...
  • Professor Aida Qasımova
  • Yazarlar.AZ
  • Humanist humanitar dissertasiyalar:

    kodlaşdırmadan üzgörənliyədək

    Ölkəmizdə elmi əsərlərin səviyyəsinin yüksəldilməsi, elmi dərəcə və adların verilməsi prosesinin yaxşılaşdırılması aktual bir problem kimi gündəmdədir. Bu problemin həlli o dərəcədə vacibdir ki, hətta ölkə prezidentini belə müdaxiləyə vadar etdi. Bununla əlaqədar, humanitar sahəyə aid dissertasiyalarla bağlı bəzi məsələlərə diqqət yönəltmək istəyirəm.

    Kodlaşdırma

    Qeyd etmək istərdim ki, dissertasiyaların mövcud kodlaşdırma sistemi özünü doğrultmur. Bu sistem müəllifin əl-qolunu bağlayır, onun mövzuya dəstək ola biləcək əlavə fikir və mülahizələri qarşısında sədd çəkir. Digər tərəfdən, bu sistem istifadə olunan ədəbiyyatın izlənməsini də çətinləşdirir. Oxucu hər dəqiqə dissertasiyanın sonundakı siyahını vərəqləmək məcburiyyətində qalır. Bəzən texniki səbəblərdən siyahıda qarışıqlıq yaranır və sairə.

    Hal-hazırda inkişaf etmiş ölkələrin bir çoxunda dissertasiyalarda “footnote” sistemindən istifadə olunur. Bu halda həm istifadə olunan ədəbiyyat göz önündə olur, həm də müəllif dissertasiyaya yerləşdirə bilmədiyi fikirləri aşagıda, qeydlərdə verir. Sovet dövründən qalma əcaib kodlaşdırmadan Rusiyada da əl çəkilib. Humanitar sahə birmənalı olaraq footnote və ya endnote tələb edir. Mənim fikrimcə Footnote sistemi daha səmərəlidir.

    Aşkarlıq

    Artıq bir çox ölkələrdə dissertasiya işləri müvafiq elmi müəssisələrin, universitet və kolleclərin saytında yerləşdirilir. Bu cür aşkarlıq ölkəmizdə də tətbiq olunsa, dissertasiyalarda plagiata yol verilməsinin qarşısı alınar. Yəni peşəkar oğrular azından rüsvay olacaqlarından qorxarlar. Belə olsa, müəssisənin nüfuzu naminə dissertasiyaların elmi səviyyəsinə daha çox diqqət yetirilər.

    Digər tərəfdən, AAK-dakı anonim rəylərin də həmin müəssisənin öz saytında yerlışdirilməsi faydalı olar. Çünki bəzən dissertantlar nə üçün işlərinə mənfi rəy yazılmasını başa düşmür, qərəzçilik axtarır, şikayət edir və yaxud əlavə səylər göstərib dərəcə almaqda israrlı olurlar. AAK saytında yerləşdirilən rəylər AAK ekspertlərinin də məsuliyyətini artırar.

    Məqalə həcmi

    Avtoreferatlara əlavə edlən çap olunmuş əsərlər siyahısında çox olsa 1000-2000 söz, bəzən bundan da az həcmli yazıların, tezislərin elmi məqalə adı altında təqdimi yolverilməzdir. Mənim fikrimcə, minimum məqalə həcminin müəyyənləşməsi və AAK siyahısında olan jurnalların bu minimuma riayət etməsi ümumi işin xeyrinə olar. Başlanğıc üçün bu minimumu 6000 söz kimi müəyyənləşdirmək olar. Humanitar sahədə kiçik həcmli yazılar gözə kül üfürməkdən başqa bir şey deyil. Qeyd edim ki, inkişaf etmiş ölkələrin humanitar sahədəki nüfuzlu jurnallarında məqalə həcmi adətən 8000-12000 söz arasında olur.

