...
  • Sadıq Qarayev - Yazıçının Üç Qəpiyi
  • Yazarlar.AZ
  • 2015-ci ildə çəkilmiş və “Qafqaz üçlüyü” adlanan film. Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissorları Eldar Şengelaya və Fuad İbrahimbəyov.
    Filimdən epizodlar:
    Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda qorxmaz, güclü, təmənnasız, mərd və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur.
    Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodu.
    Filmdə erməninin “cəzalandırılması” aksiyası sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı əks olunub.
    Filmdə hətta öldürülən oğlunun xəbərini almaq niyyəti ilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.
    “Qəddar” Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər.
    Heç vaxt xalqımı təriqətlərə, şəriətlərə, regionlara, müxalifətə iqdidara bölmək istəməmişəm. Həmişə bir bayraqda bütövləşmiş, millətləşmiş, dövlətləşmiş görmək istəmişəm. Müxalifəti təhqir, iqdidarı tərif etməyi və yaxud əksini etməyi də ziyalıya yaraşan hal hesab etməmişəm. Müəllifi olduğum “Orbitlər və Universal Mövcudluq” nəzəriyyələrində də materiaynın toqquşmadan, partlamdan deyil, toplanmadan , cəmlənmədən yarandığını əsaslandırmağa çalışmışam. İndi bir vətəndaş kimi “Qafqaz üçlüyü” adlanan film barəsində Rüstəm İbrahimbəyova və dostlarına bir sıra xatırlatmalar və suallar vasitəsilə öz münasibətimi bildirmək istəyirəm:
    Müəllif İbrahimbəyov, istənilən yazıçı, sənət adamı milli dəyərləri ayaqları altına qoyub, bəşəri dəyərlərə boylana bilməz. Milli faciələri, xalqının soyqırımlarını görməz olub bəşəri facilərə ağlaya bilməz. Yəni, ata olmadan baba olmaq absurd bir şeydir. Siz, erməni yazıçılarının əsərlərində öz yazdıqlarınızın mahiyyətinə oxşar bir əsərə rast gəldiniz? Dostoyevskini yəqin ki oxumusunz, Rus xalqını həmişə yüksətmək istədiyini, xüsusilə almanlara müaqayisə etmək cəhdlərini (“Cinayət və cəza”, “Qumarbaz”, “Ölü evdən qeydlər” V.s.) dərk etmədinizmi? Axı siz vətəndaş ola bilmədən, qlobal yazıçı, rejissor ola bilcəyinizi düşünməklə idrakınızın kortaldığını, təxəyyülünüzün vicdan suzuluğndan səhralaşmış, ilğımlarla dolu çöllərdə tənha qaldığını hiss etmədiniz? Həqiqəti görə bilməyən ziyalı, ona bənzər bir şey yarada bilməz. Necə oldu ki, bütün Azərbaycan xalq görür ki, ermənilər bizə qarşı vəhşiliklər edib, siz əksini görürsünüz.? Yəqin siz ağacları da kökləri göydə görürsünüz.
    Təssəvür edin, bu filiminiz Oskar aldı, dünyada tanındı. Deəyək ki, amozonkalı bir tamaşaçınız, hansı ki, Qarabağı tanımır , sizdən soruşur ki, “azərbaycalılar vəhşilik, təcavüz edib erməniləri harada soyqırıma məruz qoyublar, hansı rayonlarını işğal ediblər?” Deyəcəksiz erməniləri Xocalıda qırdılar, torpaqlarının 20 %-ni işğal etdilər?...
    Rüstəm İbrahimbəyov , bu dəqiqdir ki, sizin ssenari müəllifi olduğunuz o filimin heç bir fəlsəfi, elmi mənası, həqiqət yükü yoxdur. “Qafqaz üçlüyü”- dəyər deyil, sizin üç qəpiyinizdir. Çünki, müəllifinin xalqına, həqiqətə nifrət hisslərinin təsiri altında, yalan, riya cəngəlliklərində qisas meyvələri ilə zəhərlənmiş ağlının boşluğa səyahətidir.
    Bu filmin, eləcə də sizin son zamanlar göstərdiyiniz fəaliyyətlərinizin mahiyyətini nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, siz yazıçı, rejissor ən əsası isə azərbaycanlı ola bilmədiniz.
