onun heç kimin müdafiəsinə ehtiyacı yoxdur, heç kim də onun şəxsiyyətinə zərrə qədər də xələl gətirə bilməz!..
    Səməd Vurğun əbədiyyət üfüqlərində parlaq bir ulduzdur...
    Müəllif, Qurban Bayramov
  • aprel 2022, زائـــور ا.

  • 265
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......