...
  • Akif Abbasov. Kisel.
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    AKİF ABBASOV
    KİSEL
    (Qarmonçalan Aslan İlyasovun dilindən hekayə)
    Rəhmətlik Aslan İlyasovla tanış idik. İki əhvalat danışmışdı. Mən də bəzəyib-düzəldib onları hekayə şəklinə saldım. Həmin hekayələri 10 cilddən ibarət “Əsərlər”imin hansısa cildinə isə daxil etmişəm. Zəngləşdik. Aslan işlədiyim Təhsil İnstitutuna gəlib kitabları götürdü, təşəkkür edib getdi.
    Bir zamanlar gənclər evlənəndə toyxana ayrı qurulurdu, ye¬mək yeyilən yer ayrıca. Toyxanada toya çağrılmayanlar da əyləşir, sifariş verir, rəqs edirdilər. Oynayanlara şabaş vermək dəbdə idi. Pulu yaxın adamlarının, dost-tanışlarının başına tökərdilər. Bəzi cavanlar bu yolla özlərini qızlara göstərir, necə pullu və səxavətli olduqlarını nümayiş etdirirdilər. Lakin hamı onsuz da bir-birini tanıyırdı. Bilirdilər ki, cavanları belə ürəkli edən içdikləri araqdır. Ertəsi gün isə bəziləri hətta avtobusa verməyə beş-on qəpik də tapmırdı. Əlqərəz…
    Dəvətnamələr veriləndə toyu idarə edən müğənninin, xanən¬də¬nin, aşığın, yaxud kaman, klarnet, qarmon ifaçısının adı da yazı¬lırdı. Salyanlı qarmonçalan Aslanın adı gələndə toyxanada adam əlindən tərpənmək olmurdu. Hələ çöldə-bayırda nə qədər qız-gəlin çadırı aralayıb toya tamaşa edərdi.
    Yenə toyu Aslan idarə edirdi. Xanəndənin öz yeri vardı, As¬lanın öz yeri. Aslan gözünü yumub qarmonu ağladırdı. Oyun havası öz yerində, muğam öz yerində. Yaxın, uzaq kəndlərdən, qonşu rayonlardan da toya tamaşa etməyə gəlmişdilər. Toyun şirin yerində bir gənc Aslana yaxınlaşıb əlini onun çiyninə qoydu. Barmaqları qarmonun şirmayı dillərində gəzişən Aslan gözünü açıb başı ilə işarə etdi. Yəni «eşidirəm».
    Cavan oğlan Aslanın pərəstişkarı idi. Yaxşıca vurmuşdu. Ayaq üstə güclə dayanırdı. O, Aslana müraciətlə:
    -Aslan müəllim, mənə dair qulluğun?!
    Aslan öz aləmindən ayrılmadan:
    -Qul sahibi olasan, cavan oğlan. Həmişə yeyib-içməkdə. Nuş olsun. İşində ol.
    Cavan oğlan çəkilib getdi. Aslan ifasını bitirdi. Sonra müğən¬ni oxudu, rəqs etdilər.
    ... Aslan yenə qarmonu dilə gətirmişdi. Şirin-şirin çalırdı. Ye¬nə hiss etdi ki, çiyninə bir əl qonub. Çevrilib baxanda bayaqkı oğlanı gördü.
    -Aslan müəllim, bir şey lazımdır?
    Aslan sakitcə:
    -Yox, sağ ol, - dedi.
    Bu hadisə bir neçə dəfə təkrar olundu. Növbəti dəfə ondan so¬ru¬şanda ki, «Bir şey lazımdır?!» Aslan oğlanı başdan etmək üçün cəld:
    -Lazımdır, qardaş, lazımdır. Tez mənimçin kisel tap.
    Oğlan gözlərini döydü:
    -Nə? Kisel?
    Aslan qarmonu çalmaqda davam edərək:
    -Bəli, cavan oğlan, kisel, - dedi.
    Cavan oğlan tez:
    -Baş üstə, Aslan müəllim! - deyib gözdən itdi və xeyli müddət görünmədi.
    Cavan oğlan bayaqdan ona mane olur, Aslan da onun xətrinə dəymək istəmirdi. İndi arxayınlıqla çalırdı.
    Gecədən xeyli keçmişdi. Toy yekunlaşırdı. Aslan qarmonu qabına qoyurdu. Birdən hiss etdi ki, kimsə qarşısında dayanıb. Başını qaldıranda bayaqkı oğlanı gördü:
    -Dostum, sənsən?
    Cavan oğlan yaman pərt idi. Aslanın üzünə baxmağa belə utanırdı. Sevdiyi musiqiçinin arzusunu yerinə yetirə bilmədiyi üçün xəcalət çəkirdi:
    -Aslan müəllim, dəymədiyim mağaza, qapı, ev-eşik qalmadı. Tapa bilmədim.
    Aslan hey fikirləşdisə, yadına sala bilmədi ki, o, nə axtarırmış. Odur ki maraq üçün soruşdu:
    -Nəyi tapa bilmədin?
    -Axı mənə kisel tapşırmışdın. Vicdan haqqı, mağazalar bağlı idi, satıcıların evlərinə belə getdim. Heç birində olmadı.
    Aslanın yadına düşdü və onu gülmək tutdu. O, kisel hayında deyildi. Axırıncı dəfə nə vaxt kisel içdiyi heç yadına düşmürdü. Həm də o, kisel həvəskarı deyildi. Bir söz idi cavan oğlana demişdi. Odur ki tez:
    -Canın sağ olsun, cavan oğlan. Tapmışkən varsan. Mən də öz fikrimdən daşınmışam. Kisel istəmirəm. İndi bir stəkan xoruzpipiyi çayın əvəzini heç nə verməz. Bir gör nə edirsən.
    Cavan oğlan sevincək:
    -Bax bu mənlikdir, - deyib çayçının yanına qaçdı.
    MÜƏLLİF. AKİF ABBASOV
    YAZARLAR.AZ
  • dekabr 2022, زائـــور ا.

  • 167
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......