...
  • Yekə Məktəbin Yekə Dərdi və ya Zamanın Gizlətdiyi Rəsm
  • Zaur USTAC


  • On il get-gəldən sonra, axır ki, kənd məktəbindən güc-bəla canımı qurtardım. Bir xeyli avaralandıqdan sonra bu qənaətə gəldim ki, gərək mən də yekə məktəb oxuyam. Bu fikir-xəyal ilə gəldim Bakiyə… Aradım, axtardım sonda lap o yekə məktəbi tapdım. Məktəb, nə məktəb… Dağ boyda… Başı buludlara dəyir… Bu mənim lap xoşuma gəldi, məni yaman sevindirdi, əlqərəz çox xoşhal oldum… Elə doqqazdan içəri keçmək istəyirdim ki, gözüm sataşdı, sol tərəfdəki divarda olan rəsmə… Bu rəsm də çox xoşuma gəldi… Şəklə az baxmışam, çox baxmışam onu deyə bilmərəm… Şəkil də nə şəkil… Gördüm şəkildə şikil kimi bir oğlandı durub. Əli də cibində. Deməli, tam olaraq mənzərə belədir, bir əlində kitab tutub, o biri əlini də qoyub cibinə. Cib də ki, az qalır partlasın… Buradan məndə belə bir yəqinlik hasil oldu ki, yəni əgər oxumaq istəyirsənsə, vacibdir ki, əlin mütləq cibində ola… Necə deyərlər, “arifə bir işarə bəs eylər…” Mən də ki, arif adam. Çar-naçar qayıtdım geri, mən də ciblərimi hörüb təzədən gəldim məktəbə…(öldü var, döndü yoxdu – oxuyajam) Əlimi də qoymuşam cibimə — biliyim tökülməsin… Elə, içəri girmək istəyirdim ki, keçərətdəcə məni yekə qarın, yekə burun, başının ortası yox, burnunun altında güvə yemiş, sapsarı naftalin iyi verən cıqqılıca bığı, boynunda nazik, uzun qarnının üstünə Yer kürəsin ikiyə bölən yaşıl zolaq kimi aşırdığı xaltası olan bir “kişi” saxladı:

    — A bala, hələ bir dur görək, belə qaranəfəs hara gedirsən, May da ha döyülü deyəm gilasın sezonudu – iyuldu deməli, hələm gilasın sezonuna da çox var… Görürəm, diribaş uşağa oxşuyursan, amma bir əması var. O gördüyün şikil çoxdan köhnəlib. Daha cib zəmanəsi döylü, bala… Vallahi də döylü, Billahi də… Tay cibişdan zəmanəsi çoxdan ötüb… İndi oxumaq istəyənin yedəyində gərək diplom atı olsun, diplom atı…

    Matım-qutum qurudu qaldım belə… İndi məni dərd götürüb, mən yazıq, borc-xərc bu diplom atın aldım, bəs onun yükünü necə tutacam???

    29.07.1991. Bakı.

    Müəllif: Zaur Ustac

    © Zaur USTAC,2018. Bakı.
    WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
    #zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye
  • aprel 2018, Zaur U.

  • 188
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......