...
  • Ildırım Əkbəroğlunun Yeni Il Arzuları:
  • Yazarlar.AZ


  • “Yeni ilin planetimizə daxil olmasına lap az günlər qalır-bu il xatirələrə, tarixə dönəcək, gələn il isə , qəlbimizdəki arzuların həyata keçəcəyi illərdən biri olacaq , inşallah! Bizim isə , qəlbimizdə olan arzuların ən müqəddəslərindən biri yağı düşmənlərimizin ağızlarını yumduğumuz kimi, Qarabağdan ayaqlarını da kəsmək-onları doğma yürdlarımızdan qovaraq öz Qarabağımıza qovuşmağımızdır. Əziz dostlarımız, həmvətənlərim, sizi gələn yeni il münasibəti ilə təbrik edirəm və arzu edirəm ki, qəlbimizdən keçən bütün arzularımıza qovuşaq və sevinc hisslərimizi işğaldan azad olunan torpaqlarımızda keçirək!”

    27 dekabr 2018. Beyləqan, Kəbirli.

    KÖHNƏ DÜNYAMIZA TƏZƏ İL GƏLİR

    Yaxşını xar edib günlərin nəsi,
    Pisə zər bəzəyib həyat səhnəsi.
    Hər ömrə iz vurub gedir köhnəsi,
    Köhnə dünyamıza təzə il gəlir.

    Yaşından nişan yox buzlu qaşında,
    Qardan papağı var soyuq başında.
    Ahıl libasında, uşaq yaşında,
    Köhnə dünyamıza təzə il gəlir.

    Kədəri,sevinci qoşa, dəst olub,
    Qəmə yox,sevincə hər vaxt qəst olub.
    Məstlərin tostundan özü məst olub,
    Köhnə dünyamıza təzə il gəlir.

    Açır könülləri toqquşan camlar,
    Zər-xara içində bərq vurur şamlar.
    Fikirlər keçmişə gedir axşamlar,
    Köhnə dünyamıza təzə il gəlir.

    Dünyadan halıdır köhnə il,fağır,
    Qərbdə çil-çıraqdır, şərqdə od yağır.
    Hələ,çaşqın-çaşqın, çox ağır-ağır,
    Köhnə dünyamıza təzə il gəlir.

    Demirəm,qan töküm,qəzəb-kin olum,
    Yurdu talanmışam, haqqı çin olum.
    Göstərim düzü-düz, bələdçin olum,
    Köhnə dünyamıza təzə il gəlir.

    Müəllif: İLDIRIM ƏKBƏROĞLU

    Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 10 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
  • dekabr 2019, Yazarlar.az

  • 197
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......