...
  • Gülər Eldarqızı Şeirlər
  • Yazarlar.AZ
  • Gülər Eldarqızı çağdaş yazarlar içərisində istər sözə, istər ədəbi aləmə münasibəti ilə, yanaşma tərzi ilə fərqlənir. Bu xanımın qələmindən çıxan misralar ilk baxışda mücərrəd göründüyü qədər həyati və realdır… Onun ədəbiyyatımıza bəxş etdiyi nümunələr ibrətamiz olduğu qədər praktik, praktik olduğu qədər də yaşam mücadiləsi verən, sağa-sola dartınıb, bir yol arayışında olanlar üçün əsl istinad nöqtəsi, doğru yol göstərən məşəldir. Elə bir məşəl ki, ətrafımızı sarmış zülmətin bağrını dələrək irəliləməkdə köməklik edir… Keşməkeşli həyat yollarında sənələyənlərə yol göstərir… Tərəddüdləri aradan qaldırmaqda kömək edir… Gülər Eldarqızından bir-neçə nümunə təqdim edirik:

    Hamı günah içində

    Hamı günah içində,
    hamı ora getmək istər.
    Ömürlər bir ah içində,
    ömürlər sona yetmək istər.
    Hardadır cənnət?!
    Milyon-milyon illərdir
    ona doğru yol gedirik.
    Misqal-misqal ümidlərlə,
    şübhələrlə bol gedirik.
    Bu dünyadakı yorğunluğumuz
    cənnətdə çıxar deyirik.
    Savabımız ağır gələr,
    günahı yıxar, deyirik.
    Fəqət,
    yorulduq, söküb atmaq üçün
    gücümüz yetmədi
    Yerin, göyün dayaqlarına.
    Qovuşa bilmədiyimizi anlayıb,
    atdıq cənnəti
    Anaların ayaqlarına.

    Acı xatirə

    Əqrəbdən asılıb, dayanmışam ki,
    Sənli günlərimi saxlaya bilim.
    Geriyə dönməyə üzüm yox artıq,
    Elə bir söz de ki, ağlaya bilim…

    Acı xatirə də şirin dadarmış,
    Hər dəfə yadına salıb duyunca.
    Deyirlər sevgini elə yaşa ki,
    Yandırsın qəlbini ömür boyunca.

    Kimin məhəbbəti sonacan yetib,
    Kimin arasında söz olmayıb ki…
    Gümansız, şübhəsiz ömür yetişməz,
    Günahkar ürəkdir, göz olmayıb ki…

    Sən mənim ömrümə elə hopmusan,
    Bütün təqvimlərdə görürəm səni.
    Əksin möhürlənib baxışlarıma,
    Divar saatına hörürəm səni.

    Olmaz

    Bağa baxmasan saralar,
    Solar, bağ olmaz, bağ olmaz.
    Dağ Ağrı olar, candakı
    Ağrı dağ olmaz, dağ olmaz.

    Bu al günü, ala günü,
    Yaman günə qala günü!
    Bir-birinə cala günü,
    Ötən çağ olmaz, çağ olmaz.

    Üzümüzə gülən bilər,
    Gözümüzü silən bilər,
    Bu həsrətlə bilən bilər
    Canım sağ olmaz, sağ olmaz.

    Dini para adamların,
    Nəfsi yara adamların,
    Qəlbi qara adamların
    Üzü ağ olmaz, ağ olmaz.

    Sənsiz səsim boğulur

    De hardasan, əzizim,
    Sənsiz səsim boğulur.
    Bilirsən, sevənlərin
    Ruhu əkiz doğulur.
    Sözləri qoşa, doğma
    Rəngləri həmrəng olur.
    Duyğuları da eyni
    Bəstəsi ahəng olur.
    İndi uzaqlardasan,
    Bilirəm yəqin bunu.
    Çünki yetim könlümün
    Ərimir buzu, donu…
    Bir azca düşün məni,
    Hiss edim nəfəsimdən.
    Darıx ki, azad olum
    Sənsizlik qəfəsindən.
    Bax görürəm, indicə
    Mənə məktub yazırsan.
    İlk sətiri qürurdur,
    Yazıb, yenə pozursan…
    Yuxuların qarışıb,
    Fikrin orda- burdadı.
    Özünü axtarırsan?
    Qayıt, burda, burdadı.

    Üfüqə yol alsın baxışlarımız

    Sənin gözlərindən məhəbbət yağır,
    Mənim ürəyimdən sədaqət, gülüm.
    Sənsiz ötən anım ağırdan ağır,
    Gəl axtarma məndə qəbahət, gülüm.

    Payız günəşinin gününə qızaq.
    Günahı görməyək yaşda, fəsildə.
    Bir də ki, nə fərqi isti ya sazaq,
    Aşiqə bahardır hər bir fəsil də.

    Uyu dizlərimdə, gözlərimə bax.
    Kam alaq həsrətdən, qərinələrdən.
    Bir mahnı söyləyim, sözlərimə bax,
    Həsrətin boylanır təranələrdən.