    Dissertasiya həcmi

    Mənim fikrimcə, PhD dissertasiyalarının tələb olunan həcmi də olduqca kiçikdir. Keçmış elmlər namizədləri üçün nəzərdə tutulmuş dissertasiya həcmi humanitar elmlərdə PhD üçün yaramır. Xarici ölkələrdə PhD yüksək elmi dərəcədir. Bundan sonrası yoxdur. Dünya elminə inteqrasiya üçün bu dissertasiyaların həm həcmi artmalı, 200-300 səhifə çərçivəsində müəyyənləşməli, həm də səviyyəsi yüksəlməlidir. Rusiyada ədəbiyyatşünaslıq üzrə yazılan bəzi namizədlik dissertasiyaları ilə tanış olduqda, onların 300-350 səhifə olduğunu gördüm. Yəni artıq söhbət PhD-dən gedisə, bu dərəcəyə müvafiq dissertasiyalar meydana gəlməlidir. PhD qazanmış şəxs artıq yetkin bir alim olduğunu nümayiş etdirməlidir. Sonrakı mərhələ sayılan doktorluqda həcm məhdudiyyəti olmamalıdır.

    Ədəbiyyat siyahısı

    Hər bir elmi əsər müəllifi öz sahəsi ilə bağlı bütün ədəbiyyata bələd olmasını nümayiş etdirməlidir. Hal-hazırda humanitar sahədə konkret ədəbiyyat sayı kimi bir tələbin olmaması heç də bir-iki kitabdan “istifadə” kimi başa düşülməməlidir. Təəsüf ki, bir çox elmi əsərlərdə istifadə olunan ədəbiyyatın kasadlığı nəzərə çarpır. Bəzən yüzlərlə kitabı əhatə edən ədəbiyyat siyahsı müqabilində cəmi 10-15 ədəbiyyatdan istifadə edilir. Nəinki xaricdə, hətta ölkəmizdə nəşr olunan əsərlərə də tam bələd olma nəzərə çarpmır. Humaniyar sahədə saxta istinad hallarına da rast gəlinir. Bu özünü daha çox plagiat əsərlərdə göstərir. “Müəllif” plagiat faktini gizlətmək üçün bəzən yazıya sanki istinad “bəzəyi” vurur, dəxli olmaya əsərlərə “istinad verir”.

    Transliterasiya

    Şərqşünaslıq sahəsində transliterasiyasız elmi əsər ola bilməz. Dünya təcrübəsində İJMES-n (linki aşağıda verilən İnternational Journal of Middle East Studies) transliterasiya sistemi bütün elmi əsərlədə tətbiq olunur. Çox nadir hallarda bəzi jurnallarda cüzi fərqlər nəzərə çarpır. İJMES-in transliterasiya sistemi ərəb, fars və osmanlı, eləcə də klassik Azərbaycan ədəbiyyatı ilə bağlı dissertasiya, monoqrafiya və elmi məqalələrdə tətbiq oluna bilər. Bu sistemə dilimizə müvafiq bəzi dəyişikliklər edilməlidir. Məs. ərəb “sə” hərfi ingilis dilindəki th-lə deyil s-nin altında xətt ilə, “zəl” hərfi “dh” kimi deyil z hərfinin altında xəttlə göstərilə bilər. İngilis dilində olmayan “ğ” və “x” hərfləri də, “gh” və “kh” şəklində deyil, dilimizdə olduğu kimi əks oluna bilər. Qalan hallar –izafətlər, artikllər, “ayn” , “həmzə”, emfatik səsləri bildirən hərflər, uzunluqlar və s. İJMES sistemi şəklində əks oluna bilər. https://ijmes.chass.ncsu.edu/docs/TransChart.pdf

    Plagiat proqramlarının yarıtmazlığı

    Plagiatçılıq Azərbaycanda geniş yayılmış bir biabırçılıqdır. Cəzasızlıq üzündən bu hal artıq “hamıya olar, mənə yox?” kimi absurd bir həddə çatıb. Ölkəmizin, elmimizin nüfuzuna xələl gətirən bu halın qarşısını almaq üçün oğurluqla qazanılmış elmi dərəcə və adların ləğvi sahəsində qəti addımlar atılması müsbət nəticə verər.

    Plagiatın yoxlanmasında yalnız mövcud proqramlara əsaslanmaq səhvdir. Çünki bu proqramlar tərcümə ilə işləmir, yəni xarici dillərdən tərcümə edilib oğurlanmış yazılardakı plagiat faktlarını aşkarlamır. Bu səbəbdən, plagiat faktları, yaxşı olar ki, ilkin müzakirələrdə aşkarlansın və yaxud sonrakı mərhələlərdə opponentlər və ekspertlər tərəfindən göstərilsin.