    İndi isə, İsa Qənmbərə, Əli Kərimova və Cəmil Həsənliyə müraciət edirəm. Biz demokratik dövlətdə yaşayırıq. Hakimiyyət uğurunda mübarizə təbiidir. Millət vəkili, Prezident olmaq istəyirsiniz, bu da başa düşüləndi. Hərçənd ki, son zamanlar xalqımızın mənəviyyatına uyğun gəlməyən metodlardan istifadə halları müşahidə edilir və vətəndaşlar tərəfindən ikrahla qarşılanır. Bunları hansı cəbhə çox və ya az edir fərqi yoxdu. Fakt odur ki, millətimiz , dövlətimiz biabır edən hallar çoxalır. Bütün bunlara son qoyulmalıdır. ALLAH ağlımızı, əxlaqımızı və iddialarımızı özümüzü kəsən qılınc deyil, şər və düşmən qarşısında qalxan eyləsin.
    Sivil, elmi, məntiqli yolla, alternativ fikirlərlə, ideyalarla mübarizə aparın. Müxtəliflik təbiətdə olduğu kimi cəmiyyətdə də inkişafa, təkamülə səbəb olur. Dövlətimizin inkişafı, qüdrəti üçün mübarizə edə biləcək fərqli ideyalara, proqramlara ehtiyac vardır . Bu məsələni geniş müzakirə etmək fikirində deyiləm. Mənim sizə müraciətim Rüstəm İbrahimbəyovla bağlıdır. Sadəcə olaraq məqam düşdü öz fikirlərimi dedim.
    Sizə sual edirəm, hansı əsaslarla Rüstəm İbrahimbəyovu Prezident, ali baş komndan görmək istəyirdiniz? Tam səmimi deyirəm, nə qədər düşündümsə, bir loqika tapa bilmədim ki, İsa bəy, Əli bəy, professor Cəmil Həsənli hansı kriteriyalara əsasən bu şəxsin namizədliyini dəstəkləmişdilər…? İnanın, bununla siz öz şanslarınızı ömürlük həbs etmisiniz. Buna isə dəqiq inanın, siz tərəfdarlarınızın , fərqli düşünən vətəndaşlarımızın ümidlərini ələ saldınız. Özünüzü guya uduzmaqdan sığortalamaq, gələcək koryeranızı sistalaşdırmaq kimi “uzaqgörən” siyasətinizlə əslində həm taktiki, həm də strateji səhv etdiniz. Siz belə səhvlər çox etmisiniz. Xalq hərakatından başlayaraq, elə bir addım ata bilmədiniz ki, zirvə o tərəfə, heç olmasa düzə çıxa biləsiniz. Belə olmaz , düşünün. Müxalifətlik təkcə sizing şəxsi işiniz deyil, cəmiyyətlə, dövlətlə bağlı məsələdir. Onu inhisara alıb, vətəndaşların inamından su istifadə etmək nə dərəcədə ali məqsəddir? Çox vacibdir lider olmaq? Sıravi müsavatçılar, cəbhəçilər sizdən soruşmadılar ki, “İsa bəy, Əli bəy, biz illərdi Rüstəm İbrahimbəyovun-tanımadığımız, heç bir əsərini oxumadığımız, tez-tez fikirlərini dəyişən, nə istədyini bilmədiyimiz adımın prezident olması üçün mübarizə aparırıq?” O vaxt demiyibdirlərsə, gərəkdir ki indi bu sualı sizə versinlər.
    Mənə maraqlıdır, siz doğurdan Rüstəm İbrahimbəyovu tanımırdınız? Bir də maraqlıdır ki, siz prezident, ali baş komndan olsanız, yenə vəzifələrinizi asanlıqla kiməsə təhvil verərsiniz? Bir dəfə belə etmişdiniz. Hesab etmək olrdı ki, bir də etməsiniz, təcrübə, zaman filan… Heç nə dəyişməyib.
    Sonda sizə, elə oxuculara da bir məsələni xatırladım. Milli şuranın üzvləri, sıravi müxalifətçi soydaşlarımız səbirsizliklə gözlüyürdülərki, Rüstəm İbrahimbəyov gələcək, vahid namizəd olacaq… Elə gözləyirdələr.. Seçkini belə gözləyə-gözləyə keçirdilər. Amma o gəlmədi… Səhv etmirəmsə Gürcüstanda ondan soruşdular ki, “nə vaxt gəlirsiniz, vax çox azdır, seçki ilə bağlı ideyalarınız , planlarınız nədir?”. Təxminən belə cavab vermişdir ki, məni “çox narahat etməyin, mən bura rejissor kimi gəlmişəm, işim çoxdur.. Yeni kino çəkirik”… Demək bir qisim azərbaycanlılar Rüstəm İbrahimbəyovu “xilaskar” kimi gözlədiyi vaxt, O nifrətlə gülümsəyərək azərbaycalıların vəhşi olduğunu sübut etmək üçün “Qafqaz üçlüyü”-nü yazıb-pozurmuş..
    İndi ermənilər sevinirlər.

    Müəllif: Sadıq Qarayev

  • aprel 2019, Yazarlar.az

  • 113
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......