...
  • Afət Şahid. Arzu.
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    ARZU
    Sənə çatmaq arzusu
    İçimdə böyütdüyüm həsrət...
    Aldığım nəfəsmi qiymətli
    Yoxsa verdiyim nəfəs...
    Ağrı daşıyan ağır buludlar kimi
    ağlamasam yüküm boşalmaz...
    Çaxılan şimşək –
    qəlbimdən çıxan atəş...
    Kimini yandıracaq,
    kimisə aydlnladacaq...
    Susuz çöllərə məlhəm olan
    gözümdəki yaş
    axib-axıb dodağımda quruyacaq...
    Sənə çatmaq üçün
    Həsrət havası lazım...
    Həsrət yağışı lazım...
    Təmizlənmiş ruhum
    sənin olsun...
    səninlə olsun.
    ***
    Ucsuz bucaqsız dairə
    sonsuzluq kimi
    O na işarət edər.
    O hər yerdə var
    O təkdir
    O bir başlanğıcdır
    O bir sonsuzluq...
    O bir mərkəzdir...
    O yaradandır..
    O dağıdandır....
    O hər şeyi özünə çevirəndir.
    O istərsə saysız hesabsız edir,
    O istərsə heç edir.
    Mərhəmətinə və sonsuz nemətlərinə sonsuz şükürlər olsun...
    ***
    Dilimlənmiş zamanın
    Sonsuzluğa məhkum olmuş marafonunda
    Kimisi uçur,
    Kimisi qaçır...
    Kimisi də ağır yerişi ilə,
    sanballi çəkisi ilə
    məsləhət verir, öyüd-nəsihət edir...
    Geridə qalan sayları
    əqrəb kimi sancır bəzən,
    İrəlidəkilər təsəlli verir...
    Hərdən qum kimi
    gözümüzə sovrulub kor edir,
    hərdən dənə-dənə,
    incə-incə gözəl xatirələr oyadır...
    Bəzən su kimi axıb,
    bəzən də heç keçməyəcəkmiş kimi
    üzüntülərdə boğan havası ilə ağırlıq verir...
    Sonrakı peşmanlıqların fayda vermədiyi,
    Ümidləri bəzən verib,
    bəzən kəsən,
    heç kimə güzəşt etməyib
    dəqiqliyi ilə heyrətə gətirən
    Zaman ölçən SAAT,
    Sənin qiymətin nə qədərdi?!...

    Müəllif, Afət Şahid.
    YAZARLAR.AZ
  • fevral 2023, زائـــور ا.

  • 159
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......