...
  • Akif Abbasov “Aslanın Erkəyi, Dişisi Olmaz....”
  • زائـــور اوستاج
  • 31 MART - Azərbaycanlıların Soyqırımı Günü

    AKİF ABBASOV
    “ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ....”
    (“Aldanma sözlərə” romanından)

    Fatma ilə Gözəl yorulub əldən düşmüşdülər. Bərk qaça bil¬mədiklərindən uzağa getmək mümkün olmadı. Maşınlarda gələnlər meşəyə dağılışdılar. Az sonra qaçqınların izinə düşüb Nizam kişini yaraladılar. Sonra hər üçünü əsr götürdülər. İki pəzəvəng erməni Nizam kişinin ayaqlarından yapışıb sürüyə-sürüyə gətirib ağaca sarıdı. Qolu sarıqlı Sergey yaxınlaşıb onun üzünə tüpürdü:
    - Ara, qoca tülkü, sənə adam kimi söz dedik, qulaq asmadın. Elə bilirdin əlimizdən qurtaracaqsan?! Ay sən öləsən! Sən bir ermənini öldürmüsən, məni də yaralamısan. Cəzan ağır olacaq. Özün fikirləş, sənə nə cəza verək?.
    Sonra Sergey Gözələ yaxınlaşdı:
    - Ay qancıq, sən niyə bu ağılsızlara qoşulub qaçırdın? Çətin idi səninçin?
    Sergey bunu deyərək dartıb zorla gəlinin plaşını əynindən çıxartdı. Donunu parçalayıb döşlərinə əl atdı. Qayınatasının gözləri qarşısında döşləri açıq qalmış Gözəl dəli nərə çəkdi. Hələ indiyədək o, evdə corabsız, yaylıqsız belə gəzməmişdi. Gözəl həyasından qıpqırmızı qızarmışdı. O, Sergeyin əlini cırmaqlamağa, dişləməyə başladı. Ermənilər hərəsi bir tərəfdən gəlinə yaxınlaşdılar. Fatmanın fəryadı qalxdı. Nizamın bağırtısı meşəni götürdü:
    - Alçaqlar! Binamuslar! Əclaflar Heç olmasa, məni öldürün sonra. Onu eşidən olmadı. Gözəli yerə yıxdılar. Kim isə özünü onun üstünə saldı. Fatma arvadın ürəyi gedib yerə sərildi. Nizam kişi gözlərini yumub, başını ağacın gövdəsinə çırpmağa başladı.
    Gözəl çırpınır, ermənilərin əlindən qurtulmağa çalışırdı. Bir¬dən o, əlində tutduğu lezvanı ermənilərdən birinin – Surenin üzünə çəkdi. Suren əli ilə sifətini tutub bağırdı və ayağa qalxdı. Aşot təpiklə Gözəlin əlindən vurdu, lezva yerə düşdü, gəlin ağrıdan qıvrıldı.
    - Qancıq!
    Bunu Suren dedi.
    Ermənilər qalan paltarlarını da dartıb əynindən çıxarmaq istə¬yəndə Gözəl imkan tapıb birtəhər ayağa qalxdı. Geri çəkilib əlində olan balaca şüşədəki mayeni başına çəkdi:
    - Alçaqlar, əclaflar! Bizim ismətimiz yox, meyitimiz sizə qis¬mət olar! – deyib yerə yıxıldı və ilan kimi qıvrılmağa başladı. Ser¬gey təpiyi ilə şüşəni vurub kənara atdı:
    - Qancıq sirkə içdi…
    Fatma özünə gəlmişdi. Yerdə uzanıqlı qalıb, Gözəlin meyitinə key-key baxırdı. Sonra saçlarını yolmağa başladı:

    Bala dağı,
    Göy dağı, Bala dağı.
    Oy, xain. Balan ölsün,
    Yamandır bala dağı.

    Eləmi, üzüm, fələk
    Sızıldar üyüm, fələk
    Çəkdin sinəm üstünə,
    Çal-çarpaz düyün fələk.

