...
  • Məzahir Isgəndərin Söz Dünyası
  • Yazarlar.AZ

  • Mən məndən küsülü, məndən gileyli

    Hələ də mən məndən küskün,gileyli,
    Hələ də mən məni sevib,bəyəmməz.
    Hələ də mən məndən ayrı,aralı,
    Mən mənim əlimə dəyib,dəyəmməz.

    Hələ də mən məndən ayrı,aralı,
    Hələ də səsimi özüm eşitməz.
    Mən məni səsləyər,mən məni özlər,
    Bir məndən bir mənə səsim yetişməz.

    Hələ də səsimi özüm eşitməz,
    Mən mənə məftunam,mən mənə yağı.
    Mən məni tərk edib,mən məni gəzib,
    Dolannam dünyanı dəlisayağı.

    Mən mənə məftunam,mən mənə yağı,
    Mən mənə sipərəm,mən mənə oxam.
    Bir an əvvəl bütün dünya mənimdi,
    Bir an sonra min ildi ki mən yoxam…

    Mən mənə sipərəm,mən mənə oxam,
    Bir an sevincimdi,bir an kədərim.
    Nə edim,alnıma belə yazılmış,
    Belə yaşamaqmış mənim qədərim.

    Nə edim,alnıma belə yazılmış,
    Yazılan yazıya olmam naşükür.
    Allahım,razıyam bu yazıdan mən,
    Min şükür!..Min şükür!..Sənə min şükür!..

    …Allahım,min şükür!..Min şükür Sənə,
    Salmışam qələmə,şeirə meyli.
    Bəs nədən,bəs nədən hələ gəzirəm,
    Mən məndən küsülü,məndən gileyli?

    <<<<MƏZAHİR İSGƏNDƏRİN SÖZ DÜNYASI>>>>
    Ya tamamlan,Azərbaycan,
    Ya tamam yan,Azərbaycan!
    M.Şəhriyar

    Mən məndən aralı özüm deyiləm

    Mən məndən aralı özüm deyiləm,
    Mən məndən aralı kimsəsiz,yetim!
    Bir mən gülü burnundaca solan yaz,
    Bir mən də şaxtayıq,qarıq,ayazıq.

    Mən məndən aralı kimsəsiz,yazıq,
    Mən məndən aralı axı,kiməm,kim?
    Nə əlacı,nə təbibi olmayan
    Bu məchul bəlanı necə mən çəkim?

    Mən məndən aralı axı,kiməm,kim?
    Bir gözüm yerdədi,biri göydədi.
    Bir mən orda,bir mən burda verdi can,
    Nə o buna,nə bu ona göynədi.

    Bir gözüm yerdədi,biri göydədi,
    Sağ əlim sol əli sıxıb,barışmaz.
    Fikrim də,hissim də,duyğularım da
    Haçaıamıb,bir-birinə qarışmaz.

    Sağ əlim sol əli sıxıb,barışmaz.
    Aralanıb bir-birindən dırnaq,ət.
    Çəkilibdi öz qınına dilim də,
    Bir sorammır:”Axı, nədi vəziyyət?”.

    Aralanıb bir-birindən dırnaq,ət,
    Bədən bir yandadı,baş bir yannadı.
    Ay Allah!..Ay Allah,qan buz bağlayıb,
    Damar od tutubdu,lap büryandadı…

    …Dünənki atəşim,dünənki odum,
    Ocağım,alovum,közüm deyiləm.
    Mən məndən aralı kimsəsiz,yetim,
    Mən məndən aralı özüm deyiləm…

    <<<<MƏZAHİR İSGƏNDƏRİN SÖZ DÜNYASI>>>>
    Hər gün fitnə,hər gün ölüm,hər gün qan,
    Kəsilmədi haray-həşir,nə əfğan…

    H A R D A S A N, A L L A H

    Dünyadan yaxşılıq olub didərgin,
    Mələklər ağlayıb,gözünü tökər.
    Üzlərdə bir qəzəb,baxışlarda kin,
    Şeytanlar,iblislər hökmə qol çəkər.

    Xəyanət göylərdə ulduzlar sanı,
    Dünya məhvərindən olub,oynamış.
    Yeyir də qurd kimi insan insanı,
    Yerlər də,göylər də qana boyanmış.

    Ah çəkib qönçələr,çiçəklər ağlar,
    Dağlar da daşlar da qan olub,ey vah!
    Çaylarda insanın qanıdı çağlar,
    Hardasan,insanı yaradan Allah?

    Hardasan,insanı yaradan Allah?
    Qan olub ürəklər,gözü qan tutub.
    Beşikdə qan qusub körpələr də ah,
    İnsan insanlığın,adın unudub.

    Qan olub fikirlər,düşüncələr də,
    Qan içib,qan yeyər lap yeddi qat da.
    Səhərlər,axşamlar,lal gecələr də
    Çapıb qan,əl çalar qanadlı atfa.

