...
  • Sadıq Qarayev - Bağbanın Hekayəsi
  • Yazarlar.AZ
  • Bağdan sonra, hasarın diblərini də dərmənlayarsan, qarışqa zad olur!- ayağını ayağının üstə aşırdıb, kölgədə çay içə-içə telefonda prikollara baxıb, öz -özünə gülən, hərdən də onunla dindən, halalıqdan danışan, keçəl, ağ buxaqlı, boynu balaqlı, nəfsi əqidəsi üstundə dombalaqlı, gəncfason adam dilləndi. İstədi etiraz etsin, şərtdə belə iş nəzrdə tutulmurdu, lakin gözünün önünə əlli manat və daxmasının apxa tətəfindəki günü- gündən genişlənən çatlar gəldi… O dayanıb, bir xeyli baxdıqdan sonra, başı ilə razılaşdığını bildirdi… Min beş yüz düzəldib, öz həyətində yeni ev tikməyə mane olan, üç-beş kubik hörüləndən sonra gəlib uçurdan dəstənin başçısı, balcaboy, arıq, qarasifət, tülkügöz, hərdənbirsöz, siçanburun, eşşəkqulaq, at mədəli, məmur vəsiqəli adama rüşvət verməliydi… Hesabladı ki, əllinin iyrmisini xərcləyər, otuzunu yığar… Əlli dəfə bu cür iş düşsə, tikintiyə icazə ala bilərdi…
    İş qurtaranda, ağbuxaqlı keçəl adam sözünü, özünü, iyirmi manata satdı, israfçılığa, qənatə, halalığa vəs. aid xeyli “ibrətamiz” misallar gətirib mübahisə etdi, onun istidən qurumuş boğazında səsi batdı, ancaq otuz mantdan artıq ala bilmədi.
    Suzundan yanırdı, evə çatmağa dözə bilmədi. Yolüstü çay içmək istədi. Daxil olduğu məkanda dedilər burda çay verilmir, ancaq yemək-içmək olar. Həyətdəki ağacların altında səliqəli, ağ süfrəli masalarda yer də yox idi… Nəhayət, boynundan ad-familyası, vəzifəsi asılmış biri yaxınlaşıb, küncdə ona əyləşməyi çün yer göstərdi…
    Limonlu çaydan dalba-dal üç armudu stəkan içdi, özünə gəldi. Öz-özünə düşündü ki, yox, hələ bu dünyada yaxşı insanlar da vardır və dünya ona görə dağlımır… Sərin meh əsirdi, önünə qoyulmuş qozdan, badamdan, şirniyyatlardan yeyə-yeyə dincəlirdi, xəyalları hərdən gəncliyə də qayıdırdı. Kök, bəstəboy, özündəntoy, tapdığını üz gözünə sürtən, dörddodaqlı adam hərnəgəldi oxuyurdu. Masalara yaxınlaşırdı, pul qoyurdular hara gəldi… Onun da yanına yaxınlaşdı, nə isə qoxuyurdu… Tapdı, bu həmən – payızda qoyunun içinə qoç qatanda sürüdən gələn qoxuyudu…
    Arxa tərəfədki masadan bərk gülüşmə səsləri gəldi, çönüb, baxdı. Onlar idi, tikməyə başlamaq istədiyi evi ucalmağa qoymayan, tez-tez təpikləyib kubiklərini aşırdanlar…
    Masalrının üstündə barmaq tıqqıldatmağa yer yox idi. Hər cür kabablr, içiki, meyvə, yanlarında isə suptropik, gilmeyvəli, gülüşü səbzəli xanımlar… İçi, çölü kiçikboylu, qaraüz başçı adam onun geri çönüb baxmasına əsəbləşdi, lakin tanıyanda gülüb, dedi:- yalvarıb, özünü öldürürsən ki, pulum yoxdur, gör gəlib harda çay içirsən! İndi gör yeməyi harda yeyirsən! Ehh, mən sizləri çox yaxşı tanıyarm e…
    Yemək sözünü eşidən kimi elə bil yuxudan ayıldı. Evə tez getməli idi. Tezdən yoldaşı demişdi ki,– namazımı qılım, uşaqlar makoron qaynadacam, yuxudan durunda yesinlər. Səhər yeməyinə heç nə yoxdur. Pulun olsa , xörək yağı da alarsan. İNŞALLAH işlərin uğurlu olar… O cəld iki manatlıq çıxarıb, çaynikin altına qoyub, sürətli addımlarla getməyə başladı. Restoranın qapısına çatanda, kiminsə çağırdığını eşitdi, çönüb baxdı. Həmin “yaxşı adam” idi. Elə bayaqkı kimi, gülə-gülə ona çek uzatdı. Alıb, baxdı, 25 manat 50 qəpik yazılmışdı.

    Müəllif: Sadıq Qarayev

    YAZARLAR.AZ

    ====================================================

    ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

    GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

    “USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

    <<<<XİDMƏTLƏR>>>>

    Təqdim edir: Zaur Ustac

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

    30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ
  • iyun 2020, Yazarlar.az

  • 260
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......