    Nizam kişi için-için ağlayırdı. Sergeylə yoldaşları ona yanaş¬dılar. Sergey üzünü Nizam kişiyə tutaraq dedi: - dincəldin, Nizam? Bunu istəyirdin? Öz əlinlə gəlini verdin güdaza… sonra: rişxəndlə soruşdu:
    - Ara, dinmirsən? İndi pikirləş indi sənə hansı cəzanı verək?… Dilin yoxdur?… Onda özümüz seçərik… Deyin, görək, ay uşaqlar…
    - Başını kəsək.
    - Yandıraq.
    - Gözlərini çıxardaq.
    - Dilini, qulaqlarını, burnunu kəsək, ovub gözlərini çıxaraq, sonra buraxaq, getsin…
    - Qollarını, qıçlarını baltalayaq…
    - Diri-diri yerə basdıraq.
    - Ağaca mismarlayaq.
    - Qarnını yaraq…
    Ermənilər saydıqca Fatma fəryad qoparır, ağı deyir, göz yaşı axıdırdı. Suren ona acıqlandı:
    - Səsini kəs qancıq! Bu gündən sizin hamınız üçün var. Növbənizi gözləyin.
    Sergey:
    - Mənim fikrimdə tutduğun heç birinizin ağlına gəlməyib. Bu əclaf erməni qanı axıdıb, ən ağır cəzaya layiqdir.
    Sergey ağacın aşağıya enən budağına müştəri gözü ilə baxıb qımışdı:
    - Ara, Nizam, sən məni yaraladın, Samveli öldürdün. Adamı elə öldürməzlər. Sənə elə cəza verəcəyəm ki, bu, tarixə düşsün. Açın onu… Vazgen, Albert, yapışın bu murdar oğlu murdarın ayaq¬larından. Aqambek, Zori, siz də qollarından yapışın. İndi ar¬xası üstə atın bunu ağacın üstünə.
    Ermənilər Nizamın çabalamasına məhəl qoymayıb onu bu¬da¬ğın üstünə aşırdılar. İki nəfər ayaqlarından, iki nəfər qolla¬rın¬dan yapışıb növbəti əmri gözlədilər. Sergey qaliblərə məxsus əda ilə:
    - İndi isə sındırın bu əbləhin belini…
    Əmr yerinə yetirildi. Qırılan belin xırçıltısı aydın eşidildi və eyni zamanda dəhşətli ağrıya tablaşa bilməyən Nizam kişinin bağırtısı bütün meşəni başına götürdü, yeri-göyü lərzəyə gətirdi. Fatma arvad çığıraraq bayıldı. Bir erməni yaxın gəlib ayağı ilə onu o tərəf, bu tərəfə itələdi, tərpənmədiyini görüb:
    - Bu da mundar oldu, - dedi.
    Sergey irəli yeriyib ayağı ilə yoxladı:
    - Düz deyirsən, gəbərib.
    Sergey dəstəni başına yığıb təntənə ilə:
    - Samvelin qanını aldıq, - dedi. – Qoy bu türklər görsünlər ki, erməniyə əl qaldırmaq olmaz. İndi isə, haydı, gedək.
    Ermənilər hay-küylə, düşmən ordusu üzərində zəfər çalmış adamlar kimi maşınlara doluşdular. Sergey də maşına sarı addım¬ladı. Birdən Nizam kişinin sözlərini yadına salaraq ayaq saxladı: “Bütün kənd bilir ki, Samvel arvadın Siranuşun aşnasıdır”.
    Sergey sanki yatmışdı, ayıldı. Bayaqkı, şən əhval-ruhiyyə yoxa çıxdı, qanı qaraldı: “Mənim qancığımı görürsən?! İndi yadıma düşür. Hərdən bəzənib-düzənib yekə dalını yelləyə-yelləyə hara isə gedirdi. Məni də aldadıb. “Bir dükan-bazara dəyim” deyirdi. Samvelin artıq öldüyünü xatırlayıb yenidən kefi kökəldi: “Amma Nizam Samvelin anasını yaman ağlatdı. Yoxsa, gərək onunla mən haqq-hesab çürüdəydim. Bu da başağrısı olacaqdı. Bu gün iki düşmənimin dalından dəydim”
    Müəllif, Akif Abbasov
    YAZARLAR.AZ
  • mart 2022, زائـــور ا.

  • 204
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......