...
  • Yazmaq
  • Zaur Ümumbəşər
  • Bəzən elə olur ki, oturursan heç nə olmur yazmağa. Özünü məcbur etsən də, bir şey çıxmır. Bəzən də olur ki, gecə 5 dəfə qalxıb gedib kağız-qələm götürürsən. Ümumiyyətlə, yazının hansısa əhval-ruhiyyə məqamında gəldiyini düşünürəm. Bu, bir növ ilhamdır. Beyindən keçən təsəvvürlər, elə sürətlə, işıq sürətiylə keçir ki, əlini həmin hərəkət cərəyanına ataraq çox kiçik bir hissə qoparıb vərəqə tökə bilirsən. Bu olur yazının skeleti. Bu, tamamilə içdən gəlir. Bunu bir növ kökəltmək, üzərinə “ət” yığmaq isə bir qədər süni prosesdir. Bu işi o qədər ustalıqla etməlisən ki, həmin bu sünilik, yəni sonradan yavaş-yavaş düşünərək əlavə etdiyin parçalar (“ətlər”), təbii olan və beyindəki təsəvvürlər cərəyanından qopardığın kiçik səmimi hissəni, yəni yazının skeletini kölgədə qoymasın. Yazıda əsas bacarıq, zənnimcə budur. Skelet hissəni yazarkən isə durub düşünmək çox çətin olur. Zira səndən asılı olmadan, axın şəklində gəldiyi üçün dayanaraq, gələn təsəvvürlərə forma verməyə, əlavələr etməyə vaxt edə bilmirsən. Yoxsa, axını dayandırmış olursan və növbətilər unudulur.

    Yazının skeleti xammal kimidir. Saf şəkildə düşüncə axınından qopur və özündə heç bir qatışığı barındırmır və insan təxəyyülünü tam olaraq əks etdirir. Amma bunu bəzəməsən, digər insanlar bundan çox şey anlamaz. Çox şit bəzəsən isə mahiyyətdən yayınmış olarsan ki, bu gün əsasən bunu edirlər. İldırım sürətiylə, sanki insanın başının üstündə bir tərəfdən, digər tərəfə axan düşüncə cərəyanından qoparıla bilən skeletin ölçüsü yazanın bacarığını əks etdirir. Bu birmənalı olaraq belədir. Bu hissə, yəni skelet süni ola bilmədiyi və yazının kökünü əks etdirdiyi üçün necə deyərlər, “nə varsa, elə onda var”. O, yalan bir şeyi, süni düşüncələri əks etdirə bilməz. Bunun üzərində işləyərək “kökəltmə” etdiyin proses isə belə deyil. Üstünlük bu prosesə verildikdə - ki, hal-hazırda yazanların çoxu bunu edir – səfsətədən başqa bir şey alınmır.

    Skelet hissəni götürmək çox çətin prosesdir. “Əlin yanmalıdır”, çünki onu, müəyyən parça qoparmaq üçün düşüncə cərəyanına soxursan. Bu elə belə alınmır. Sanki balasını dünyaya gətirən məməlinin əziyyətini çəkirsən. Böyük bala daha əziyyətlidir. Böyük parçalar götürənlər var, bunlar artıq öyrəşiblər, aza qane olmurlar. Az miqdar götürdükdə və ya heç götürmədikdə, bədənlərinin müxtəlif nahiyələri ağrayır, sıxılırlar. Bu düşüncə sıxıntısıdır. Hər cür material sıxıntıdan daha əzablıdır.
  • mart 2018, Zaur Ü.

  • 228
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......