    Qan olub məsləklər,əqidələr də,
    Etiqad inam da,ilham da qandı.
    İblislər oynaşan əqidələrdə
    Saatı haqqın da durdu,dayandı.

    Doğulan kim var,içir öz qanını,
    Vəfa yox,əhdi-sədaqət pozulub.
    Qandı!..Qan!..Qandı tutub dprd yanını,
    İnsanın yaddaşına qan yazılıb.

    Sönəcək ah,nə zaman bəsdi,deyib,
    İnsanın qanda olan qan həvəsi?
    Soyunub,don yerinə qanı geyib,
    Qandı!..Qan!..Qandı səsi,həm nəfəsi!..

    …Hardasan,insanı yaradan Allah?
    Qan olub ürəklər,gözü qan tutub.
    Beşikdə qan qusur körpələr də ah,
    İnsan insanlığın,adın unudub.

    <<<<MƏZAHİR İSGƏNDƏRİN SÖZ DÜNYASI>>>>
    V ə t ə n m ə n ə o ğ u l d e yir, h ə l ə d ə (yeni)

    Vətən mənə oğul desə,nə dərdim?
    Mamır olub,qayasında bitərdim!
    M.Araz

    Oğul olub,bir oğulluq etmədim,
    Harayına,nə hayına yetmədim,
    Mamır olub,qayasında bitmədim,
    Vətən mənə oğul dedi,hələ də!

    Hanı Şuşam,hanı dağlar maralı?
    Gül bülbüldən,bülbül güldən aralı,
    Vətən məndən,mən Vətəndən aralı,
    Vətən mənə oul dedi,hələ də!

    Nəydi Laçın,Kəlbəcərin azarı?
    Eşitmədik nə bu ahı,bu zarı,
    Şum edildi babaların məzarı,
    Vətən mənə oğul dedi,hələ də!

    Kim ağladı,kimin gözü çay oldu?
    Kimin anı,kimin günü ay oldu?
    Zəngilan da Zəngəzura tay oldu,
    Vətən mənə oğul dedi,hələ də!

    Gəlini,qızı da yadın əlində,
    Qızda qızlıq,nə gəlinlik gəlində…
    Bir görmədi məni atın belində,
    Vətən mənə oğul dedi,hələ də!

    Quşum o quş,de,yuvam o yuvamı?
    Boğmalandı,”caz”a döndü muğamım,
    Qurulmamış sənin, mənim divanım,
    Vətən mənə oğul dedi,hələ də!

    Ürək qabar-qabar,zol-zol olmadı,
    Əl ələ yetmədi,qol qol olmadı,
    Vətəndən vətənə bir yol olmadı,
    Vətən mənə oğul dedi,hələ də!

    <<<<MƏZAHİR İSGƏNDƏRİN SÖZ DÜNYASI>>>>
    Hər şeir yazmağa başlayanda mən

    Şeirsiz,qələmsiz ruhum boğular,
    Yanar da kül olar cismim,sovrular,
    Hər şeir yazmağa başlayanda mən,
    Ömrümdən saydığım günlər doğular.

    Kükrəyər,köpürər,dənizlər daşar,
    Dil açar,daşlar da mənlə danışar,
    Sevincim,qəmim də başımdan aşar,
    Hər şeir yazmağa başlayanda mən!

    Bu yolun əvvəli,ya sonu hara?
    Eşq edib,özümü çəkərəm dara,
    Doğransam,dağlansam,bilmərəm yara,
    Hər şeir yazmağa başlayanda mən!

    Şeirdi əzəldən damağımda dad,
    Şeirsiz anlarım min nalə,fəryad,
    Məcnunam,Kərəməm,gah da ki Fərhad,
    Hər şeir yazmağa başlayanda mən!

    Qorxutmaz,hürkütməz məni hədələr,
    Açılar üzümə hədlər,sərhədlər,
    Yas tutar namərdlər,sevinər mərdlər,
    Hər şeir yazmağa başlayanda mən!

    Şeirdi ruhum da,cismim də,buyam!
    Bir sirli kahkəşan,ulduzam,ayam,
    Olar öz aləmim,olar öz dünyam,
    Hər şeir yazmağa başlayanda mən!

    Tən eyləyib,kimi məni qanacaq,
    Kimi unudacaq,kimi anacaq,
    Gəzib də özümü taparam,ancaq,
    Hər şeir yazmağa başlayanda mən!

    Karvanam,sevincim,qəmimdi sərban,
    Üz tutub,haqq səmtə olmuşam rəvan,
    Dünyadan qocayam,cavandan cavan,
    Hər şeir yazmağa başlayanda mən!..

    Şeirsiz, qələmsiz ruhum boğular,
    Yanar da kül olar cismim,sovrular,
    Hər şeir yazmağa başlayanda mən,
    Ömrümdən saydığım günlər doğular…

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
  • sentyabr 2019, Yazarlar.az

  • 111
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......