    Seyr edək günəşin qürub çağını,
    Üfüqə yol alsın baxışlarımız.
    Əbədi dünyanın qara- ağını,
    Bəzəsin, iz qoysun naxışlarımız.

    Bir qadın boylanar yoluna sənin

    Gedirsən, yaxşı yol, uğurlar olsun,
    Sanmaki quruyub göz yaşım mənim.
    Hər addım başında anla ki, duy ki,
    Bir qadın boylanar yoluna sənin…

    Həsrətin dadını duyanlar bilər,
    Vüsal nəkarədir onun yanında?
    Əslində sevənlər gizlicə sevər,
    Söz də yerin tapar öz məqamında.

    “Sevirəm mən səni” deyənə yazıq,
    O hardan bilsin ki, məhəbbət nədir.
    Söz ilə deyilən dodaqda qalar,
    Nə hörmət yaranar, nə qiymət, qədir.

    Bir qadın boylanar yoluna sənin,
    Solğun etirafı içində boğan.
    Bir qadın boylanar yoluna sənin,
    Ömrün payızında günəştək doğan.

    AYRILIQ

    Ayrılıq bir rəsm ki,
    Al-yaşıl rəngi pozuq.
    Elə bir musiqi ki,
    Ritmi, ahəngi pozuq…

    Boş şübhələr, gümanlar
    Yeyib bitirər ömrü.
    Ayrılıqdan kim anlar,
    Salıb itirər ömrü.

    Bilməzsən axşam nə vaxt,
    Səhər nə vaxt açılar.
    Üfüqdən gözlərinə
    Dəli həsrət saçılar.

    Çiçək bilib könlünə
    Arı – kədər daraşar.
    Bəlkə də sevənlərə
    Elə həsrət yaraşar.

    Bir nəğmə oxudum sənə

    İstəmirəm qovuşaq biz,
    Nolar, incimə sözümdən.
    Bir gün hər şey adiləşər,
    Sevgimiz düşər gözümdən.

    Hər şeyin bir sonu vardır,
    Sevgi də yetməz başatan.
    Hər gün sənə qovuşmağa
    Ümiddir məni yaşadan.

    Bəlkə sənin ürəyində
    Od olub, birdən sönərəm.
    Bəlkə gözlərindən düşüb,

    Mən də bir heçə dönərəm.

    Mənim kimi sən də hər gün
    Qəlbinə qəm toxudunmu?
    Heç qovuşanlar haqqında
    Nağıl, dastan oxudunmu?

    Bu sevgi elə ilk başdan
    Qəlbin narahatlığıdır.
    Yoxluğun elə yoxluğum,
    Varlığın da varlığımdır.

    Bir nəğmə oxudum sənə,
    Demə ki, boş, hədər səsdi.
    Elə uzaqdan uzağa
    Sevmək, sevilmək də bəsdi.

    Bir gün hər şey adiləşər,
    Sevgimiz düşər gözümdən.
    İstəmirəm qovuşmağı,
    Nolar, incimə sözümdən.

    Sənin sözlərindir

    Sevgimizin qarğışı,
    Alqışı da sənindir.
    Bu yağan yaz yağışı
    Qəlbin kimi sərindir.

    Sənsiz qəlbim üzülən,
    Yoluma qəm düzülən.
    Gözlərimdən süzülən
    Gövhərindir, zərindir.

    Həsrət məni yaxanda,
    Gecə göyə baxanda,
    Pəncərəmə baxan da
    Ulduz yox, gözlərindir.

    Eşq yozduğum şeirlər,
    Yol azdığım şeirlər,
    Mən yazdığım şeirlər
    Həm sənin sözlərindir.

    Çərpələngtək uçurum,
    Qəlbi sənə köçürüm.
    Aramızda uçurum
    Xəyal qədər dərindir.

    Mən heç uşaq olmamışam

    Mən heç uşaq olmamışam,
    Böyük gəlmişəm dünyaya.
    Bu həyatın acısını
    Bilib gəlmişəm dünyaya.

    Mən heç uşaq olmamışam,
    Eşitmədim nağılları.
    Acıyla birgə dadmışam
    Şirin- şəkər noğullları.

    Mən heç uşaq olmamışam,
    Duymamışam laylaları.
    Yuxulara qonaq olub
    Ana-ata qayğıları.

    Mən heç uşaq olmamışam,
    Uşaqlığım içimdədir.
    Dünyanın ağ-qara donu
    Qəlbimlə bir biçimdədir.

    Mən heç uşaq olmamışam,
    Bu nə qismət, bu nə sirrdir?
    Həyatın ən ağır yükü
    Dərdimlə tarazdır, birdir.

    Mən heç uşaq olmamışam,
    Uşaq olmaq istəyirəm.
    Pisi, yaxşını bilmədən
    Uşaq ölmək istəyirəm.

    Müəllif: Gülər Eldarqızı

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
  • iyul 2019, Yazarlar.az

  • 112
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......