...
  • Laqeyidlik Bizi Üzür - Zaur Ustac
  • Yazarlar.AZ


  • QƏLƏNDƏR XAÇINÇAYLININ DİQQƏTƏ və QAYĞIYA EHTİYACI VAR

    Salam olsun, çox dəyərli oxucum! Bu dəfə haqqında söhbət açacağım insan çoxumuzun yaxşı tanıdığı Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-yazar, tanınmış şair- publisist, peşəsinə sədaqəti, peşəkarığı “Tərəqqi” medalı ilə qiymətləndirilmiş fədakar jurnalist Qələndər Xaçınçaylı, onun hal-hazırda olduqca ağır vəziyyətdə olan səhhəti və bu vəziyyətinə olan laqeyd münasibət barəsində olacaq. İlk öncə nəzərinizə onu çatdırım ki, bütün təhsil pillələrində təhsilini fərqlənmə ilə başa vuran Qələndər müəllim əmək fəaliyyətinə də məhz xarakterinə uyğun bir yerdə, şəraitdə başlamışdır. Ötən əsrin səksəninci illərindən Neft Daşlarında əmək fəaliyyətinə başlayan Qələndər Xaçınçaylı tez bir zamanda açıq sözlü, iti qələm sahibi kimi tanınır. Zəhmətkeş tribunalarında odlu-alovlu çıxışları ilə seçilməyə başlayır. Qısa bir zamanda imzasını tanıtmaqla bərabər, şəkilləri o dövrün ən məşhur mətbu orqanlarının birinci səhifələrində yer alır, yazılarının sərlövhələri manşetlərə çıxır…. Quruluş, əsr dəyişsə də sənətini, əqidəsini bütün məhrumiyyətlərə rəğmən dəyişməyən Qələndər müəllim bir jurnalist-repartyor, araşdırmaçı-yazar kimi daim xəbərin ön cəbhəsində, ən qarışıq, müəmmalı, təlatümlü mövqelərində əlində qələm savaşaraq, həmişə şəraiti düzgün qiymətləndirərək, vəziyyətdən qalib çıxmağı bacarıb. Yuxarıda qeyd etdiyim kimi onun bu fədakarlığı və peşəkarlığı yüksək qiymətləndirilərək “Tərəqqi’” medalı ilə mükafatlandırılıb. Bu yerdə bir qeydi də nəzərinizə çatdırım ki, uzun illər bu sahədə fəaliyyət göstərsə də evsiz olmasına baxmayaraq, dəfələrlə mənzili olmayan jurnalistlərə ev paylananda həmişə siyahıdan kənarda qalıb. Bir gün onun da yada düşəcəyini, nəhayət qohum-qardaşın künc-bucağından öz evinə köçəcəyi günü səbirsizliklə gözləyirdi. Hal – hazırda Qələndər müəllim “Yeni Klinik Mərkəz”də müalicə olunur. Vəziyyəti ağır olaraq qalır. 5 avqust tarixindən xəstəxana şəraitində müalicə olunur. Əsas məsələyə keçməmişdən əvvəl gəlin onu daha yaxından tanıyaq:

    QƏLƏNDƏR XAÇINÇAYLI HAQQINDA

    Qarabağın gözəl guşələrinin birində -Ağdamda doğulub boya-başa çatan Qələndər Xaçınçaylı Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair – yazıçı, publisistdir… 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.

    Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır. İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” – publisistika (2008), “Şərəfli ömür” – (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunub. İlk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti çap olunub. Onun kitablarının adlarından da göründüyü kimi, Qələndər Xaçınçaylı bütün yaradıcılığını Qarabağ müstəvisində, vətənpərvərlik və mübarizlik çevrəsində toplayır.

    Qeyd edim ki, hal-hazırda “Yeni Klinika” tibb mərkəzində koronavirusdan müalicə olunan Qələndər Xaçınçaylının vəziyyəti ağır olaraq qalır. Tənəffüsü, danışığı çətin olsa da anlaqlıdır. Qısa telefon əlaqəsi zamını kiminlə danışdığın bilir. Fədakar jurnalisti ən çox üzən isə səhhətinin ağır olması deyil, ona olan laqeyd münasibətdir. Bu yerdə nəzərinizə çatdırım ki, heç kim bu bəladan sığortalanmayıb və sabah bizlərdən hər birimiz bu laqeyd münasibətlə üzləşə bilərik. Qələndər müəllim “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə və dəyərli ziyalılarımız Əflatun Amaşova, Bəxtiyar Əliyevə, Aqil Abbasa, Ümid Rəhimoğluna təşəkkürlərini bildirməklə yanaşı üzvü olduğu ali qurumların, eymi zamanda əməkdaşı olduğu “Həftə içi” qəzetinin, “Hafta.az” saytının rəhbərliyindən və kollektivindən narazılığını dilə gətirdi. Məncə də laqeyidlik, dolayısı ilə söz yarası daha ağırdır. Bu o vaxt daha pis olur ki, hər şey öz əlində ola – bir növ bulaq başında susuz qalmaq kimi. Ya da bu vəziyyətə adətən belə deyirlər: – “… ə, filənkəsi boş ver, ondan qışda qar da almaq olmaz…” Nə bilim Vallah, maraqlı dünyada yaşayırıq hər şey göz qabağında olsa da baş verənlərdən çox az adam ibrət götürür. Sonda əlaqədar qurumları və şəxsləri Qələndər Xaçınçaylı timsalında ehtiyacı olan hər kəsə yardımçı olmağa, diqqət göstərməyə çağırırıq. Qələndər Xaçınçaylıya Böyük Allahdan acil şəfalar diləyir, tezliklə sağalıb yenidən sözün ön cəbhəsindəki savaş meydanında olan mövqeyinə dönməsini arzu edirik. Və ümid edirik ki, bu dəfə jurnalistlərə ev paylananda o da sevinəcək. Ömrünün ahıl çağlarını öz evində rahat yaşaya, nəvələri gələndə ürəkli onlarla oynaya, istəsə Dənizkənarı Bulvara gəzməyə apara biləcək. İnşAllah!

    Müəllif: Zaur Ustac

    Qeyd:
    Bizlər isə əlimizdən gələn qədər bu məlumatı daha çox paylaşıb, ictimailəşdirməklə öz yardımımızı etmiş olarıq.



    YZARLAR.AZ

    ===================================================

    ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

    GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

    “USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

    <<<<XİDMƏTLƏR>>>>

    Təqdim edir: Zaur Ustac

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

    30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ
  • avqust 2020, Yazarlar.az

  • 138
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......