    Mövzuya uzaqdan yaxınlaşma

    Bu, humanitar sahədə ən çox rəst gəlinən haldır. Dissertantlar birbaşa öz mövzuları ilə məşğul olub yeniliklər gətirmək əvəzinə, ümumi xarakterli, hamıya məlum məsələlərə bəzən bir neçə fəsil həsr edirlər. Əsas mövzu axırıncı fəsildə yarımçıq tədqiqat şəklində təqdim olunur. Beləliklə də, elmi əsərlərin orijinallığı şübhə altına düşür, dissertasiya işləri dərs vəsaiti təsiri bağışlayır. Mənim fikrimcə, mövzu ilə bağlı ümumi məsələlər dissertasiyanın həcminin beş faizindən artıq olmamalıdır. Qeyd edim ki, inkişaf etmiş ölkələrdə, bu məsələlərə olduqca az yer ayrılır. Azərbaycanda isə sanki səhifə sayı artırılırmış kimi, hamıya məlum fakt və mülahizələr təkrarlanır, orijinal tədqiqat hissəsi isə ixtisar edilir.

    Elmi yeniliyin Azərbaycan modeli

    Qloballaşma şəraitində elmi işlərin yeniliyi Azərbaycan sərhədləri çərçivəsində müəyyənləşə bilməz. Hər bir elm sahəsinin dünyadakı mövcud nailiyyətləri nəzərə alınmalıdır. “Bu mövzu Azərbaycanda ilk dəfə işlənir” adı altında xaricdə çap olunmuş əsərlərin tərcüməsinin elmi tədqiqat kimi təqdimi yolverilməzdir. Təəssüf ki, bu hal ölkəmizdə olduqca geniş yayılıb.

    Fürsətcillik

    Elm səhəsinin bəzi “işbazları” görkəmli şəxslərə, vəzifə və nüfuz sahiblərinə, onların qohumlarına əsərlər həsr etməklə tələm-tələsik, asan yolla elmi dərəcələr qazanırlar. Bu zaman baza təhsili belə nəzərə alınmır; həkimə dilçilik, mühəndisə ədəbiyyatşünaslıq üzrə elmi dərəcə verilə bilər. Nəticədə elmdən uzaq, zəif əsərlər meydana gəlir. Belə əsərlər nə nüfuz sahiblərinə, nə də Azərbaycan elminə şərəf gətirməyib, sadəcə fürsətdən istifadə edib dərəcə qazanmaq vasitəsinə çevrilir.

    İndeksləşmiş jurnallarda nəşr

    Hal-hazırda AAK Veb of Science-də (keçmiş Thomson Reuters-in, hazırki Clarivate Analytics-in xüsusi xidmət saytı) indeksləşən jurnallarda çap olunmaq tələbi qaldırıb. Bu, müsbət hal olub alimlərin dünyada tanınmasına şərait yaradır. Azərbaycan aliminin dünyada tanınmaq üçün kifayət qədər elmi potensialı var. Əlbəttə, söhbət əsil alimdən gedir. Mənim fikrimcə, humanitar sahədə Veb of Science-lə yanaşı SCOPUS-la da kifayətlənmək olar. Eləcə də BRİLL, Taylor and Francis, Springer, Peeters, Routledge kimi nəşriyyatların jurnal və toplularında nəşr olunmuş məqalələr də humanitar sahə üçün yetərincə dəyərli tədqiqat nümunəsi sayıla bilər. Əsas məsələ pulla məqalələr nəşr edən jurnallardan və işi biznesə çevirən insanlardan uzaq olmaqdır. İnternetdə bir neçə saytda bu cür jurnalların (Predatory journals) siyahısı verilib.

    Üzgörənlik

    Əgər elmi əsərlər qarşısında müəyyən tələblər qoyulubsa, bu tələblər hamıya şamil olunmalıdır. Burada kiminsə qohumu, adamı, və yaxud “öz adamımız” kimi prinsiplərə yer verilməməlidir. Ölkəmizin ümumi mənafeyi naminə üzgörənlik olmamalıdır.

    Müəllif:

    Professor Aida Qasımova

    Bakı Dövlət Universiteti

    20 avqust, 2019

    YAZARLAR.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
  • avqust 2019, Yazarlar.az

  • 181
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......