...
  • Afət Şahid. Allahın Töhfəsi : A dan Z yə Zaur USTACın uşaqları ilə birlikdə...
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    ALLAHIN TÖHFƏSİ : A dan Z yə
    Zaur USTACın uşaqları ilə birlikdə....
    Allahın iznilə Uşaqlar hər ZAMAN GƏLƏCƏKdir.
    Onlar GƏLƏCƏK QURmaq üçün GƏLirlər.
    GƏLƏCƏyimiz ƏMİN ƏLlərdə OLSUN deyə onların TƏLİM və TƏRBİYƏsi hər ZamaN ÖN PLANda OLMALIdır.YAŞ ağac tez əyilir. VAXTında ağaca QULluq edib onun QAYĞIsına QALarsaq, bu AĞAC GƏLƏCƏKdə DOĞRU- DÜZGÜN BOY atar, BƏHRƏ VERər.
    UŞAQla uşaq kimi olmaq , onun dilində danışa bilmək BÖYÜKlük istər. ALLAH ƏKBƏR (Sözün hər mənasında).Uşaqların BEYNİ tam FORMAlaşmasa da onlar yaxşını pisdən çox rahatliqla AYIRD EDə BİLirlər.
    UŞAQlar qəlbləri KİÇİK olan BÖYÜKlərdir. (Əksi də doğrudur: böyüklər kiçik uşaq kimidirlər).Onlarla qəlbən yaxınlıq edəndə bu kiçik görünən, ƏSLində isə BİR DÜNYA DAŞIyan CANla ÜZ-ÜZƏ DAYANırsan.
    UCA ALLAH YARATdığını hər ZamaN HİFZ edər.
    UŞAQ BEYNİ yazılmamış QAYA kimidir. NƏ(?) YAZARsan orda ƏBƏDİ İZ QOYar.
    ANA DİLİndən ÖNCƏ ATA QƏLBi ANA ÜRƏYi kiçik CANın BÖYÜK DÜNYASIna BİR NUR, İSTİLİK GƏTİRir.
    UŞAQları SEVin, onları SEVGi ilə YARADın, DÜNYAya GƏTİRin ki, SONra GƏLİŞİ GÖZƏL olanla QARŞILAşasınız.
    GÜL QÖNÇƏsi OLanları ALLAH SOLDURMAsın.
    A hərfi İLK SƏS və İLK HƏRF:
    A ilə ANA deyə,
    Aləmə səs salırıq
    Azərbaycan sözünə
    A ilə başlayırıq.
    Ata, ana tək sözlər
    A-nın nəfis ilməsi
    A -dan Z-yə hərflər
    ALLAHın bir töhfəsi.
    ALLAH A-dan Z-yə hərfləri yaradaraq Ana,Ata sözlərinə BAŞ TACI olmaq İMKANI VERmişdir.
    T hərfi yanıltmac kimi dil oyunu oynayır:
    Tuncay topu tulladı,
    Tutu, topu tut görək!
    Top-top mənə yaraşmaz
    Mən tankçı olum gərək!
    Tapançamı götürdüm,
    Tüfəngi də ver mənə.
    Tankı, topu sazlayım,
    Hücum edim düşmənə!
    Tuncay, topu, tulladı, Tutu, topu, tut, top-top, tankçı, tapanşa, tüfəng tank, top sıralanması T hərfini BEYİNdə tətikləyir. Sonda isə tank, tüfəng Düşmənə yönəlir.
    Ə hərfi Dilimizin şirinliyi, olmazsa olmazıdır:
    Əlifbam əlimdədir
    Ə hərfi tanışdır.
    Gözümün önündəki
    Əlim Ə-lə başlayır.
    Nənədə iki Ə var
    İKİ Ə-li nəvə də
    Babam Ədən küsəndə
    Ona deyirəm dədə
    Əlifba, Əl, nənə, nəvə, dədə -körpə CANlarımızın olmazsa olmazıdır.
    Uşaq Beyni XƏYAL, FANTAZİYA ALƏMİnə R hərfini OXUyanda DAXİL Olur.
    Raul əlində fırça,
    Yanaşdı molbertinə,
    Rənglər rəngə qarışdı,
    Oxşatdı raketinə.
    Rəna görəndə rəsmi,
    Dedi gəşəng rəndədi
    Hətta qanadı da var,
    Zanki uçacaq indi...
    Raul, firça, molbert, rəng, qarışdı, raket, Rəna,görəndə,rəsm, rəndə, var sözləri R hərfini təkrarlamağa yardımçı olur. Bəzi uçaqların, hətta böyüklərin R hərfi ilə problemi olur. Bu ardıcıllığı tez-tez tzkrarlayın. R hərfi ilə heç bir münaqişəniz olmaz, inşəAllah.
    B hərfinin yaradıılışı isə maraqlı oldu:
    1 ilə 3 birləşib
    Birlikdə “B” oldular
    “Bakı” sözün başlayıb
    “Kitab”ı qurtardılar.
    Bahar, Bayram sözündə
    B hamıdan birinci.
    Əlifbamda ikinci,
    “Bilik”də də birinci.
    Birlik, Bakı, başlayıb, kitab, Bahar, bayram, birinci, əlifba, bilik, birinci sözləri B səsinin və hərfinin yerini bərkidir.
    R hərfini Y ilə qarışdıranlar üçün dil oyunu:
    Yabını yəhərləyib
    Yusif mindi dalına
    Yellətdi yorğa getsin
    Bərk yapışdı yalına
    Yabı heç tərpənmədi
    Bir az əydi boynunu,
    Çəkəndə yüyəsini
    Oynatdı quyruğunu.
    U hərfində şair Uğura çatmağın YOLunu öyrədir:
    Uğur baxıb göylərə,
    Dedi, usta olacam!
    Uca bir qüllə tikib,
    Ulduzlara çatacam!
    Uğur, usta, uca, ulduz sözləri U hərfinim sayəsində uğurlu olur.
    Canlı Zəngli SAAT (Müəzzin) heç yaddan çıxarmı?
    Çarpaz iki xətt çəkib,
    Adını “X” qoydular.
    Xəbər çatdı xoruza
    Dedi, gecikib onlar.
    Dərdlərimizi yuyan dəniz:
    Xəzər
    Həm dənizdi, həm də göl
    Xəzər təkdi dünyada.
    Qoynunda bir şəhər var,
    O da ilkdi dünyada.
    Köklərinə bağlanmaq istəyən Türk övladı O(na) –ya baxsın:
    Orxon çox qədim
    Sözdür bilirəm.
    Böyüyən kimi
    öyrənməliyəm,-
    deyir ZAUR USTAC “Güllünün şeirləri” kitabında, Hərflərə aid şeir bölməsində.
    Mütləq ÖYRƏNin, KÖKü olmayanın BUDAQları da olmaz!
    Bu da MƏNdən SİZə...
    Müəllif. Afət Şahid.
    YAZARLAR.AZ














  • noyabr 2022, زائـــور ا.

  • 128
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......