...
  • Bəxtiyar Abbas Intizar. Sahibsiz Itlə Söhbət
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    SAHİBSİZ İTLƏ SÖHBƏT
    (hekayə)
    Ay Allahın heyvanı, nə meymunluq edirsən, keçirsən o yan-bu yanıma? Yalvarıram, üzünü sürtürsən ayağım altına. Zorla özünü soxuşdurursan mənə ki, sahib çıxım sənə.
    İncimə məndən, daha insanlar meymunluq edəndə sənçün "şükürlər" deməliyəm. Səni başa düşürəm, noolar, sən də məni başa düş. Xanımağa səndən iyrənir və qorxur. Hələ qısqana da bilər. Başımda iki cüt, bir tək tük qalıb. Sənə həyətimə götürüb həyatıma zəhər qata bilmərəm.
    Sənə verəcək artıq çörəyim də yoxdur. Hökumət mənə maaşı qəpiklə, çörəyi qramla verir. Zorla günü günə, ayı aya calayıram.
    Çox yalmınma mənə, a yetim. Göynətmə məni. Yadıma əmi yanında böyümüş yetim Elzanı düşdü. O da sahibsiz idi. Oğlu olan bütün analara yalmınırdı ki, kimsə onu evinə gəlin götürsün.
    Ay Allahın heyvanı, mən səndən betər yetiməm. Keçən il SOCAR-da vakansiyadan test imtahanında 20-dən 19 bal yığdım, işə qəbul etmədilər. Amma sahibli olan,13 bal yığan işə götrüldü, nə olsun ki, mənim ali təhsilim var idi, heç onun orta ixtisas təhsili yox idi.
    Əl çək məndən, a yazıq. Haqqım ola-ola məhkəmə mənə vəsaitim olmadığı halda belə vəkil vermədi. Amma 8 evdən 22403 manat çırpışdıran oğruya vəkil veriblər.
    Əl çək məndən. Sənə kömək edərdim Yaradan xatirinə, amma gücsüzəm. Bağışla məni. Sənə olsa-olsa məsləhət edə bilərəm. Mənə yaxşı qulaq as. Həyat təcrübəmdən bir-iki misal deyim.
    İşsiz olan günlərimdə eşitdim ki, "Nurgün" şirkəti anbardar vakansiyası üzrə müsabiqə keçirir. Bütün sənədləri yığıb qaçdım düz ora. Bir yerə 12 vakant var idi. Lider oldum. Baş mühəndis köməkçisi yaxınlaşıb dedi ki, sən qalıbsən, qalır bir zəng. Deputat olmasa da,heç olmasa bir məktəb direktoru bizə zəng etsin. Heç kimi tapa bilmədim. İkinci nəticəsi olan zənglə qəbul olundu. Yox bu sənlik olmadı.
    İkincini deyim. Bir istehsal sahəsinə növbə rəisi vakansiyası var idi. Müdir müavini sənədlərinə baxıb dedi:
    -əfsus, kimliyində doğum yerin yetərli deyil. Amma bir çıxış yolun var. Sən yalandan boynuna al ki, "yeraz"san. Baban guya erməni əlindən dağı aşıb qaçanlardan olub...
    Üzümü döndərib çıxıb getdim. Sən də üzünü döndərib get. Dilim duzludur, məni işə salma...
    MÜƏLLİF:BƏXTİYAR ABBAS İNTİZAR
    27.11.2022.
    YAZARLAR.AZ
  • noyabr 2022, زائـــور ا.

  • 122
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......