...
  • Avdı Qoşqar. Murad Məmmədova açıq məktub
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    Murad Məmmədova açıq məktub
    Özümü biləndən tanıyıram onu...Bir kənddə, obada böyümüşük. Eyni havanı udmuşuq, eyni sudan içmişik. Eyni təmizliyi ruhumuzla dadmışıq. Üç-dörd yaş məndən cavan olmalıdır. Murad Məmmədovu deyirəm. İstisasca mühəndis olan “qoca” gənc şairi...Muradın ata tərəfində də, ana tərəfində də duyğusallıq var, həssas insanlardır, sözə,şeirə,hikmətə, haqqa meylləri çoxdur. Yurdumuzun şair oğlu Aslan Kəmərli atasının xalası oğludur, dayıları Xəmmət adı ilə tanınan Aslan Carçalovun, Şamxal Carçalovun gözəl şeir, saz ruhu var. Alma budağından gen düşmür axı. Murad Məmmədov da eləcə...təmsil elədiyi gen yaddaşını canıyla, qanıyla, ləyaqətlə yaşadır.
    Şeirlərini mənə təqdim eləyəndə təəccüb qarışıq sevinc qığılcımları gözümü işıqlandırdı. Lakin səmimi deyim , bir qədər ciddi baxmadım. Fikirləşdim ki, yəqin ruhsal duyğusunu sazda oxunan qoşma, gəraylı üstündə qələmə alıb. Şeirlərlə tanış olanda gördüm ki, ədəbiyyatımız Murad Məmmədov imzalı bir qələm adamını, bir şairini çox səxavətlə itirib. Yazdığı şeirləri mənə bunu deməyə imkan verir. Şeirlərinin ən yaxşı cəhəti odur ki, nə fikrin, nə bədii ifadənin ibtidai formasında vurnuxmur. Bəs olan qədər cilalı fikirləri bədii səviyyəyə qaldıra bilir. Bu yerdə bir təəssüfümü bildirim ki, kaşki ədəbiyyatla ciddi məşğul olaydı. Ədəbiyyatın istiqamətini müəyyən edən bir çox əsərləri mütaliə eləmiş olsaydı, bədii manerasını daha samballı detallarla zənginləşdirə bilərdi. Şeirlərdəki ayrı-ayrı qığılcımlar ruhu silkələmək gücündədir.
    Dərd içində iş getmir,
    Həvəs ölür, baş ötmür.
    Dərdə bax, heç üşütmür,
    Qar adamı yandırı...
    Və ya
    Ay haqqı salamı tapdayan adam...
    Lap adamı ritmə uyğun içindən oynada bilir misralar.
    Doğulduğum el ulu,
    Şah İncəmin bir qolu,
    Yüz xatirəylə doluu
    Könlüm Kəmənd dağında...və ya
    Neyləyim söz məni rahat buraxmır...
    Söz, duyğu istini, soyuğu görmüş ürəyinə, hissinə elə oturub ki, bu yaşda qovub çıxartmaq istəsən də mümkün olmayacaq, səndən əl çəkməyəcək əzizim , gözüm Murad Məmmədov. Mən bilən indi sənə qalır yarı gərdişin, zamanın ətəyindən tutmaq, yarı isə şeirin,sözün. Beləcə bir təhər özünü ovut, gör ovuda bilirsənmi... Düşüncə, təfəkkür tərzin elədir ki, ağır mövzulara qucaq açırsan. Həyatın qəm ağacını silkələyirsən, ölüm-qalım havasında əlləşirsən. Bir az boş ver...milyon illik həyatdı. Yaranışdan bu yana belədi, belə də olacaq. Özün demişkən:

    Ömür sınağıymış gec başa düşdüm,
    Bütöv qınağıymış gec başa düşdüm,
    Gələn qonağıymış, gec başa düşdüm,
    İlahi, rəhm elə, keç günahımdan...
    Heç anlamamaqdan, gec də olsa, başa düşmək ötədir. Şeir həm də gözəl etirafdır. Həmişə səmimi ol, həmişə var ol. Dərin sayğılarla
    Avdı Qoşqar.
    YAZARLAR.AZ
  • mart 2023, زائـــور ا.

  • 138
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......