...
  • Afət Şahid. Məhrəm Araz, Məlhəm Araz.
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ...
    (Zaur Ustacın "Araz" şeiri haqqında)
    ZAUR USTAC kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən tərəfi onun yaradıcılığıdır. Dəryaya dalmaq istəsək suyun dərinliyinin şahidi olarıq.
    Hərtərəfli YARADICILIQ imkanı hər şəxsə verilən MÜKAFAT deyil. Allah Qələmini bərəkətləndirdiyi Bəndəsindən əzm, sədaqət, hərəkət gördükcə onun bərəkətini də birə min artırır.
    ƏHDə sədaqət, verilən VƏZIFƏni, YÜKü layiqincə DAŞImaq da bir ÜRƏK istər. Qəlbi geniş ALLAH QULunu tapmaq o QƏDƏR də asan İŞ deyil.
    Qəlbində Vətənə məhəbbət, sədaqət hisslərini layiqincə daşıyan ŞAİR üçün parçalanmış, yadların əlində əsir qalmış torpaqlar bir namus ləkəsi kimi yandırıb yaxıcıdır.
    Bu yanğıdan doğulan ARAZ şeiri Arazı belə yandırır. Araz ARAya gimiş kimi utanır, yanıb tökülür, bir-birini ARAYAN İKİ QARDAŞın odunu söndürə bilmir, həyasına boğulub GÖZ YAŞı kimi dinməz AXIR:
    Halına acıdım lap əzəl gündən,
    Bu qədər qınanır bilmirəm nədən,
    Arazı heç zaman qınamadım mən,
    Hər iki tərəfə məhrəmdir Araz!
    Yaralı torpağa məlhəmdir Araz!,-
    deyən şair Arazın bu halına acıyır, günahkar günahsızı müdafiə edir.
    Sarıyıb Yurdumun şırım yarasın,
    Açmayıb, bağlayıb qardaş arasın,
    İndi mən qınayım bunun harasın?
    Hər iki tərəfə məhrəmdir Araz!
    Yaralı torpağa məlhəmdir Araz!
    Yurd acısı , yurd yarası o qədər böYÜKdür ki, ARAZ nə etsin?
    Xudafərin qucaqlayan qoludur,
    Keçidləri salam deyən əlidir,
    Bayatılar pöhrələyən dilidir,
    Hər iki tərəfə məhrəmdir Araz!
    Yaralı torpağa məlhəmdir Araz!
    YOL ayırsa da QƏLBlər bir döyünür. SÖZlər eyni, DİL eyni, BAYATI eynı... XUDAFƏRİN – Ümid yeri, Görüş yeri, Qovuşmaq yeri...
    O tayda çifayda deyir Şəhriyar,
    Bu tayda dardadır indi Bəxtiyar,
    Yarını gözləyir hər gün Lütfiyar,
    Hər iki tərəfə məhrəmdir Araz!
    Yaralı torpağa məlhəmdir Araz!
    Daşında, torpağında qiymətli xəzinələr yetirən VƏTƏNin Dünya SÖZ XƏZİNƏSİnə incilər bəxş edən QƏLƏMin layiq görüldüyü bəndələri AYRILIQ HƏSRƏTini sətirlərə tökərək O TAYdan BU TAYa ÖTÜRmüşlər.
    Bu üzdən ARAZ Məhrəm olmuş, ARAZ məlhəm olmuş….
    Zaur Ustac HAQLI olaraq “Mən zəfərə təşnəyəm” deyərək xəbərdar edir:
    Uşaqdan böyüyə hamı əmindir,
    Tarix səhnəsində yetişib zaman!
    Bu dəfə biryolluq bitəcək söhbət,
    Nə güzəşt olacaq, nə də ki aman!
    Türkün düşməni özü QƏDƏR böyük ki, sırtlan kimi onun zəifləməyini, parçalanıb qeybə qarışmağını gözləyib gözətlər. Nə qədər parçalansa da bölünsə də MİLLİ KİMliyini unutmayan TÜRK OĞLU üzünü YARADANa tutub Onun kölgəsində İQTIDARını bərpa etməyə QADİRdir. Bu qürəti ona QADİR ALLAH verib.
    QADİR olan QALİB olar.
    ALLAH ƏKBƏR!
    Müəllif, Afət Şahid
    YAZARLAR.AZ
  • noyabr 2022, زائـــور ا.

  • 127
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......