...
  • Ildırım Əkbəroğlu - 70 (:27)
  • Yazarlar.AZ
  • AZƏRBAYCAN TORPAĞIDIR QARABAĞ!

    (“Qarabağ Azərbaycandır və nida işarəsi” İlham ƏIiyev.)

    Yalalnların dönüb qurumuş arxa,
    Yad torpaqda yaşarsan qorxa-qorxa.
    Tarix olsun söykəndiyin güc-arxa,
    Gör, nə ətir saçır burda baxça-bağ
    Azərbaycan torpağıdır Qarabağ!

    Sən işğalçı, mən sahibəm, unutma,
    Bağa girib bağbanına daş atma.
    Ulağını cən atıma tay tutma,
    Böhtanınla, öz-özünə çəkmə dağ,
    Azərbaycan torpağıdır Qarabağ !

    Bir daş göstər.adı dilində olsun.
    Bir gül göstər, orda, elində olsun.
    Elə şər de faktı əlində olsun,
    Cıdır düzü mərd meydanı, etmə ağ,
    Azərbaycan torpağıdır Qarabağ!

    Gözdən olub özgə yurda göz tikən,
    Vurub-tutan babaların qan tökən.
    Sən dağıdan,parçalayan, mən tikən,
    Aşkar olur gələn dövran, gələn çağ,
    Azərbaycan torpağıdır Qarabağ!

    Əlin qanlı,get əlinin qanın yu,
    Haqlı danış, böhtan demə, dinc uyu.
    Yolun sərtdir, son uçurum, son quyu,
    Fərəhlənmə öndə görüb zirvə-dağ ,
    Azərbaycan tirpağıdır Qarabağ!

    Ay İldırım, dünya bilir haqq sənin,
    Gözəlliyi gül-çiçəkdir çəmənin,
    Özgə yurdda gor evində kömənin,
    Yurdu itər, ruhu çəkər zülüm,ah,
    Azərbaycan torpağıdır Qarabağ!

    Müəllif: İldırım Əkbəroğlu

    Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :27 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ



    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
  • yanvar 2020, Yazarlar.az

  • 176
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......