...
  • Bizdə çatmır, dədələrin hikkəsi!!!
  • Zaur USTAC
  • DÜŞÜNÜRƏM...

    Soy, o soydur, kök, o kökdür, qan, o qan...

    Lap, bir-iki bicbalanı qat gözə.

    Boy, o boydur, qol, o qoldur, can, o can...

    Təkəm-seyrək, kəm-kəsiri sat  sözə.

    Sual doğur, onda nədir çatmayan???

    Cavab budur: -  “Atillanın öfkəsi”!!!

    Bizdə çatmır, dədələrin hikkəsi!!!

    *        *        *

    Çay, o çaydır, göl, o göldür, dan, o dan...

    Ufaq-təfək olmayanı keç bizə.

    Toy, o toydur, çöl o çöldür, xan, o xan...

    Biraz böyük, biraz kiçik, keç sözə.

    Qürub da o, onda nədir çatmayan???

    Cavab sadə: -  “Çingiz xanın öfkəsi”!!!

    Bizdə çatmır, dədələrin hikkəsi!!!



    *        *        *

    Hay, o haydır, rum, o rumdur, biz, o biz...

    Tərliyinə yapışanı  ver yelə.

    Say, o saydır, qom,  o qomdur, diz, o diz...

    Tutuşanda aşmayanı ver belə.

    Bəs beləsə, onda nədir çatmayan???

    Cavab təkdir: -  “Sultan Fateh öfkəsi”!!!

    Bizdə çatmır, dədələrin hikkəsi!!!



    *        *        *

    Rey, o Reydir, Şam, o Şamdır, yol, o yol...

    İnsan həmin, adamlar o, düş düzə.

    Köy, o köydür, kənd, o kənddir, el, o el...

    Əsl qədim, tarix zəngin, xoş  bizə???

    Haqlı sual, onda nədir çatmayan???

    Cavab yekdir: -  “Xətainin öfkəsi”!!!

    Bizdə çatmır, dədələrin hikkəsi!!!



    *        *        *

    Mey, o meydir, cam, o camdır, din, o din...

    Əyri-müyrü düzəlişi  yaz  düzə.

    Pay, o paydır, yem, o yemdir, hin, o hin...

    Zaval gəlməz doğru sözə, yaz düzə...

    Fəqət sual, onda nədir çatmayan???

    Cavab birdir: -  “Şah Qacarın  öfkəsi”!!!

    Bizdə çatmır, dədələrin hikkəsi!!!

    *        *        *

    Ley, o leydir, sar, o sardır,  vağ,  o vağ...

    Yarasanı mixi xətlə yaz mizə.

    Huy, o huydur, gül, o güldür, bağ, o bağ...

    Dəmi boş ver, onu kəsir yaz bizə.

    Sual həmin, onda nədir çatmayan???

    Cavab netdir: -  “Atatürkün öfkəsi”!!!

    Bizdə çatmır, dədələrin hikkəsi!!!



    15.03.2018. Bakı. (9:19 – 19’)



    Müəllif: Zaur Ustac
    © Zaur USTAC,2018. Bakı.
    WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ





  • mart 2018, Zaur U.

  • 213
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......